Icma.az
close
up
RU
28 bəndlik sülh planını Kreml yazıb Ağ Evə göndərib və Tramp planı adı altında... AÇIQLAMA

28 bəndlik sülh planını Kreml yazıb Ağ Evə göndərib və Tramp planı adı altında... AÇIQLAMA

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Rusiya siyasi dairələri hər hansı bir məsələdə güzəştə getmək istəmirlər. Hətta son vaxtlar Amerika Birləşmiş Ştatlarının Rusiyaya yönəlik mövqeyinin bu qədər yumşaq olması və güzəştli xarakter daşıması Kremlin həvəsini, iştahını daha da artırıb. Ona görə də artıq Kreml də əmin olmağa başlayıb ki, hər hansı bir məsələdə güzəştə getməyə ehtiyac yoxdur. Qərb və Ukrayna Rusiyanın kapitulyasiya aktı kimi görünən tələbləri yerinə yetirməyə borcludur. Kreml artıq belə düşünür. Ona görə də sülh sazişinin yaxın vaxtlarda imzalanma ehtimalı hələlik o qədər də inandırıcı görünmür. Çünki Amerika nə qədər təzyiq göstərsə də, rəsmi Kiyev Rusiyanın diktə etdiyi və heç bir güzəştə getmədiyi şərtləri qəbul etmək istəmir".

Redaktor.az-a bu fikirləri politoloq Elçin Xalidbəyli Rusiya-Ukrayna müharibəsinin həlli ilə bağlı son danışıqlar prosesindəni şərh edərkən bildirdi.

Onun sözlərinə görə, bu məsələdə Avropa İttifaqı Ukraynaya dəstək verdiyini qabarıq şəkildə biruzə verir:

"Bu da rəsmi Kiyevə müəyyən cəsarət və yaxud da ABŞ-nin təzyiqi qarşısında dayanmaq üçün güc verir. Qərbdən gələn dəstək də əvvəlki kimi intensiv və genişmiqyaslı xarakter daşımır, belə şəraitdə Ukrayna üçün ciddi problemlər yaranır. Üstəlik, Ukraynanın səfərbərlik və ordunun itkilərinin bərpa olunması imkanları da məhdudlaşıb, canlı qüvvə problemləri yaşanır. Yəni bu baxımdan Ukrayna da indi çətin vəziyyətdədir və sülhə ehtiyacı var. Eyni zamanda Rusiyanın da sülhə ehtiyacı var və mümkün qədər tez bir zamanda savaşın dayandırılmasında hər iki tərəf maraqlıdır. Ancaq Kreml də hesab edir ki, əgər sülh olacaqsa, bu, birmənalı şəkildə məhz Rusiyanın diktə etdiyi şərtlər daxilində olmalıdır. Həmin şərtləri də Kreml 28 bəndlik sülh planı adı altında yazıb Ağ evə göndərib və Ağ Evdə də bu, “Tramp planı” adı altında artıq ictimailəşib, bu planın müzakirəsi gedir. Avropa Birliyi də buna alternativ bir plan hazırlayıb və hazırda bu iki plan arasındakı ziddiyyətlər sülh danışıqlarında qəliz situasiya yaradıb".

Müsahibimiz vurğuladı ki, bəzi məlumatlara görə, Amerika kəşfiyyatı da artıq sülh danışıqları prosesinə incə şəkildə müdaxilə etməyə başlayıb:

"Ağ Ev təmsilçiləri və Kremlin nümayəndələri arasında keçirilən görüşlərin məzmunu və bəzi detalları bilərəkdən məqsədyönlü şəkildə Qərb mətbuatına sızdırılır. Bununla da sülh danışıqlarının pozulmasına cəhd göstərilir. Belə anlaşılır ki, həm ABŞ-nin siyasi dairələrində, həm də xüsusi xidmət servislərində Tramp administrasiyasının Rusiyaya maksimal güzəştli yanaşma tərzi neqativ reaksiya doğurur. Bu da o deməkdir ki, ABŞ-də həm siyasi dairələrdə, həm də xüsusi xidmət servislərində Tramp administrasiyasının Rusiyaya güzəşt etməsinə müqavimət göstərən kifayət qədər güclü qruplaşmalar var. Hesab etmək olar ki, hələlik sülh danışıqlarının real pozitiv nəticə vermə ehtimalı o qədər də yüksək görünmür".

Aytəkin TOFİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:36
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 04 Dekabr 2025 19:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri