Icma.az
close
up
RU
Kreml təhlükəli oyunlara baş vurur

Kreml təhlükəli oyunlara baş vurur

Newscenter.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.


"Rusiya Federasiyasının Yekaterinburq şəhərində bu ölkənin hüquq-mühafizə orqanları tərəfindən soydaşlarımıza qarşı keçirilən genişmiqyaslı əməliyyat bir daha onu deməyə əsas verir ki, şimal qonşumuzdan ölkəmizə qarşı yönələn istənilən təxribat, xoşagəlməz hadisənin sifarişi birbaşa Kremldən verilir. Əks təqdirdə Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) və OMON xüsusi təyinatlı dəstəsi bu qədər barbarlıq, qeyri-insani davranışlar sərgiləməzdi. Düzdür, Rusiya mediası hadisəni belə qələmə verir ki, guya hansısa cinayətkarın axtarılması məqəsdilə həmin əməliyyat keçirilib. Ancaq ortada olan reallıq ondan ibarətdir ki, əməliyyat adı ilə bir neçə azərbaycanlı qətlə yetirilib, onlarla soydaşımız ağır işgəncəyə məruz qalıb. Bu da bir daha həmin hadisənin sifarişli, planlı olduğunu, burada da əsas hədəfin azərbaycanlılar seçildiyini deməyə əsas verir".
Bu fikirləri Newscenter.az-a "Milli İnkişaf" ictimai birliyinin sədri Arzuman Muradlı səsləndirib. İctimai birlik sədri deyib ki, Rusiya getdikcə təhlükəli oyunlara baş vurur:
"İstər Azərbaycana məxsus sərnişin təyyarəsinin vurulması, istər teleaparıcı Solovyovun müntəzəm olaraq Azərbaycan əleyhinə fikirlər səsləndirməsi, istərsə də son hadisələr onu deməyə əsas verir ki, Kreml strateji müttəfiq hesab etdiyi və müttəfiqliyi təsdiqlədiyi Azərbaycana qarşı səmimi deyil, fürsət düşdükcə Bakıya qarşı öz məkirli siyasətini həyata keçirir".
Arzuman Muradlı deyir ki, azərbaycanlılara qarşı həyata keçirilən əməliyyat səlində millətlərarası münaqişə yaratmaq cəhdidir və bu cəhd davam edərsə, onun təhlükəli nəticələri meydana çıxa bilər:
"Kreml rəhbərliyi nə qədər gec deyil, bu xoşagəlməz olayların qarşısının alınmasına çalışmalıdır. Əks təqdirdə proseslərin gərgin xarakter alması Rusiyanın özü üçün də yaxşı heç nə vəd etməyəcək".
"Rusiya Federasiyasının Yekaterinburq şəhərində bu ölkənin hüquq-mühafizə orqanları tərəfindən soydaşlarımıza qarşı keçirilən genişmiqyaslı əməliyyatı qətiyyətlə pisləyir, bunu azərbaycanlılara qarşı vandallıq hesab edir və bu hərəkətə yol verənlərin, onların sifarişçilərinin qısa müddətdə cəzalandırılmasını tələb edirik",-deyə Arzuman Muradlı bildirib.
Süleyman
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 28 İyun 2025 20:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see398

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see388

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see341

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see324

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see309

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see250

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see248

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see248

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see244

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see224

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see217

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see215

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see211

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see206

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see205

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see205

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see202

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see201

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see193

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri