Icma.az
close
up
RU
Kreml Paşinyanı VURUR

Kreml Paşinyanı VURUR

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Euronews” telekanalı parlament seçkilərindən əvvəl Ermənistana qarşı aparılan Kremlyönlü dezinformasiya kampaniyası haqqında uzun bir məqalə dərc edib.
Modern.az-ın məlumatına görə, tədqiqatçılar bunu son illərin ən böyük kampaniyalardan biri hesab edirlər.

Məqalədə qeyd olunur ki, Ermənistan 7 iyunda keçiriləcək parlament seçkilərindən əvvəl Kremlyönlü genişmiqyaslı dezinformasiya kampaniyası ilə üzləşib.
Tədqiqatçıların məlumatına görə, may ayının əvvəlinə qədər 343 saxta video aşkarlanıb. Analitiklərin fikrincə, son illərdə yalnız Moldovada 2025-ci il seçkilərinə müdaxilə kampaniyası bundan daha böyük olub.

Araşdırmalara əsasən, əməliyyat martın əvvəlində “Matryoşka” şəbəkəsi çərçivəsində başlayıb. Bu şəbəkə süni intellekt alətlərindən fəal istifadə etməklə Kremlyönlü dezinformasiya kampaniyası aparır.

Bəzi saxta videolarda Ermənistanın baş naziri Nikol Paşinyanın seçkilərdə qələbəsinin Ermənistanla Rusiya arasında müharibəyə səbəb ola biləcəyi iddia olunur.

Bot şəbəkələrini araşdıran Antibot4Navalny kollektivi Paşinyan və Fransa prezidenti Emmanuel Makronun iştirakı ilə hazırlanmış 10-dan çox saxta video aşkar etdiyini bildirib. Həmin videolarda Fransanın Paşinyanı seçkilərdə dəstəkləməsi müqabilində Ermənistanın onun qələbəsindən sonra Rusiyaya qarşı müharibəyə başlayacağı barədə “gizli razılaşma” iddiası təkrarlanır.

11 may tarixində yayılan saxta videolardan birində Paşinyanın mətbuat katibinin Ermənistanda NATO təlimatçılarının olduğunu təsdiqlədiyi və baş nazirin parlament seçkilərindən sonra “Rusiya ilə hərbi münaqişə yaratmaq” niyyətində olduğu iddia edilir.

Tədqiqatçılar qeyd edirlər ki, saxta videolar kampaniyanın yalnız bir hissəsidir. Onların sözlərinə görə, bot şəbəkələri Paşinyanın mövqeyini zəiflətmək məqsədilə sosial şəbəkələrdə, o cümlədən X platformasında saxta paylaşımlar da fəal şəkildə yayırlar.

Eyni zamanda məqalədə vurğulanır ki, bu ittihamları təsdiqləyən heç bir sübut təqdim olunmayıb. Analitiklərin fikrincə, paylaşımlardakı rəylərin əhəmiyyətli hissəsi süni şəkildə yaradılıb.

“Euronews” qeyd edir ki, seçki kampaniyası Ermənistanın Avropa İttifaqı ilə münasibətlərinin nəzərəçarpacaq dərəcədə dərinləşdiyi bir dövrdə keçir. Əsas hadisələrdən biri mayın əvvəlində keçirilmiş ilk Ermənistan–Aİ sammiti olub. Sammitdə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Avropa Şurasının sədri Antoniu Koşta iştirak ediblər.

Sammitdən sonra Koşta bildirib ki, “Ermənistan–Aİ sammiti Avropa İttifaqının Ermənistanla münasibətləri dərinləşdirmək və əməkdaşlığı genişləndirmək əzminin açıq siqnalıdır”.

Öz növbəsində Paşinyan qeyd edib ki, Ermənistan “sülh və demokratik sistemin möhkəmləndirilməsinin yeni dövrünə daxil olur ki, bu da Aİ ilə münasibətlərin inkişafı üçün əlverişli şərait yaradır”.

“Euronews” həmçinin xatırladır ki, sammitdən bir neçə gün sonra Rusiya prezidenti Vladimir Putin Moskvada keçirilən mətbuat konfransında Ermənistanın Avropa İttifaqı ilə münasibətlərinin dərinləşməsi fonunda Ermənistanla Ukrayna arasında paralellər aparıb.

“Euronews”un məlumatına görə, “Matryoşka” şəbəkəsindən başqa, tədqiqatçılar Kremlin tərəfdarı “Storm-1516” şəbəkəsinin fəaliyyətini də qeydə alıblar. Klemson Universitetinin Media Kriminalistikası Laboratoriyasının məlumatına əsasən, bu kampaniya da Nikol Paşinyanın nüfuzdan salınmasına yönəlib.

Almaniyanın xarici kəşfiyyat xidməti və Fransanın Viginum agentliyi “Storm-1516”nı demokratik institutların sabitliyini pozmağa yönəlmiş koordinasiyalı kampaniyalar aparan Rusiya informasiya manipulyasiya şəbəkəsi kimi xarakterizə edir.

Klemson Universitetinin araşdırmasına görə, şəbəkə ən azı yanvar ayından fəaliyyət göstərir. O, Paşinyanın seçki vədləri barədə yalan məlumatlar, həmçinin Avrasiya İqtisadi İttifaqının rəqəmsallaşdırılması üçün ayrılmış 11 milyon dolları guya öz seçki kampaniyasına yönəltməsi ilə bağlı ittihamlar yayır.

Universitetin rəqəmsal təsir analitiki Ella Mürreyin sözlərinə görə, “Storm-1516”nın metodları şəbəkənin inkişaf etməyə davam etdiyini göstərir.

“O, təsir şəbəkələrinin və saxta marketinq botlarının miqyasını genişləndirib. Bundan əlavə, konkret ölkələrdə yerli istifadəçiləri təmsil edən hesablar yaratmağa başlayıblar”, - deyə o bildirib.

Mürreyin sözlərinə görə, Rusiyanın dezinformasiya kampaniyalarının Ermənistana marağı Moldovada və Macarıstanda seçki proseslərinə müdaxilə cəhdləri ilə eyni səbəblərlə izah olunur: məqsəd Qərbyönlü siyasətçiləri nüfuzdan salmaq və Moskvanın regiondakı təsirini bərpa etməkdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:197
embedMənbə:https://modern.az
archiveBu xəbər 21 May 2026 16:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see323

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see315

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see311

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see302

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see281

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see269

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see261

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see249

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see244

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see242

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see237

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see224

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see216

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see215

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see209

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see200

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see190

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see180

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see179

Əliyevlə deyil, kimlə imzalayım? Lula da Silva ilə?

18 Noyabr 2026 21:19see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri