Icma.az
close
up
RU
Kreml “Tramp planı”ndan razıdır, amma... “Vaxtı çatanda ətraflı müzakirə edəcəyik”

Kreml “Tramp planı”ndan razıdır, amma... “Vaxtı çatanda ətraflı müzakirə edəcəyik”

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Kreml Donald Trampın "sülh planı”nı Ukraynadakı müharibəyə son qoymaq üçün əsas ola biləcək yeganə "substantiv sənəd” hesab edir. 

“AzPolitika” xəbər verir ki, bun u Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

"Hazırda yeganə substantiv olan Amerika layihəsidir, Trampın layihəsidir. Biz inanırıq ki, bu, danışıqlar üçün çox yaxşı əsas ola bilər. Prezidentimiz də bu barədə danışıb. Biz hələ də bu baxışa sadiqik. Vaxtı çatanda bu məsələni ətraflı şəkildə müzakirə edəcəyik", - deyə Peskov bildirib.

Kreml sözçüsü həmçinin deyib ki, ABŞ Rusiyaya 19 maddəlik "sülh planı”nın yeni versiyasını göstərməyib. O qeyd edib ki, ABŞ-nin müharibəyə son qoymaq planı artıq dəyişdirilib və Moskva Vaşinqtonun onu rəsmi olaraq paylaşmasını gözləyir.

"Biz media xəbərlərini izləyir və onları diqqətlə təhlil edirik. Amerikalılar və ukraynalılar arasında danışıqların davam etdiyini və dərc olunmuş mətndə bəzi düzəlişlərin edildiyini başa düşürük. Nə vaxtsa, yəqin ki, amerikalılarla da əlaqə quracağımız və rəsmi olaraq bəzi məlumatlar alacağımız vaxt gələcək. Hələlik bu barədə heç bir yeniləməmiz yoxdur", - deyə Peskov bildirib.

Peskovdan həmçinin Rusiya Prezidentinin xüsusi nümayəndəsinin Amerika planının hazırlanmasında iştirak etməsi ilə bağlı məlumatlara münasibət bildirməsi istənilib. Putinin mətbuat katibi birbaşa cavab verməyib, əksinə planın Rusiya ilə "əsaslı şəkildə" müzakirə olunmadığını bildirib. Onun sözlərinə görə, plan "qismən Alyaskada danışıqlar zamanı əldə edilən anlaşmalar əsasında hazırlanıb və bu, əsasən Ankoric ruhuna uyğundur".

Peskov əlavə edib ki, Avropada "təhlükəsizlik arxitekturası"nın müzakirəsi Avropa ölkələrinin iştirakını tələb edir, lakin "onların Rusiya-Ukrayna müharibəsinin həlli üçün danışıqlarda iştirakı daha sonra baş verəcək."

Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov isə Moskvanın sülh müqaviləsi layihəsini artıq aldığını, lakin heç kimin onlarla bu planı müzakirə etmədiyini bildirib. O, əlavə edib ki, Trampın planının bir çox müddəaları Kreml üçün məqbul görünür.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 25 Noyabr 2025 15:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see216

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see195

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see187

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see180

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see165

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see163

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see163

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see152

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see150

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see143

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see140

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see133

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see132

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see129

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see126

Tramp Rza Pəhləvi ilə mümkün görüşdən danışdı

08 Yanvar 2026 23:39see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri