Castin Qeyci: “Ailəmdən xahiş etmişəm, vaxtı çatanda mənə desinlər”
Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
UFC prezidenti Dana Uayt və təşkilatın yüngül çəki dərəcəsində (70 kq-a qədər) 37 yaşlı çempionu Castin Qeycinin peşəkar karyerasını başa vurması ehtimalı barədə danışıb.
İdman.Biz xəbər verir ki, Dana Uayt bu barədə “MMA Mania”ya danışıb.
Promouşenin rəhbəri bu qərarın iki tərəfinin olduğunu bildirib.
“Bütün bunları obyektiv qiymətləndirsək, hazırda karyeranı başa vurmaq üçün əla zamandır. Digər tərəfdən, Castin möhtəşəm görünürdü. Belə formada olarkən onun hələ nə qədər böyük maliyyə potensialını reallaşdıra biləcəyini düşündükdə, aydın olur ki, burada üzərində düşünüləsi məqamlar var. Üstəlik, Qeytci özünü çox yaxşı hiss edir və əla səviyyə nümayiş etdirir”, - deyə Uayt qeyd edib.
Qeyci özü də MMA karyerasını başa vurmaq variantını istisna etmir.
“Mənim ailəm var və həmişə yaxınlarımdan - valideynlərimdən, qardaşlarımdan, bacımdan və məşqçilərimdən - vaxtı çatanda mənə karyeramı başa vurmağın zamanı olduğunu demələrini xahiş etmişəm. Bu mühüm qərarda həqiqətən onların fikrinə güvənirəm.
Bundan əlavə, məsələyə biznes kimi yanaşmaq lazımdır: danışıqlar aparmaq, perspektivləri qiymətləndirmək və bundan sonrakı həyatın necə olacağını anlamaq lazımdır. Son qərarımı hələ verməmişəm və geri qayıdıb-qayıtmayacağımı da bilmirəm”, - deyə döyüşçü bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:167
Bu xəbər 12 Sentyabr 2026 13:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















