Icma.az
close
up
RU
Kreml Trampın ritorikasına ciddi yanaşmır: Danışıqlarının real nəticə verəcəyi hələlik mümkün görünmür

Kreml Trampın ritorikasına ciddi yanaşmır: Danışıqlarının real nəticə verəcəyi hələlik mümkün görünmür

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampla bu gün baş tutacaq danışıqlardan əvvəl güclü tərəf olduğuna inanır.

Bu barədə “Blumberq” mənbələrə istinadən məlumat yayıb.

“Putin əmindir ki, onun qoşunları ilin sonuna kimi Ukraynanın müdafiəsini yarıb Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinə tam nəzarəti ələ keçirə biləcək. Bu o deməkdir ki, Putin bugünkü söhbət zamanı çətin ki, Trampa ciddi güzəştə getsin. Öz növbəsində, Avropa liderləri narahatdır ki, Tramp nə olursa olsun, nizamlanmanı tətbiq etməyə cəhd edə bilər”, - mənbə bildirib.

Qeyd olunub ki, Tramp müharibəni tez bir zamanda dayandırmaqda israr edir:

“O, razılaşmaya vasitəçilik etmək üçün Putinlə birbaşa danışıqları dəstəkləyib. Putin isə müharibəni bitirməyə hazır olduğuna dair heç bir işarə verməyib. Bu, Kiyevdə və digər Avropa paytaxtlarında Ukraynanın daha çox ərazilərdən imtina etmək məcburiyyətində qala biləcəyi ilə bağlı narahatlığı artırıb”.

Kremlə yaxın olan digər iki mənbə vurğulayıb ki, döyüşlərin dayandırılması ilə bağlı bütün söz-söhbətlərə baxmayaraq, Putin öz məqsədlərinə çatmaq üçün lazım olsa, uzunmüddətli müharibə aparmağa hazırdır.


Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü Sherg.az-a deyib ki, Trampın seçki öncəsi verdiyi vədlərdən biri də Rusiya-Ukrayna münaqişəsinə son qoymaq idi:


"ABŞ prezidentliyinə namizəd olan Tramp bu müharibəni "cəmi bir günə bitirəcəyini" iddia edirdi. Onun bu cür pafoslu və iddialı bəyanatları fonunda danışıqlar prosesinin uzanması heç kimin gözlədiyi ssenari deyildi. Ancaq reallıq fərqli inkişaf etdi — Rusiya Ukrayna ərazilərindəki işğalını davam etdirir. Kreml isə nə Trampın ritorikasına, nə də mümkün sanksiyaların sərtləşdirilməsinə ciddi yanaşır. Şübhəsiz ki, artıq Rusiya da bu müharibədən yorulub, iqtisadi və hərbi baxımdan ciddi itkilər verir. Amma eyni zamanda, Ukraynanın Moskvadan gələn ağır şərtləri qəbul edəcəyi də inandırıcı deyil. Bütün bunlar fonunda sülh danışıqlarının real nəticə verəcəyi hələlik mümkün görünmür".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:58
embedMənbə:https://sherg.az
archiveBu xəbər 19 May 2025 15:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see165

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see160

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see150

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see135

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see130

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see127

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri