Kreml Trampın Ukrayna münaqişəsinin həllində bəzi irəliləyişlər barədə açıqlamasını şərh etməyib
Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.
Kreml ABŞ Prezidenti Donald Trampın Ukrayna münaqişəsinin həllində bəzi irəliləyişlər barədə açıqlamalarını şərh etməkdən imtina edib.
APA-nın Moskva müxbiri xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Trampın rampın bəyanatlarını şərhsiz qoyub.
"Mən bunu şərhsiz qoyardım. Çünki bu məsələ ilə bağlı əlavə detallarımız yoxdur", - Kremlin sözçüsü vurğulayıb.
Peskov Rusiya və ABŞ arasında təxirə salınan Budapeşt sammitindən də danışıb. Bildirib ki, bu sammitə müəyyən mərhələdə hər iki tərəfin tələbi olacaq.
"Biz inanırıq ki, müəyyən mərhələdə hər iki tərəf mütləq sammit tələb edəcək. Lakin bu sammitdən əvvəl çox intensiv, dəqiq ekspert işi aparılmalıdır. Amerikalı həmkarlarımız bu məsələdə bizimlə tamamilə razıdırlar. Yəqin ki, cənab Stiven Vitkoffun son açıqlamasını eşitmisiniz", - Kremlin rəsmi nümayəndəsi yekunlaşdırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 07 Noyabr 2025 14:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















