Icma.az
close
up
RU
Kreml Ukrayna konstitusiyasının dəyişdirilməsini tələb edə bilər

Kreml Ukrayna konstitusiyasının dəyişdirilməsini tələb edə bilər

Icma.az, Reyting.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Ukraynadakı müharibə ABŞ Prezidenti Donald Tramp administrasiyasının diqqətini başqa məsələlərə yönəltməsinə mane olur və Rusiya ərazi bütövlüyü ilə bağlı Ukrayna konstitusiyasına dəyişiklik etmək istəyə bilər.
Reyting.az
xəbər verir ki, bunu Ukraynanın Böyük Britaniyadakı keçmiş səfiri və sabiq xarici işlər naziri Vadim Pristayko deyib.
Trampın planının mahiyyətinə gəlincə, diplomat qeyd edib ki, Ukraynadakı müharibə “onların dünya üzrə hesablaşmalar sxeminə uyğun gəlmir” və Tramp administrasiyasının diqqətini Çin, Cənubi Asiya regionu məsələlərinə yönəltməsinə mane olur.
“Avropanı tamamilə tərk et, öz məsələni özün həll et. Beləliklə, əvvəlcə tezis irəli sürülür ki, icazə verin, hər şeyi 24 saat ərzində həll edim, bu baş vermədikdə isə problemi birinci səviyyədə araşdırmağa başlayırlar. Yəni, ikinci variant hazırlanır və baxırlar ki, buna Ukrayna və Rusiyadan reaksiya necə olacaq”, - deyə Pristayko əlavə edib.
Onun sözlərinə görə, indi elə bir mərhələdir ki, Ukraynaya ilk təkliflər edilib və bu, onların buna uyğun olmadığını göstərir.
Ukraynadan gözlənilə biləcək güzəştlərlə bağlı sualı cavablandıran sabiq nazir qeyd edib ki, “bu söhbətlər zamanı Ukraynanın ərazi güzəştlərinin daim qeyd olunmasından” narahatdır: “Rusiyanın bu torpaqlara ehtiyacı olduğunu təsəvvür etsək belə. Onsuz da yararsız vəziyyətə düşmüş xeyli torpaqları var və onlarla nə edəcəklərini bilmirlər. Üstəlik, bu, onların iştahını daha da artırır. Çünki indi bu torpağa sahib olmaq, bunu qanuniləşdirmək üçün müharibəni dayandırmağa dəyməz”.
Diplomat xəbərdarlıq edib ki, regionlardan imtina xoşagəlməz mexanizmdir, onlar buna doğru itələyəcəklər: “Mən qorxuram, Rusiya Amerika administrasiyasına birbaşa desin ki, onlar dəyişikliklər görmək istəyirlər. Söhbət Ukrayna konstitusiyasında qeyd edilən ərazi bütövlüyündən gedir. Yəni konstitusiyanı dəyişmək tələbi də irəli sürülə bilər”.

E. KAMAL

Ana səhifəyə dön


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://reyting.az
archiveBu xəbər 30 Yanvar 2025 16:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see486

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see171

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see143

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see138

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see136

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see131

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see130

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see130

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see130

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see128

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see128

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see128

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see127

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124

“İnter”dən inamlı qələbə

07 Dekabr 2025 02:06see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri