Makqreqor özünə görə İrlandiya konstitusiyasının dəyişdirilməsini tələb edir
Icma.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.
Keçmiş UFC çempionu, irlandiyalı döyüşçü Konor Makqreqor sosial şəbəkə X-da paylaşım edərək, İrlandiya konstitusiyasına dəyişiklik edilməsini tələb edən petisiya başladığını elan edib.
Qaynarinfo xəbər verir ki, onun sözlərinə görə, təklif edilən dəyişikliklər onun 2025-ci il noyabrın 11-də keçiriləcək prezident seçkilərində iştirak etməsinə imkan verməlidir.
"Hazırda namizədliyə parlamentin 20 üzvündən və ya dörd qraflıq şurasından dəstək almaq tələb olunur. Bu sistem namizədlər arasında müəyyən siyasi təsirin olmasını təmin etmək məqsədi daşısa da, faktiki olaraq İrlandiya xalqının birbaşa iradəsini məhdudlaşdırır", deyə Makqreqor bildirib.
Makqreqor bu ilin mart ayında qarşıdan gələn prezident seçkilərində iştirak etmək niyyətində olduğunu bəyan etmişdi. Qeyd olunur ki, o, İrlandiyadakı miqrantlara qarşı sərt mövqedə dayanır və bu yaxınlarda ABŞ prezidenti Donald Trampla bu mövzuda görüş keçirib. Görüş zamanı Makqreqor İrlandiya hökumətini qeyri-qanuni miqrasiyanı təşviq etməkdə ittiham edib.
36 yaşlı Makqreqorun son döyüşü UFC 264 turnirində amerikalı Dastin Porie ilə olub. Döyüş ilk raundda dayandırılıb və nəticədə Makqreqor ayağından ciddi zədə alaraq sınıqla rinqi tərk edib.
Aydın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 05 Avqust 2025 18:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















