Icma.az
close
up
RU
“Kreml Ukrayna müharibəsindən dərhal sonra NATO ya hücuma hazırlaşır“ ISW

“Kreml Ukrayna müharibəsindən dərhal sonra NATO ya hücuma hazırlaşır“ ISW

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

"Rusiyanın hərbi potensialı sürətlə bərpa olunur..."

Ukraynada döyüşlərin başa çatması ilə Rusiya "yorğun və dağıdılmış ordu" görüntüsü yaratsa da, əslində paralel şəkildə böyükmiqyaslı hərbi potensial toplayır. 

Moderator.az xəbər verir ki, bu barədə Amerikanın Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) hesabatında deyilir.

Analitiklərin fikrincə, Moskva tank parkını və canlı qüvvəsini təkcə uzunmüddətli perspektiv üçün deyil, həm də yaxın illərdə NATO ilə birbaşa qarşıdurma üçün hazırlayır.

"Frontelligence Insight" tərəfindən əldə edilən "Uralvaqonzavod" zavodunun daxili sənədləri göstərir ki, Kreml 2028-ci ilə qədər T-90 tanklarının istehsalını 80 faiz artırmağı, yeni T-90M2 modifikasiyasını işə salmağı planlaşdırır. 2026-2036-cı illərdə 2000-dən çox T-90 və T-72 tankının modernləşdirilməsi nəzərdə tutulur ki, bu da Rusiyanın növbəti genişmiqyaslı müharibədən əvvəl tam tank parkını bərpa etməsinə imkan verəcək.

Eyni zamanda döyüş meydanında tanklardan istifadənin azalması müşahidə olunur - ISW bunu "Rusiyanın texnikanı döyüşdən çəkib ehtiyat üçün saxlaması" kimi qiymətləndirir.

Moskva yeni döyüş konsepsiyası hazırlayır

ISW qeyd edir ki, Kreml artıq klassik tank hücumları ilə deyil, dronlar, radioelektron mübarizə vasitələri və hava məkanında "lokal blokadalar" vasitəsilə düşmənin manevr imkanlarını məhdudlaşdırmaq üzərində işləyir. Rusiya pilotsuz aparatları ilə Avropada hərbi bazalara və kritik infrastruktur obyektlərinə diversiya xarakterli hücumlar həyata keçirərək "psixoloji və informasiya fazasını", yəni gələcək müharibənin sıfırıncı mərhələsini başladıb.

Analitiklər bildirir: "Rusiyanın NATO üzvlərinə hücum etmək üçün ordusunun tam bərpasını gözləməli olduğuna dair heç bir əlaməti yoxdur". Əksinə, əgər Alyans deterrensiya sistemini işlətməsə, Moskva daha tez hücuma keçə bilər".

Mümkün hücum marşrutu Baltikyanı ölkələrdir

Danimarka Hərbi Kəşfiyyat Xidməti hesab edir ki, əgər Ukraynada atəşkəs əldə olunsa və NATO eyni anda yenidən silahlanma prosesinə başlamasa, beş il ərzində Rusiya Avropada genişmiqyaslı müharibəyə hazır ola bilər.

Hərbi analitik Aleksandr Kovalenkonun qiymətləndirməsinə görə, cəmi 100 minlik qoşun qruplaşması ilə Litva, Latviya və Estoniyanın ələ keçirilməsi Moskva üçün real ssenaridir. Yaxşı yol infrastrukturu Rusiyaya sürətli irəliləyiş imkanı verə bilər.

Müharibə nə qədər çəkə bilər?

Kovalenko hesab edir ki, Rusiya ilə NATO arasında hərbi toqquşma başlasa, bu, Ukrayna cəbhəsindən daha sürətli gedəcək, lakin "yenə də həftələr və ya aylarla ölçülən qısa müharibə olmayacaq".

Müddət iki amildən asılı olacaq: Əgər məqsəd yalnız sərhədlərin qorunması və işğal olunmuş ərazilərin azad edilməsi olarsa, müharibə məhdud ola bilər. Əgər qərb paytaxtları Moskva üzərinə yürüş edərək Putinin rejimini kökündən sındırmaq qərarı versə, qarşıdurma iki ilə qədər uzana bilər.

NATO üçün vaxt daralır

ISW-nin yekun hesabatında belə deyilir: "Rusiya müasir müharibənin sürətlə dəyişən şərtləri daxilində zəngin təcrübə qazanır. NATO bu reallığı qəbul etməli, həm Ukraynadan sonra dərhal yaranacaq təhdidə, həm də uzunmüddətli müharibə ssenarisinə hazır olmalıdır". Kreml sanki Ukraynada müharibəni bitirmək üçün deyil, növbəti münaqişəyə sıçrama taxtası kimi istifadə etmək üçün dözür. Avropa isə ya buna hazır olacaq, ya da gec olacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:78
embedMənbə:https://moderator.az
archiveBu xəbər 12 Oktyabr 2025 20:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see196

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see194

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see193

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see191

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see184

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see171

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see167

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see164

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see164

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see161

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see156

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see152

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see148

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see147

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see145

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see139

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see139

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see137

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see132

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri