Icma.az
close
up
RU
Kreml üzr istəməyə məcburdur: əks halda qlobal qarşıdurma mərhələsinə keçə bilər KONKRET

Kreml üzr istəməyə məcburdur: əks halda qlobal qarşıdurma mərhələsinə keçə bilər KONKRET

Icma.az bildirir, Konkret.az portalına istinadən.

Kremldən və Ramzan Kadırovdan gələn təzyiqlərə baxmayaraq, Azərbaycan hökuməti təyyarənin qəzaya uğraması ilə bağlı istintaqı məxfiləşdirməkdən imtina edib.

KONKRET.az xəbər verir ki, bunu “Nezıqar” Teleqram kanalı Azərbaycan rəhbərliyinə yaxın mənbəyə istinadən yazıb.

“Biz günahsız insanların həyatı məsələsində həqiqəti gizlətməyə imkan verə bilmərik. Azərbaycan günahkarların kimliyindən asılı olmayaraq, müəyyən ediləcəyi və cəzalandırılacağı açıq və obyektiv istintaq aparacaq”, – deyə mənbə qeyd edib.

Aviasiya təhlükəsizliyi üzrə mütəxəssislər hesab edir ki, Böyük Britaniya və Fransanın əlində qəza ilə bağlı tutarlı sübutları olub.

“Ölkənin xüsusi xidmət orqanları son sutka ərzində London və Berlinlə birbaşa əlaqədədir”, – deyə kanal yazıb.

Başqa bir mənbə bildirir ki, Rusiya tərəfinin təyyarəni yerə endirməkdən imtina etməsi və onu Xəzər dənizi istiqamətində uçmağa məcbur etməsi Bakını hiddətləndirib və belə davranışın səbəblərini açıqlamağı tələb edir.

“Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) artıq istintaqda iştirak edəcəyini bəyan edib. Fransa isə ehtimal olunur ki, beynəlxalq KİV-lərə raketin trayektoriyasını və texniki parametrlərini əks etdirən obyektiv nəzarət məlumatlarını təqdim edib. Bu raketin Rusiyanın HHM sistemindən buraxıldığı güman edilir.

Böyük Britaniyanın bu faciəni beynəlxalq qalmaqal səviyyəsinə çıxarmaq niyyətində olduğu bildirilir. Hadisəni Ukraynada vurulmuş Malayziya “Boinq”i ilə müqayisə edirlər. Vəkillər artıq həlak olanların və zərərçəkənlərin ailələrinə Rusiyaya qarşı çoxmilyonlu iddialar qaldırmağı təklif edir. Bu iddialar müstəqil istintaqın nəticələrinə əsaslanacaq”, – kanal yazır.

Mənbələrin bildirdiyinə görə, Kreml tez bir zamanda antiböhran strategiyası hazırlaya bilməyib:

“Kreml antiböhran strategiyası hazırlamaqda çətinlik çəkir. Bəziləri Kadırovun mövqeyinə sakitcə baxır, digərləri Prezident Administrasiyasının məmurlarının reaksiyasını gözləyir – nəticədə vaxt itirilib. Heç kim məsuliyyəti üzərinə götürmək istəmir”.

Kanal qeyd edir ki, nəticədə federal KİV-lərə fövqəladə hallar xidmətinin və hökumətin qəza iştirakçıları və həlak olanların ailələri ilə işini müsbət şəkildə işıqlandırmaq tapşırılıb:

“Eyni zamanda, Vladimir Solovyov kimi əsas təbliğatçılar Ukraynanın əvvəlki illərdə vurduğu mülki təyyarələrlə bağlı əks narrativlər yaymağa başlayacaq. Lakin onlara 2014-cü ildə vurulmuş Malayziya Boinq MH17-nin adını çəkmək qəti qadağan edilib”.

Brüssel, Paris, Berlin və London daxil olmaqla, Avropa paytaxtları faciəyə görə məsuliyyət daşıdığı iddia edilən Rusiya müdafiə naziri və Hava-Kosmik Qüvvələrinin komandanına qarşı sanksiyalar tətbiq etməyə hazırlaşır.

Eyni zamanda, Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) müraciət edərək yüksək vəzifəli Rusiya hərbçiləri, o cümlədən nazir Belousovun həbsi üçün order tələb etmək planlaşdırılır.

Lakin Moskvadakı mənbələrə görə, Rusiya bu mənfi təsiri Bakı və Astananın köməyi ilə neytrallaşdıra biləcək.

“Rusiya üzr istəyəcək, kompensasiya ödəyəcək və razılıq əldə edəcək”, – deyə mənbə bildirib.

Bu arada mütəxəssislər qeyd edirlər ki, vəziyyət artıq regional insidentdən çıxıb və “dövlət terrorizmi ilə bağlı yeni qlobal qarşıdurma mərhələsinə keçməklə” nəticələnə bilər.

Qeyd olunub ki, İsrailin “El-Al” aviaşirkəti bəyan edib ki, Rusiyanın hava məkanındakı hadisələrlə bağlı Təl-Əviv–Moskva reysi üzrə bütün uçuşları yaxın bir həftəlik dayandırır. Onlar vəziyyətin yenidən qiymətləndirilməsindən sonra bərpa edilə bilər./axaraz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:144
embedMənbə:https://konkret.az
archiveBu xəbər 27 Dekabr 2024 15:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see213

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see210

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see207

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see195

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see195

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see178

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see158

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see156

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see153

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see151

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see145

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see142

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see142

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri