Icma.az
close
up
RU
Kreml üzr istəməyə cəsarət etmədi, Bakı da bu yolu tutdu

Kreml üzr istəməyə cəsarət etmədi, Bakı da bu yolu tutdu

Icma.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.


Prezident İlham Əliyevin Şuşa Qlobal Media Forumundakı çıxışından aydın oldu ki, rəsmi Bakı vurulan AZAL təyyarəsinə görə beynəlxalq ədliyyə sisteminə müraciət hazırlayır. Moskva Bakıya başqa seçim qoymadı. Kreml İlham Əliyevin səsləndirdiyi tələblərin heç birini yerinə yetirmədi, qəzadan ötən 7 ayda günahını etiraf etmədi, təyyarəni vuranları cəzalandırmadı, qurbanların və yaralıların ailələrinə təzminat ödəmədi.

Bakupost.az bildirir ki, bu barədə politoloq Elxan Şahinoğlu deyib.

Politoloq qeyd edir ki, açıqlaması ilə Prezident İlham Əliyev bu olayın üstündən sükutla keçməyəcəyini bir daha bəyan etdi:

“7 aydır ki, biz cavab ala bilmirik” deyən dövlət başçısı Rusiya tərəfinin hər dəfə təkrarladığı “təhqiqat davam edir” cavabının məntiqsizliyinə işarə etdi.

Kremlin 7 ay sonra fikrini dəyişəcəyini, yəni İlham Əliyevin haqlı tələblərini yerinə yetirəcəyini zənn etmirəm. Rusiyanı idarə edənlərin üzr istəmək ənənəsi yoxdur. Halbuki, Kreml vurulan təyyarə ilə bağlı üzərinə düşənləri etsəydi, iki ölkə arasındakı münasibətlər bugünkü gərgin vəziyyətə sürüklənməzdi. İlham Əliyevin “10 il lazım oldu ki, Malayziya Hava Yollarına məxsus "Boeing"lə bağlı təhqiqat başa çatsın” sözləri də Kremlə xatırlatmaydı. Həmin təhqiqat məhz Rusiyanın Malayziya təyyarəsini raketlə vurduğunu faktlarla sübut etdi. Kreml o zaman da üzr istəmək əvəzinə mülki təyyarənin guya Ukraynanın vurduğu haqqında yalan məlumatlar yaydı. Kreml eyni “ssenaridən” Azərbaycana qarşı da istifadə etməyə çalışdı. Guya AZAL təyyarəsi Çeçenistan səmasında Ukrayna dronu ilə toqquşub. AZAL-ın təyyarəsi Malayziya təyyarəsindən fərqli olaraq enə bildi və yalan keçmədi, təyyarədə dron deyil, raket izləri var idi.

Kreml bilərəkdən Azərbaycanla münasibətlərdə gərginlik xəttini seçib, adını da qoyublar guya “Türkiyə və Böyük Britaniya kəşfiyyatı Rusiyanı Cənubi Qafqazdan sıxışdırmağa çalışır”.

Halbuki, Vladimir Putinin yumşaq desək yanlış davranışı azərbaycanlı həmkarıyla 2022-ci ilin fevralında imzaladığı strateji tərəfdaşlıq sazişinin üstündən xətt çəkdi. İlham Əliyev Şuşa forumunda ukraynalı jurnalistin “Ukraynaya nə məsləhət görürsünüz” sualına konkret cavab verdi: “İşğalla barışmayın!”. Dövlət başçısı bir neçə il əvvəl ona verilən oxşar suala eyni cavabı vermişdi. Təyyarə faciəsi yaşanmasaydı belə rəsmi Bakının mövqeyi eyni olacaqdı. Azərbaycan üçün ərazi bütövlüyü həssas məsələdir".


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 19 İyul 2025 23:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see400

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see311

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see291

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see281

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see272

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see268

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see260

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see260

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see259

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see240

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see225

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see219

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see217

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see215

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see214

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see213

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see209

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see204

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri