Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

İbrahim Tatlısesin model gəlininin evini su basdı

Liqa 1: PSJ dən geridönüş

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

Kremldən Azərbaycana ciddi təhlükə

Kremldən Azərbaycana ciddi təhlükə

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Rusiya Azərbaycanın Krımı və yeni regionları, yəni Ukraynanın işğal edilmiş digər əraziləri tanımasına ümid edir”. 

“RİA Novosti”-nin bu məlumat rəsmi təsdiqini taparsa, bu halda Azərbaycanın həm Rusiya, həm də Ukrayna ilə münasibətlərinə təsir göstərə biləcək vəziyyətin yaranmasından söhbət gedir. Görünür, Ukrayna ilə sülh sazişi imzalamağa tələsməyən Kreml mövcud status-kvonun saxlanılması şərti ilə müharibəni dayandırmağa razı olduğunu nümayiş etdirir. 

Xüsusilə də ABŞ Prezidenti Donald Trampın daimi sülh müqaviləsi və ya atəşkəs təklifinin reallaşmaması Rusiyanın işğalın nəticələrinin beynəlxalq səviyyədə tanıtmaq istəyi ilə bağlıdır. Rusiya Prezidentinin köməkçisi Vladimir Medinskinin işğal olunmuş Ukrayna ərazilərini Qarabağla müqayisə edən bəyanatı rəsmi Moskvanın müəyyən şərtlər daxilində sülhə imza atmağa hazır olduğunu göstərir. 

“Rusiya ilə Ukrayna arasında sülh sazişi bağlanmadan sadəcə atəşkəs əldə olunsa və cəbhəboyu münaqişə dayandırılsa, bura Ermənistanla Azərbaycan arasında Qarabağ kimi “mübahisəli” əraziyə çevriləcək”,- deyə Medinski bildirib. Bununla da rəsmi Moskva atəşkəsə deyil, işğal etdiyi torpaqların Rusiya ərazisi kimi tanınacağı təqdirdə, sülh müqaviləsinə imza atmağa hazır olduğunu bildirir. 

Yəni, Rusiya müəyyən dövrdən sonra Ukraynaının güclənərək Azərbaycan kimi öz ərazilərini işğaldan azad edəcəyindən narahatdır. Ona görə də Rusiya tərəfi işğalın nəticələrinin de-yure tanınmasına çalışır. Azərbaycana edilən təklifə də bu kontekstdə baxmaq lazımdır. Lakin Azərbaycan dövlətlərin ərazi bütövlüyü və suverenliyinin müdafiəsi prinsipinə üstünlük verir. 2015-cü ildə Krımın və Donbasın işğalından sonra da rəsmi Bakı birmənalı şəkildə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyib. 

Azərbaycan Ukraynaının Donetsk və Luqansk vilayətlərində yaradılmış separatçı rejimlərə münasibətdə Kiyevin mövqeyindən çıxış edib. Bu mənada, Azərbaycanın Krımı və digər işğal olunmuş əraziləri Rusiyanın tərkib hissəsi kimi tanıması qeyri-mümkündür. İşğal olunmuş əraziləri Rusiya torpağı kimi tanımaq Ukraynaya qarşı müharibənin dəstəklənməsi deməkdir. 

Halbuki, Belarus istisna olmaqla Rusiyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Avrasiya İqtisadi Birliyindəki müttəfiqlərinin heç biri Ukraynaya qarşı müharibəni qanuni hesab etməyib. Ona görə də istər Krım, istərsə də digər Ukrayna ərazilərinin Rusiya tərəfindən ilhaqı müttəfiq ölkələr tərəfindən legitim sayılmır. Belə olan halda, Krımı və digər bölgələri Rusiyanın ərazisi kimi tanımaq Ermənistanla hələ sülh müqaviləsi imzalamamış Azərbaycanın özünə problem yarada bilər. 

Çünki Ermənistan Azərbaycanın ərazi bütövlüyünü de-yure tanımayıb. Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları qalır. Ukraynanın işğal olunmuş bölgələrinin başqa ölkənin torpaqları kimi tanımaq Azərbaycanın ərazi bütövlüyü üçün mənfi presedent yarada bilər. 2026-cı il iyunun 7-də Ermənistan parlamentinə keçiriləcək seçkilərdə Rusiyanın siyasi dəstəyinə arxalanan revanşist müxalifət qalib gələrsə, Azərbaycanla sülh prosesini pozacaq. Bu baxımdan, Rusiyanın təklifi yalnız Ukraynaya deyil, həm də Azərbaycana yönəlik ciddi təhlükədir. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:208
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 11 İyun 2025 15:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see454

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see436

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see419

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see289

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see286

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see270

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see269

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see251

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see244

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see236

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see228

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see221

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see209

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see202

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see197

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see197

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see195

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see189

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see172

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri