Icma.az
close
up
RU
Kremldən Azərbaycana və Ermənistana NATO xəbərdarlığı “Əslində, regionu alovlandıran Rusiyadır”

Kremldən Azərbaycana və Ermənistana NATO xəbərdarlığı “Əslində, regionu alovlandıran Rusiyadır”

Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova iyulun 30-da keçirdiyi ənənəvi brifinqdə NATO-nun Cənubi Qafqazda möhkəmlənməyə çalışdığını bildirib.

Zaxarova qeyd edib ki, Şimali Atlantika Alyansının əsas məqsədi region ölkələrinin resurslarını Qərbin maraqları üçün istifadə etmək və Rusiya ilə geosiyasi rəqabət fonunda Cənubi Qafqazı zəiflətməkdir.

“Onlara bərabər hüquqlu münasibətlər lazım deyil. Onlar resursları almaq, ölkələri bir-birinə qarşı qoymaq, bölgəni alovlandırmaq istəyirlər. Ümid edirik ki, region ölkələri, Ermənistan və Azərbaycan NATO ilə əməkdaşlığın risklərini anlayacaq”, – deyə Zaxarova vurğulayıb.

Politoloq Elxan Şahinoğlu isə Zaxarovanın bu fikirlərinə münasibət bildirərək, əslində, regionu zəiflətmək və münaqişələrdən bəhrələnmək istəyən tərəfin NATO deyil, məhz Rusiya olduğunu deyib.

O bildirib ki, Zaxarovanın cümlələrində “NATO” əvəzinə “Rusiya” yazılsa, daha məntiqli olar. 

“Kreml hər zaman bölgə ölkələrinin bir-birilə münaqişədə olmasından faydalanmağa çalışıb. Regionu alovlandırmaq istəyən NATO deyil, məhz Rusiyadır”, – deyə politoloq qeyd edib.

Şahinoğlu diqqətə çatdırıb ki, Zaxarova NATO deyərkən konkret təşkilatı, yəni Brüsseldə yerləşən qərargahı, yoxsa təşkilata üzv dövlətləri nəzərdə tutur, bu da sual doğurur.

“NATO Cənubi Qafqazda sülh və əməkdaşlıqda maraqlıdır. Alyans Brüsseldə yerləşir və regionun hər üç dövləti ilə – Azərbaycan, Ermənistan və Gürcüstanla – müxtəlif səviyyəli əməkdaşlıq qurub. Belə olan halda NATO öz maraqlarına zidd olaraq bölgəni niyə alovlandırmalıdır?”, – deyə o vurğulayıb.

Politoloq hesab edir ki, Zaxarovanın açıqlamasının əsas hədəfi Azərbaycan və Ermənistan olsa da, Gürcüstanın adının çəkilməməsi diqqətçəkicidir.

“Gürcüstan NATO və Avropa İttifaqına üzvlük planından imtina etməyib. Ötən həftə Gürcüstanda NATO təlimləri keçirildi. Amma Zaxarova Gürcüstanı qəsdən kənarda saxlayır. Səbəb isə Kremlin Bakını və İrəvanı ‘alternativ axtarışında olan’ ölkələr kimi göstərməsidir”, – deyə Şahinoğlu bildirib.

Politoloq əlavə edib ki, Azərbaycanın NATO ilə münasibətlərində açıq hərbi inteqrasiya hədəfi yoxdur və buna da ehtiyac duymur.

“Azərbaycanın hərbi-strateji müttəfiqi NATO-nun ikinci ən böyük ordusuna sahib olan Türkiyədir. Bu bizim üçün yetərlidir”, – deyə Elxan Şahinoğlu vurğulayıb.

Rasim Əliyev

"AzPolitika.info"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:76
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 31 İyul 2025 12:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see166

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see164

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see152

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see151

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see149

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see148

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see147

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see146

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see146

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see144

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see139

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see139

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see137

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see137

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see134

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see134

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see134

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see134

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see133

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri