Icma.az
close
up
RU
KREMLDƏN BAKIYA “BARIŞIQ” MESAJI... Zaxarova Qərbi və Qordonu ittiham edir

KREMLDƏN BAKIYA “BARIŞIQ” MESAJI... Zaxarova Qərbi və Qordonu ittiham edir

Icma.az, Azpolitika.az saytına istinadən bildirir.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Azərbaycan və Rusiya arasında gərginləşən münasibətlər fonunda növbəti dəfə bəyanatla çıxış edib.

"AzPolitika" xəbər verir ki, o, Bakıda qeyri-qanuni fəaliyyətlərinə görə saxlanılan Rusiya vətəndaşlarının azad olunmasının ikitərəfli münasibətlərin normallaşmasına ciddi töhfə verə biləcəyini iddia edib: “Bakı tərəfindən saxlanılan rusiyalıların azad olunması, şübhəsiz ki, Rusiya-Azərbaycan münasibətlərinin normallaşması üçün mühüm jest olardı”.

O əlavə edib ki, Moskva baş verənləri yaxından izləyir və Azərbaycan tərəfi ilə dialoqu davam etdirməkdədir. 

Zaxarova çıxışında Cənubi Qafqazla bağlı Qərb dairələrinin siyasətinə də sərt münasibət bildirib. O, xüsusilə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə Qərbin – xüsusilə Brüsselin – müdaxiləsini tənqid edib: “Brüsselin təqdim etdiyi bu ‘xoş niyyətlərin’ arxasında başqa şey dayanır. Qərb qüvvələri Bakı ilə İrəvan arasında sülh prosesini regional çərçivədən çıxarıb, onu öz oyun qaydalarına uyğun yönləndirmək niyyətindədirlər. Məqsəd – növbəti dəfə siyasi uğur nümayiş etdirməkdir”.

Onun fikrincə, Qərbin bu mövqeyi bölgənin real problemlərinin həllinə yox, xarici qüvvələrin nüfuz savaşı məqsədlərinə xidmət edir. Rusiya rəsmisi hesab edir ki, bu cəhdlər Cənubi Qafqazda sabitliyi təhdid edə bilər.

Qordonun Xankəndidəki iştirakı Moskvanı qıcıqlandırıb

Zaxarova Ukraynalı jurnalist Dmitri Qordonun Xankəndidə keçirilən media forumunda iştirakına da reaksiya verib. O, jurnalistin tədbirdə görünməsini “qərb müdaxiləsinin simvolu” adlandırıb.

“Mən bu hadisələrin arxasında Qərbin – bölgəmizdə sülhə və sabitliyə nifrət bəsləyən qüvvələrin əli olduğunu görənlərlə tam razıyam. Düşünürəm ki, Qordonun ora göndərilməsi çox ciddi siqnaldır”, – deyə Zaxarova vurğulayıb.

O, bu iştirakın təsadüfi olmadığını və Qərbin bölgədə daha dərin informasiya və siyasi təsir planlarının bir hissəsi olduğunu deməyə çalışıb.

Zaxarova münasibətlərin gərginləşməsinə səbəb olan AZAL-ın təyyarəsinin vurilması və Azərbaycan diasporunun üzvlərinin öldürülməsi haqda isə ümumiyyətlə danışmayıb. 

Elman

"AzPolitika.info"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 24 İyul 2025 15:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see320

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see254

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see201

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see171

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see169

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see168

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see167

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see167

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see164

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see153

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see145

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri