Icma.az
close
up
RU
Kremldən Kiyevə alçaldıcı tələb: Zelenski bu güzəştə hazır deyil...

Kremldən Kiyevə alçaldıcı tələb: Zelenski bu güzəştə hazır deyil...

Icma.az, Sitat.info portalına istinadən məlumat yayır.

"Ukrayna Prezidenti Volodimir Zelenski Avropa Şurasında çıxışı zamanı bir sıra məqamlara toxunub. Birincisi, Zelenski bildirib ki, Ukrayna ordusu 150-dən 3000 kilometrədək məsafədə yerləşən hədəfləri öz istehsalı olan uzaqmənzilli silahlarla vura bilir. Bununla Ukrayna Prezident demək istəyib ki, ölkəsi ABŞ-ın uzaq mənzilli raketlərini almaq istəsə də, ancaq bu olmasa belə Rusiyanın strateji mərkəzlərinə zərbə endirə biləcək raketlərə malikdir. Zelenski eyni zamanda onu da vurğulayıb ABŞ-dan alınan uzaqmənzilli silahlar Rusiya ərazisindəki obyektlərə qarşı istifadə edilməyib. Bu Vaşinqtonun tələblərindən biridir. Buna baxmayaraq, Zelenski Ukraynanın yaxın gələcəkdə “Tomaqavk” raketlərinə sahib olmaq istəyini səsləndirib. Halbuki, ABŞ Prezidenti Donald Tramp raketlərin Ukraynaya verilməsini ləngidir. Digəır tərəfdən Ukraynaya verilməsi planlaşdırılan 50 “Tomaqavk” raketinin müharibədə dönüş yaradacağını söyləmək də çətindir".

Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. 

O bildirib ki, Volodimir Zelenski Ukraynanın iştirakı olmadan Rusiya və ABŞ liderləri arasında görüşün əleyhinə olduğunu gizlətməyib: " Həqiqətən işğala məruz qalan Ukraynadırsa, müharibənin hansı şərtlər altında dayandırılması mövzusunun müzakirəsində bu ölkənin liderinin iştirakı vacibdir. Misal üçün Ağ Ev sahibi Zelenskinin Rusiyanın Ukraynanın işğal etdiyi ərazilərlə barışmasını istəyir. Zelenski atəşkəsə razıdır, Kreml sahibi Vladimir Putinin isə atəşkəsə razılaşmanın qarşılığında Kiyevdən işğal edə bilmədiyi əraziləri tələb edir. Kiyev bu alçaldıcı tələbə yerinə yetirməyəcək. Elə bunun nəticəsidir ki, ABŞ və Rusiya Prezidentlərinin Macarıstan paytaxtı Budapeştdə planlaşdırılan görüşü təxirə salındı. Putinin tələbinin məntiqsiz olduğunu Tramp da qəbul edib. Zelenskinin mövqeyi qətidir: “Ukrayna Rusiyaya ərazi güzəştlərinə getməyə hazır deyil”.

Politoloqun sözlərinə görə, Zelenski Çindən narazılığını da gizlətmir: "Ukrayna Prezidenti Avropa Şurasındakı çıxışında Çin və bu ölkənin lideri Si Cinpinin siyasətinə də toxunub. Zelenski deyib ki, Si Cinpin Rusiyaya silah satmayacağı barədə ona məlumat verib. Zelenski bu vədin yerinə yetirilmədiyini bu şəkildə qiymətləndirib: “Çin Rusiyaya kömək edir. Çin Ukraynaya yardım etmir. Çin nə bizim qələbəmizdə, nə də Rusiyanın məğlubiyyətində maraqlıdır”. Bu həqiqətdir. Çinin xarici işlər naziri Van Yi Brüsseldəki görüşlərinin birində Çinin Rusiyanın məğlubiyyətində maraqlı olmadığını belə izah edib: “Rusiya məğlub olarsa, ABŞ bütün diqqətini Çinə yönəldəcək və bizə təzyiq artacaq”. Əslində Rusiya-Ukrayna müharibəsi bir başqa səbəbə görə də Pekinin maraqlarına cavab verir. Bu müharibə Rusiyanı taqətdən salır və Kremlin Pekindən asılılığı artmaqda davam edir".

Nigar,

Sitat.info 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://sitat.info
archiveBu xəbər 24 Oktyabr 2025 11:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see260

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see257

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see246

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see241

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see227

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see216

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see205

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see193

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see183

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see180

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see168

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see168

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see164

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see155

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see154

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see152

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri