Kremldən Bakının Kiyevə yardım mesajına REAKSİYA
GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Azərbaycanlı tərəfdaşlarımız Rusiyanın Ukraynaya silah və ya ikili təyinatlı humanitar yardımla bağlı mövqeyini yaxşı bilirlər”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Aleksey Fadeyev jurnalistlərə açıqlamasında bildirib.
“Bu cür hərəkətlər münaqişənin sülh yolu ilə nizamlanmasına yardım etmir, vəziyyəti daha da pisləşdirir”, – Fadeyev deyib.
Qeyd edək ki, bundan öncə Rusiya Silahlı Qüvvələrinin SOCAR-ın Ukraynada yerləşən neft və qaz mərkəzlərinə ard-arda zərbələr endirməsi Azərbaycanda ciddi narazılıqla qarşılandı. Bundan sonra Caliber.az mənbələrə istinadən bu hücumların davam edəcəyi təqdirdə rəsmi Bakının öz arsenalındakı silahların Ukraynaya göndərilməsinə qoyduğu embarqonu yenidən nəzərdən keçirə biləcəyinə dair məlumat yaydı.
Əliyar Xəlil
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 13 Avqust 2025 14:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















