Kremldən postsovet ölkəsinə açıq hədə: Nüvə silahlarımızla vuracağıq!
Icma.az bildirir, GlobalInfo portalına istinadən.
Kreml Estoniyanın öz ərazisində nüvə silahları yerləşdirməsi xəbərinə reaksiya verib.
Globalinfo.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov jurnalist Pavel Zarubinə müsahibəsində danışıb.
O qeyd edib ki, Estoniya Rusiyaya çox yaxın ərazidə yerləşir:
“Lakin Rusiya nə bu respublikaya, nə də digər Avropa dövlətlərinə heç bir təhlükə yaratmır. Amma əgər Estoniya ərazisində bizə qarşı nüvə silahları varsa, onda bizim nüvə silahlarımız da Estoniya ərazisinə qarşı yönələcək. Onlar bunu aydın şəkildə başa düşməlidirlər”.
Peskov əlavə edib ki, Rusiya rəhbərliyi ölkənin təhlükəsizliyini təmin etmək üçün həmişə lazım olanı edəcək.
Xatırladaq ki, bundan əvvəl Estoniyanın xarici işlər naziri Marqus Tsahkna sözügedən məsələ barədə danışmışdı.
“Biz ərazimizdə nüvə silahlarının yerləşdirilməsinə qarşı deyilik. NATO müdafiə planlarımıza uyğun olaraq, bunu zəruri hesab edərsə mümkündür”, – deyə o bildirmişdi.
Əliyar Xəlil
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:183
Bu xəbər 22 Fevral 2026 13:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















