“Kremlin Azərbaycanla “strateji tərəfdaşlıq” barədə söylədiklərinin...”
Adelet.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlıq həm də ona görə mümkün deyil ki, razılaşmanı pozan hər dəfə bu haqda daha çox danışan - ikinci tərəf olur. Rusiyanın xarici işlər naziri Sergey Lavrov 4 gün əvvəl Moskvada azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşdə iki ölkənin informasiya siyasətindən şikayət etmişdi. Lavrov mövcud tendensiyanın qarşısının alınması üçün birbaşa media əlaqələrinin inkişafı vacibliyindən danışmışdı”.
Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
O, bildirib ki, Lavrov ikitərəfli münasibətlərin mediada daha obyektiv işıqlandırılması məqsədilə informasiya əməkdaşlığını genişləndirməyin əhəmiyyətini vurğulamışdı:
“İndi Azərbaycan mediası Lavrov-Bayramov görüşündən cəmi 4 gün sonra Rusiya Dövlət Dumasının deputatı Aleksandr Tolmaçevun Azərbaycan əleyhinə açıqlamasını necə yayımlamasın? Axı həmin açıqlama Lavrovun sölyədiklərinin ziddinədir. Rusiya hakim partiyasının deputatı olan Aleksandr Tolmaçev Azərbaycanın Almaniya və bütövlükdə Avropa ilə münasibətlərini inkişaf etdirmək siyasətindən narazılığını ifadə edərək ölkəmizi hədələyən açıqlamalar verib. Azərbaycanı Ukrayna və Ermənistanın “səhvlərindən nəticə çıxarmağa” çağıran rusiyalı deputata hakim dairlərdə “Sənin sözlərin Azərbaycanla tərəfdaşlığa zərur vurur” deyən yoxdur. Görünür, Aleksandr Tolmaçev kimilərə ona görə xəbərdarlıq edilmir ki, elə Kremldə oturanlar da onun kimi düşünür, özlərinin söyləyə bilmədiklərini deputatları vasitəsilə səsləndirirlər. Belədirsə, Kremlin Azərbaycanla “strateji tərəfdaşlıq” barədə söylədiklərinin reallıqla əlaqəsi yoxdur. Azərbaycanın Almaniya, Avropa İttifaqı və ya ABŞ-la münasibətlərindən Sizə nə? “Ukraynanın səhvlərindən dərs çıxarmayan” Azərbaycana nə edəcəksiniz? Sizdən qorxan sizin kim olsun”.
Vasif ƏLİHÜSEYN
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 24 İyul 2026 10:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















