Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

A Seriyası: 19 illik rekord təkrarlandı

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

Səhiyyə Nazirliyində yeni təyinat

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Azərbaycanla Çin arasında strateji tərəfdaşlıq güclənir

Azərbaycanla Çin arasında strateji tərəfdaşlıq güclənir

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.

Azərbaycanla Çin Xalq Respublikası arasında əlaqələr uğurla inkişaf edir. Çin və Azərbaycan yaxşı dost və etibarlı tərəfdaşlar kimi qarşılıqlı  münasibətləri davamlı olaraq genişləndirir. Bu da ölkələrimiz arasında yüksək dinamikaya malik siyasi dialoq mühitinin formalaşması ilə bağlıdır. Azərbaycanla Çin arasında diplomatik münasibətlərin qurulduğu 34 il ərzində əlaqələrimiz tarixi bağlara əsaslanmaqla sabit şəkildə inkişaf edib, müxtəlif sahələrdə səmərəli əməkdaşlıq hər iki tərəfə fayda gətirib.

Ceyhun Bayramovun Çinə rəsmi səfəri...

Yeri gəlmişkən, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov yanvarın 28-də Çində rəsmi səfərdə olub. Səfər zamanı  Ceyhun Bayramov Çin Xalq Respublikasının xarici işlər naziri Van İ ilə görüşüb. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, görüşdə Azərbaycan ilə Çin arasında ikitərəfli və çoxtərəfli münasibətlərin cari vəziyyəti ilə inkişaf perspektivləri, eləcə də regional və beynəlxalq məsələlər müzakirə olunub. Nazirlər siyasi dialoqun yüksək səviyyədə olduğunu, 2025-ci ildə iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin qurulmasının əlaqələrin keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə töhfə verdiyini məmnunluqla qeyd ediblər. Azərbaycan Prezidentinin ötən ilin aprel ayında Çinə dövlət səfəri zamanı imzalanmış çoxsaylı müqavilələrin bir sıra istiqamətlərdə əməkdaşlığa əlavə təkan verdiyi vurğulanıb.

Tərəflər qarşılıqlı etimad və hörmətə əsaslanan əməkdaşlığın ticarət-iqtisadi, nəqliyyat-logistika, enerji, bərpaolunan enerji, sənaye, rəqəmsal transformasiya, kənd təsərrüfatı, humanitar və təhsil sahələrində daha da genişləndirilməsinin əhəmiyyətini vurğulayıblar. Orta Dəhliz, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə görülən işlərdə birgə əməkdaşlıq təqdir olunub. Söhbət zamanı beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin davam etdirilməsinin önəmi qeyd olunub, regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb. BMT, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM), Qoşulmama Hərəkatı və digər çoxtərəfli formatlar çərçivəsində əməkdaşlıq əlaqələri nəzərdən keçirilib. Tərəflər, həmçinin xalqlararası əlaqələrin möhkəmləndirilməsi, təhsil, mədəniyyət, turizm və gənclər arasında mübadilələrin genişləndirilməsinin ikitərəfli münasibətlərin dayanıqlı inkişafında mühüm rol oynadığını qeyd ediblər.

Görüşdə daha sonra qlobal və regional təhlükəsizlik məsələləri, Mərkəzi Asiya formatı çərçivəsində əməkdaşlıq planları nəzərdən keçirilib. Görüşdə, həmçinin postmünaqişə dövründə bərpa-quruculuq işləri və mina təhdidi barədə qarşı tərəfə məlumat verilib, minasızlaşdırma fəaliyyətində ANAMA-ya dəstəyə görə Çin tərəfinə təşəkkür ifadə olunub. Bundan başqa, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Əlaqələrin güclənməsində liderlərin dostluğu önəmli rol oynayır

Qeyd edək ki, hazırda dünyada iqtisadiyyatın böyüklüyünə görə Çin ikinci sırada qərarlaşıb. Çinin irəli sürdüyü “Bir kəmər, bir yol” layihəsi də bu ölkənin iqtisadi gücünü artırır. Belə ki, Çin Xalq Respublikası Avrasiya ölkələri arasında infrastrukturun yaradılması və qarşılıqlı əlaqələrin qurulmasına yönələn “Bir kəmər, bir yol” adlı iqtisadi inkişaf strategiyası elan edib. Strategiya əsas inkişaf istiqamətini nəzərdə tutur. Bunlardan biri  “İpək Yolu İqtisadi Kəməri”, ikincisi isə “Dəniz İpək Yolu”dur. Burada söhbət malların Şərqdən Qərbə güzəştli şərtlərlə birbaşa daşınması üçün ticarət dəhlizinin yaradılmasından gedir.

Azərbaycan daim Çinlə əlaqələrə böyük önəm verir. Ötən dövr ərzində bu əlaqələr yüksələn xətlə inkişaf edib. Eyni zamanda, Azərbaycan “Bir kəmər, bir yol” layihəsini ilk dəstəkləyən ölkələrdən biri olmaqla yanaşı, özünün iqtisadi potensialı, əlverişli coğrafi mövqeyi, eləcə də nəqliyyat-logistika imkanları ilə onun icrasına önəmli töhfələr verir. İkitərəfli əlaqələrin hazırkı yüksək səviyyəyə çatmasında liderlərin rolunu xüsusi vurğulamaq lazımdır. Hazırda Azərbaycanın və Çinin liderləri arasında sıx dostluq münasibətləri var. Təsadüfi deyil ki, Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Prezidenti İlham Əliyevi Çinin “böyük dostu” adlandırıb.

Prezident İlham Əliyev hələ 2015-ci ilin dekabrında Çində dövlət səfərində olarkən, iki ölkə arasında “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu imzalanıb. Dövlətimizin başçısı 2019-cu ildə 2-ci “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumunda iştirak edib. Azərbaycan Prezidenti İlham Əliyev 2025-ci ilin aprel ayında isə dost ölkədə dövlət səfərində olub. Bu, dövlətimizin başçısının Çinə üçüncü səfəridir. Eyni zamanda, Prezident İlham Əliyevlə Çin Xalq Respublikasının Sədri Si Cinpinin müxtəlif beynəlxalq platformalarda vaxtaşırı görüşləri də baş tutur. Onlar həm ölkələrimizin gündəlikləri, həm də yaranan yeni qlobal çağırışlar ətrafında aktual müzakirələr aparırlar. Belə müzakirələr hər iki ölkənin mənafeyinə uyğun qərarların verilməsinə əsas olur. Xatırladaq ki, 2024-cü il iyulun 3-də Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olunub. Dövlətimizin başçısının Çinə sonuncu - dövlət səfəri çərçivəsində  isə Hərtərəfli Strateji Tərəfdaşlıq Əlaqələrinin Qurulması Haqqında Birgə Bəyanat və bir çox sahəni əhatə edən 20-dən artıq sənəd imzalanıb.

Qeyd edək ki, Birgə Bəyanat ikitərəfli əlaqələrimizi daha da yüksək pilləyə qaldırıb, dövlətlərarası münasibətlərimizin strateji mahiyyətini gücləndirib. Sənədin mətninə nəzər yetirdikdə, burada  ikitərəfli əlaqələrin geniş gündəliyini görmək mümkündür. Ölkələrimiz milli maraqlara aid məsələlərdə həmrəylik və dostluq nümayiş etdirirlər. Hər iki dövlət bir-birinin suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir. BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Çin 30 il davam etmiş keçmiş Qarabağ münaqişəsi dövründə hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib. Öz növbəsində, ölkəmiz də “Vahid Çin” siyasətini dəstəkləyir.

Çin Orta Dəhlizə böyük önəm verir

Onu da qeyd edək ki, iki ölkə arasında iqtisadi əlaqələr də davamlı inkişaf edir. Prezident İlham Əliyevin ötən ilin aprel ayında Çinə dövlət səfəri zamanı imzalanmış sənədlər iqtisadi-ticari, enerji, o cümlədən yaşıl enerji, nəqliyyat, elm və təhsil, mədəniyyət, media və digər sahələri əhatə edir. Sözügedən sənədlər və ümumilikdə tərəflərin münasibətləri daha da irəli aparmaq istiqamətindəki fəaliyyəti sayəsində iqtisadi-ticari əməkdaşlıq genişlənib. İki ölkə arasında əmtəə dövriyyəsi rekord həddə çataraq, 4 milyard dolları ötüb. Çin şirkətləri Azərbaycana, xüsusən də yaşıl enerji sahəsində fəal şəkildə investisiya qoymağa başlayıb.

Azərbaycan əlverişli coğrafi mövqeyi, iqtisadi və logistika imkanları ilə regionda beynəlxalq tranzit yükdaşımaları üçün əvəzolunmaz ölkədir. Azərbaycan hələ illər öncədən beynəlxalq nəqliyyat marşrutlarının, o cümlədən Orta Dəhlizin tikintisinə ciddi sərmayələr yatırıb. Bura Ələt Ticarət Limanının inşası, Xəzər dənizində mülki donanmanın gücləndirilməsi, ölkə ərazisində və sərhədlərimizdən kənarda dəmir və avtomobil yollarının yenilənməsi və inkişafı, beynəlxalq hava limanlarının inşası daxildir. Azərbaycanın bağlantı imkanlarının davamlı olaraq yaxşılaşdırılması ölkənin uzunmüddətli iqtisadi strategiyasının əsas komponentləridir. Son illər Orta Dəhliz üzrə daşınan yüklərin, o cümlədən Çin yüklərinin həcmi əhəmiyyətli dərəcədə artıb.

Bu da əbəs deyil, çünki Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar yaranan vəziyyət ənənəvi şimal xəttinin sabit və etibarlı fəaliyyətini pozub. Bu səbəbdən Azərbaycandan keçən Orta Dəhlizin əhəmiyyəti çoxalıb. Hazırda Trans-Xəzər beynəlxalq nəqliyyat dəhlizi üzrə qatarların hərəkəti daha da intensivləşib, daşınma müddəti isə 23 gündən təxminən 11 günədək qısalıb. Təkcə Çinin qərbindənki ən iri dəmir yolu terminalı olan Siandan deyil, paytaxt Pekin də daxil olmaqla Çinin bir neçə şəhərindən Orta Dəhliz vasitəsilə yük qatarı marşrutu fəaliyyət göstərir. Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, həmçinin İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının proqnozlarına əsasən, 2030-cu ilə qədər Orta Dəhliz üzrə daşımaların həcmi 11 milyon tona, 2040-cı ilə qədər isə konteyner tutumu 865 minə yüksələcək. Bu, Azərbaycanın logistik əhəmiyyətini artırmaqla yanaşı, həm də qlobal ticarət üçün uzunmüddətli, davamlı bir yoldur.

Qarabağ Zəfərindən sonra yaranmış yeni reallıqlar fonunda Zəngəzur dəhlizi (TRİPP) regional əməkdaşlıq üçün yeni imkanlar açır. Azərbaycan Zəngəzur dəhlizi layihəsini həyata keçirməklə Orta Dəhlizi daha da şaxələndirməyi hədəfləyir. Çin və Orta Asiya ölkələrindən gələn yüklərin gələcəkdə həm də Zəngəzur dəhlizi boyunca hərəkəti mümkün olacaq. Bu da öz növbəsində həm daşınan yüklərin həcmini əhəmiyyətli dərəcədə artıracaq.

Nardar BAYRAMLI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:354
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 30 Yanvar 2026 11:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see488

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see459

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see333

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see267

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see250

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see247

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see241

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see233

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see229

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see228

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see221

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see214

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see212

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see209

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see206

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see197

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see189

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see180

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see180

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri