Icma.az
close
up
RU
Kremlin azərbaycanlılara qarşı vəhşiliyi səngimir

Kremlin azərbaycanlılara qarşı vəhşiliyi səngimir

Xalqcebhesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rusiyada hüquq-mühafizə orqanlarının sıravi azərbaycanlılara qarşı vəhşilikləri davam edir. Sonuncu məlumata görə, bu dəfə Sankt-Peterburq şəhərində təhlükəsizlik qüvvələrinin bir qrup əməkdaşı azərbaycanlı olduqları iddia edilən iki nəfərə qarşı zorakılıq tətbiq ediblər.

Sosial şəbəkədə yayılan videolardan aydın görünür ki, polis kimləsə danışan şəxsin (azərbaycanlı olduğu bildirilir – red.) telefonunu vuraraq, qəsdən əlindən yerə salır. Azərbaycanlı onun bu hərəkərtinə reaksiya vermək istədiyi an orada olan digər polislər də onun üstünə tökülüşüb yerə yıxır və döyürlər.

Görüntülər Rusiya Teleqram kanallarında yayılıb.

Diaspor təşkilatlarına da təzyiqlər artıb. Çelyabinsk vilayətində Azərbaycan diasporunun rəhbəri Ərşad Xankişiyev isə Rusiya vətəndaşlığından məhrum edilib.

FTX-nin qərarı ilə onun Rusiya pasportu ləğv olunub və ölkəyə girişinə qadağa qoyulub.

Azərbaycanlılara qarşı basqılardan biri də Rusiyanın Yekaterinburq şəhərində Sortirovka adlı ərazidə azərbaycanlılara məxsus bazar ləğv edilməsi olub.

Rusiya mətbuatının məlumatına görə, bu addım Rusiya hüquq-mühafizə orqanlarının azərbaycanlı diasporasına təzyiqi ilə bağlı ola bilər.

Bənzər addımların Moskvadakı azərbaycanlı sahibkarlara məxsus "Sadovod" və "Food City" bazarlarına da şamil oluna biləcəyi deyilir.

Azərbaycanla münasibətlərdə gərginlik artdıqca, Kreml Rusiyadakı azərbaycanlı icmaları təzyiq alətinə çevirir. Belə ki, Yekaterinburqda Vidadi Mustafayev Ural Azərbaycanlılarının Mədəniyyət, Gənclər və İdman Mərkəzinin rəhbəri seçilib. O, faktiki olaraq bir müddət əvvəl həbs edilən rəqibi Şahin Şıxlinskinin yerinə keçib.

Bundan sonra Vidadi Mustafayev Yekaterinburqda artıq Azərbaycan diasporunun olmadığını bildirib.

“Biz diaspor anlayışını ləğv etdik, çünki bu anlayış artıq özünü doğrultmayıb. Mən bu vəzifədə gənclərin tərbiyəsi ilə məşğul olmağı planlaşdırıram. Axı onlara heç kim başa salmayıb ki, nə yaxşıdır, nə pis. Biz onlara izah edəcəyik ki, Rusiya qanunlarına uyğun yaşamaq lazımdır. Şahin Şıxlinskinin diaspor rəhbəri kimi fəaliyyəti tamamilə uğursuz olub. Bu fəaliyyət biznesə və ya mədəniyyətə həsr olunmurdu. Şahin Şıxlinski yalnız cibinə işləyirdi", – deyə o, 66.ru saytına müsahibəsində deyib.

Qeyd edək ki, bundan əvvəl Rusiya mətbuatı Şıxlinski ilə Mustafayevin rəqabəti və münaqişəsindən yazmışdı. Məlumata görə, Şahin Şıxlinskinin ailəsinə qarşı hüquq-mühafizə orqanlarını təhrik edən məhz Vidadi Mustafayev olub.

Onu da qeyd edək ki, Novosibirsk vilayətinin qubernatoru Vladimir Qorodetski miqrantlarla bağlı qətnamə imzalayıb.

Qərara əsasən, regionda miqrant fəhlələr bir sıra işlərdən uzaqlaşdırılacaq.

Ölkədə işsizliyin qarşısını almaq üçün verilən qərar çərçivəsində xarici ölkədən işləmək üçün Novosibirskə gələn miqrantların məktəblərdə, balıqçılıq, mədənçıxarma, odunçuluq sənayesində işləməsi yasaqlanır.

Miqrantlar həmçinin uşaq qidası hazırlayan şirkətlərdə, avtobus və taksi sürücüsü, mühasib, katib kimi də çalışa bilməyəcəklər.

Qadağalar üç aydan sonra qüvvəyə minəcək.

Bu qətnamə Tacikistan, Özbəkistan, Ukrayna, Moldova və Azərbaycan vətəndaşlarına da aid edilib.

Qeyd edək ki, Novosibirsk vilayəti Qazaxıstanla sərhəddir və buraya Orta Asiya respublikalarından on minlərlə miqrant gəlir. Rusiyanın üçüncü böyük şəhəri olan Novosibirsk "Sibirin paytaxtı" da adlandırılır.

Mövzu ilə bağlı qəzetimizə danışan Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə deyib ki, son zamanlar Rusiya-Azərbaycan münasibətləri gərginləşdiyindən bu ölkədəki soydaşlarımıza çox ciddi maddi və mənəvi təhlükələr yaranıb. Belə ki, müxtəlif şəhərlərdə soydaşlarımıza qarşı yerli hüquq-mühafizə orqanları tərəfindən kütləvi basqınlar daha da artıb. Eyni zamanda Rusiyada xarici ölkə vətəndaşı olaraq qanunla bir illik işləmək hüquq almış soydaşlarmızın da sənədlərini vaxtından əvvəl qüvvədən salaraq Vətənə göndərirlər. Rusiyada yaşayan azərbaycanlı soydaşlarımıza qarşı sistemli və getdikcə daha aqressiv xarakter alan təzyiqlər hər birmizdə narahatlıq doğurur. Bu hallar təkcə miqrasiya nəzarəti ilə izah edilə bilməz, əksinə, milli-etnik ayrı-seçkilik, hüquq pozuntuları və qeyri-insani rəftar halları kimi özünü göstərməkdədir: “Xüsusilə Moskva, Yekaterunburq və digər iri şəhərlərdə aparılan polis reydləri zamanı azərbaycanlıların şəxsiyyətləri əsassız yoxlanılır, miqrasiya sənədləri bəhanə edilərək onlara qarşı qeyri-adekvat və sərt tədbirlər görülür. Bəzi hallarda isə bu tədbirlər zorakılıq, ölüm, hörmətsizlik və hətta hüquqi yardımdan məhrum etmə ilə müşayiət olunur.

Media məkanında və ictimai sahədə azərbaycanlılar da daxil olmaqla Qafqaz mənşəli xalqlara qarşı neqativ stereotiplərin gücləndirilməsi, onların kriminal obrazlarla eyniləşdirilməsi, cəmiyyətə təhdid kimi təqdim olunması təhlükəli tendensiyadır və bu, Rusiyada yaşayan milyonlarla vətəndaşın hüquqlarına və təhlükəsizliyinə birbaşa təhdiddir. Rusiyada yaşayan azərbaycanlılar bu ölkənin bir hissəsidir və onların təhdid altına alınması, həm hüquqi, həm də mənəvi baxımdan qəbuledilməzdir”.

Onu da bildirək ki, bu gərginliyə görə Rusiyadakı bir çox soydaşlarımız ya Vətənə, ya da Belarus, Qazaxıstan, Özbəksitan və digər ölkələrə üz tutublar. Xüsusən Rusiyadan Belarusa gedən soydaşlarımız kütləviləşmək üzrədir. Bunun qarşısının alınması və ümumiyyətlə, gərginləşən Rusiya-Azərbaycan münasibətlərinin normallaşdırılmasına vasitə olmaq məqsədi ilə iyulun 5-də Belarus Millətlərarası Etnik Şurasının nümayəndə heyəti Moskvada görüşlər keçiriblər. Xatırladaq ki, nümayəndə heyətinin tərkibinə məlum Şuranın üzvü Belarus-Azərbaycan İcmaları Konqresinin Qrodno şəhəri üzrə nümayəndəliyinin sədri Elxan Bəylərov da daxildir: “Elxan Bəylərovdan aldığımız məlumata görə Moskva görüşləri nəticəsiz olub. Nümayəndə heyətinin daha bir görüşü isə iyulun 26-sı radələrində Rusiyanın Smolenski şəhərində olub. Görüşdə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın köməkçisi, eləcə də bir neçə rusiyalı deputatlar da iştirak ediblər. Təəssüf ki, bu görüş də effektsiz olub. Rusiyalı rəsmilər sərt mövqe nümayiş etdiriblər. İstək və tələblərinin yerinə yetilməyəcəyinə qədər bu gərginliyin hökm sürəcəyini vurğulayıblar.

Qeyd edək ki, Rusiyada xüsusilə tanınmış və nüfuzlu diaspor üzvlərinin vətəndaşlıqdan çıxarılması, onların ictimai və siyasi fəaliyyətlərinə süni maneələrin yaradılması, eləcə də Azərbaycan diaspor təşkilatlarının qeydiyyatlarının ləğv edilməsi və ya fəaliyyətlərinin dayandırılması halları da artmaqdadır.

Bu addımlar yalnız fərdi hüquq pozuntuları deyil, həm də bütövlükdə Azərbaycan icmasına qarşı yönəlmiş sistemli və qərəzli siyasətin təzahürüdür. Bu cür hallar Rusiyada yaşayan milyonlarla azərbaycanlının cəmiyyətə inteqrasiyasına, ictimai-sosial fəallığına və öz milli kimliyini qoruyub saxlamasına ciddi maneələr yaradır.

Əldə olunan məlumatlara əsasən, bəzi diaspor təşkilatları qeyri-müəyyən ittihamlarla bağlanır və ya dövlət qeydiyyatından çıxarılır. Halbuki bu təşkilatların əsas fəaliyyəti mədəniyyətin təbliği, Azərbaycan-Rusiya münasibətlərinin inkişafı və soydaşların hüquqlarının müdafiəsi ilə bağlı olub. Diaspor fəaliyyətləri cəmiyyətlər arasında körpü rolunu oynayan, xalqları birləşdirən dəyərlərə əsaslanır. Onların boğulması isə yalnız milli ayrı-seçkiliyin deyil, həm də beynəlxalq əməkdaşlığa zərbə vuracaq siyasi yanlışlıqdır.

Maraqlıdır ki, son zamanlar Rusiyada süni şəkildə, bəzi dairələrin nəzarəti altında və Azərbaycan icmasının iradəsindən kənar şəkildə qondarma "Azərbaycan diaspor təşkilatlarının" yaradılması müşahidə olunur. Bu cür təşəbbüslər, bir tərəfdən, Rusiyada yaşayan milyonlarla azərbaycanlının birliyinə zərbə vurmaq məqsədi daşıyır, digər tərəfdən isə real və nüfuzlu diaspor nümayəndələrinin fəaliyyətini kölgə altına almağa xidmət edir”.

F.Hüseynzadə onu da deyib ki, bu qurumlar Azərbaycan xalqının milli-mənəvi dəyərlərini, dövlət maraqlarını və diasporun legitim mövqeyini təmsil etmir. Əksinə, bəzi hallarda bu təşkilatların siyasi məqsədlər üçün, manipulyativ üsullarla istifadə olunduğu, Azərbaycan-Rusiya münasibətlərinə zərər vuracaq addımlar atdığı, süni gündəmlər yaratdığı müşahidə olunur: “Əsl Azərbaycan diasporu, uzun illərdir ki, Rusiyada yaşayan soydaşlarımızın hüquqlarını müdafiə edən, milli kimliyi qoruyan və Azərbaycan dövləti ilə əlaqələri gücləndirən bir gücdür. Qondarma strukturlar vasitəsilə bu birliyin pozulması cəhdləri nə Rusiyadakı azərbaycanlılar tərəfindən, nə də Azərbaycan cəmiyyəti tərəfindən qəbul edilə bilər. Rusiyada yaşayan soydaşlarımızı diqqətli olmağa, yalnız legitim və ictimai etimada malik təşkilatlar ətrafında birləşməyə çağırırıq. Eyni zamanda Azərbaycan dövləti və diasporla əlaqədar rəsmi qurumların bu məsələni diqqətdə saxlaması, zəruri diplomatik və hüquqi addımlar atması zəruridir. Azərbaycan diasporu qondarma strukturlarla deyil, xalqın içindən çıxmış, milli maraqlara və ictimai legitimliyə əsaslanan təşkilatlarla təmsil oluna bilər”.

Politoloq Məhəmməd Əsədullazadənin fikrincə, Rusiya Azərbaycan diasporuna öz adamlarını təyin edir. Yekaterinburqda Azərbaycan diasporuna Şahin Şıxlinskinin yerinə yeni sədr seçilib. Bundan sonra, Rusiyada Azərbaycan diasporunun adı dəyişdirilərək, Azərbaycan icması adlandırılacaq. Diaspor ilk növbədə mənsub olduğu dövlətə bağlı olur. İcma isə, yaşadığı ölkənin qanunlarına inteqrasiya olunur: “Rusiya rəhbərliyi bu ölkədə işləyən və yaşayan azərbaycanlıların diasporunu ləğv edərək, icma yaradaraq tamamilə öz tabeçiliyinə keçirir. Məqsəd isə, Azərbaycana təzyiqləri artırmaq və Rusiyada yaşayan azərbaycanlıların təşkilatlanmasında rəsmi Bakının rolunu tam kəsməkdir. Artıq Yekaterinburqda yeni diaspor -icma sədri Rusiyanın Ukraynada müharibəsinə dəstək verməyi, hərbiçilərə köməkliklər olunacağının vacibliyindən danışdı. Bir neçə gün bundan əvvəl, Kremlin ideoloqu Duqin Rusiyada yaşayan əcnəbilərin rus cəmiyyətinə inteqrasiyasının vacibliyini qeyd edib. Artıq, Rusiyada yeni Azərbaycan icma sədrlərindən ölkəmizə qarşı bəyanatlar və Rusiyanın mənafelərini müdafiə edən bəyanatlar eşidəcəyik.

Rusiya Ermənistan və Mərkəzi Asiya ölkələrindən olan işçi miqrantlar üçün də eyni ssenarini tətbiq edəcək. Rusiya rəhbərliyi miqrantlardan və orada yaşayan azərbaycanlılardan yalnız öz siyasi məqsədləri üçün istifadə edəcək.

Əgər, Rusiya rəhbərliyi diaspor təşkilatlarını ləğv edib, icma yaradıb onların başına öz adamlarını qoyursa, Rusiyada Azərbaycan səfirliyi və konsulluqlar onlara xidməti tam dayandırmalıdır”.

Cavid

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 10 Sentyabr 2025 23:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see255

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see209

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see197

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see189

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see185

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see182

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see165

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see155

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see150

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see144

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see138

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see135

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see134

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see133

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see129

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see127

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see127

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see123

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see122

Oqtay Əliyevlə Dilarə Əliyevanın toy kadrları YAYILDI VİDEO

09 Dekabr 2025 00:38see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri