Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

Kremlin Azərbaycana qarşı “Tiflis planı”

Kremlin Azərbaycana qarşı “Tiflis planı”

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Əli Mustafa: “Rusiya dəhlizdən pay almaq istəyirsə, Vaşinqton və İrəvana müraciət etməlidir”

“Alternativ yolları da mütləq açmalıyıq, çünki...”
“Üçüncü qüvvə Gürcüstan üzərindən Azərbaycana təzyiq göstərmək istəyir”

Son günlər Gürcüstan Azərbaycan əleyhinə addımlar atmağa başlayıb. Belə ki, bir müddət əvvəl tütün məmulatları daşıyan Azərbaycana məxsus yük maşınları Gürcüstan sərhəd-keçid məntəqəsində hansısa səbəb göstərilmədən saxlanılıb. 

Bu yaxınlarda isə Batumi və Tbilisi gömrük-keçid məntəqələrində Azərbaycan yük avtomobilləri (TIR) saxlanılıb. Onlar 20 gündən artıqdır ki, orada gözlədilirlər. Hətta gürcülər tərəfindən onlara “Gedin Zəngəzur dəhlizindən keçin” deyilib. 

Bu qalmaqalın arxasında isə üçüncü qüvvənin dayanması şübhələri var. Həmin qüvvənin də Rusiya olması heç kimə sirr deyil. Ekspertlər hesab edirlər ki, Kreml indi də Gürcüstan üzərindən Azərbaycana təzyiq edərək Zəngəzur dəhlizinə qarşı çıxmağa çalışır. 

Siyasi şərhçi Əli Mustafa “Cümhuriyət”-ə açıqlamasında bildirib ki, dəhlizin bir hissəsi Ermənistan ərazisindən keçəcək:

“Gürcüstanın Azərbaycana təzyiq etməsi Rusiyanın Zəngəzur dəhlizindən pay almaq imkanına yol açmır. Həmin dəhlizlə bağlı Ermənistanla ABŞ arasında 99 illik anlaşma var. Rusiya dəhlizdən pay almaq istəyirsə, Vaşinqton və İrəvana müraciət etməlidir. 

Yəqin ki, Kremlin Zəngəzur dəhlizi ilə bağlı iddiaları var. Ancaq Gürcüstan üzərindən buna nail olmaq ağıllı variant deyil”. 

Ekspert qeyd edib ki, Zəngəzur dəhlizinin açılması Gürcüstan üzərindən gedən yolun bağlanması demək deyil: 

“Onsuz da Orta dəhlizin bir seqmenti Gürcüstan üzərindən keçir. Bu məsələdə onların birbaşa Azərbaycanı qınaması doğru deyil. Gürcüstanın Azərbaycandan kifayət qədər asılılığı var. Oradan keçən neft-qaz kəmərləri sayəsində Tiflis böyük qazanc əldə edir. 

İki ölkə arasında ortaq layihələr də var. Bu təzyiqin özü onu deməyə əsas verir ki, biz alternativ yolları da mütləq açmalıyıq. Çünki istənilən vaxt Gürcüstan da müəyyən problemlər yarada bilər”. 

Həmsöhbətimiz vurğulayıb ki, Gürcüstanın bu addımı böyük mənada ciddi problemlərə gətirib çıxarmaz:

“Sadəcə logistik mənada müəyyən problemlər yarana bilər. Məsələ böyüsə, biz də onlara problem yarada bilərik. Gürcüstanın iqtisadiyyatı ölkəmizdən asılıdır. Bizim də Gürcüstana müəyyən təzyiqlər göstərmək imkanlarımız var. Ancaq məsələnin böyüməsi iki ölkənin də xeyrinə olmaz. 

Bunu diplomatik yolla həll etmək lazımdır. Gürcüstanla Azərbaycan arasında ciddi və ya həll edilməsi mümkün olmayan problemlər yoxdur. Hansısa üçüncü qüvvə Gürcüstan üzərindən Azərbaycana təzyiq göstərmək istəyir. Bakı ilə Tiflis bunu öz aralarında mümkün qədər tez həll etməlidir. Məsələni dostcasına həll etmək lazımdır. Hər halda, tərəflər arasında bu istiqamətdə danışıqlar olacaq”. 

Əli Mustafa gərginliyin arxasında Rusiyanın dayanması ehtimalından da danışıb: 

“Heç kimə sirr deyil ki, bu gün Gürcüstan hakimiyyətinin arxasında Rusiya gizlənib. Kreml Cənubi Qafqazda artıq Azərbaycanla Ermənistan arasında münaqişə yarada bilmədiyi üçün Gürcüstanla ölkəmiz arasında problem yaratmağa cəhd edir. Moskva bu münaqişə üzərindən yenidən bölgəyə qayıtmağı hesablaya bilər. Bu addım həm də Azərbaycanla Gürcüstan arasında gərginlik yaratmağa xidmət edir”. 

Elmir Mustafa
"Cebheinfo.az"

Açar sözlər: Rusiya Kreml Cənubi Qafqaz Gürcüstan

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 05 Dekabr 2025 13:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see318

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see289

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see286

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see267

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see260

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see248

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see243

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see241

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see234

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see217

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see212

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see201

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see195

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see191

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see189

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see188

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see181

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see175

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see172

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

10 Noyabr 2026 11:18see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri