Icma.az
close
up
RU
Kremlin bağlı qapıları arxasında nə danışıldı?

Kremlin bağlı qapıları arxasında nə danışıldı?

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

MKİ şefinin Moskvaya qəfil səfərinin doğurduğu suallar

Vaşinqtondan Moskvaya enən təyyarə bu dəfə özü ilə bərabər diplomatik cameədən gizli saxlanılan mesajlar gətirdi. Təyyarədəki şəxsin kimliyindən daha çox onun hansı mesajla Moskvaya göndərildiyi qlobal aləmdə maraq doğurdu. Söhbət ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliffin Moskvaya səfərindən gedir.

Hər şey necə başladı?

Avqustun 25-də “CBS News” ABŞ rəsmisinə istinadən Retkliffin Rusiya rəsmiləri ilə görüşlər üçün Moskvaya getdiyini xəbər verdi. Bu, Retkliffin MKİ direktoru vəzifəsinə gəldikdən sonra Rusiyaya ilk səfəri idi və Donald Tramp administrasiyasının Rusiya ərazisinə o vaxta qədər həyata keçirdiyi ən yüksək səviyyəli səfərlərdən biri sayılırdı. Maraqlıdır ki, səfər əvvəlcədən elan edilməmişdi. Həmin anda nə MKİ açıqlama verdi, nə də Ağ Ev məlumatı təsdiqləməyə tələsdi. Amma hadisənin izlərini gizlətmək mümkün olmadı. ABŞ-a məxsus hərbi nəqliyyat təyyarəsinin hərəkəti diqqət çəkdi. “The Washington Post”un məlumatına görə, “C-17A Globemaster III” təyyarəsi Vaşinqton yaxınlığındakı Coint Beyz Endryusdan havaya qalxaraq əvvəlcə Latviyaya, daha sonra Moskvaya uçub. Təyyarə Moskvanın Vnukovo hava limanına enib və diplomatik nömrəli avtomobillərdən ibarət kortejin şəhərdə hərəkəti qeydə alınıb.

Mediada müəyyən ehtimallar və yanaşmalar gücləndikcə məsələ böyüməyə başladı. Ertəsi gün Kremlin sözçüsü Dmitri Peskovun “The Washington Post”a açıqlaması mənzərəni dəyişdi. O, Retkliffin Moskvaya səfərini təsdiqlədi və bunun iki ölkənin xüsusi xidmətləri arasında kontaktlarla bağlı olduğunu bildirdi. Peskov əlavə detallar açıqlamadı. Diqqətçəkən daha bir məqam Peskovun Retkliffin Vladimir Putinlə görüşmədiyini diqqətə çatdırması idi. Onun sözlərinə görə, Rusiya prezidenti ilə belə bir görüş planlaşdırılmayıb. Lakin Putinə ABŞ kəşfiyyat rəhbərinin Rusiya xüsusi xidmətləri ilə keçirdiyi kontaktlar barədə məlumat verilib.

Bu məqam səfərin xarakteri baxımından xüsusilə diqqətçəkəndir. Çünki məsələ birbaşa xüsusi xidmətlər xətti ilə aparılan təmaslara çevrilir. Danışıqların məhz həmin kanalda keçirilməsi onların mövzusunun ictimaiyyətə açıqlanması nəzərdə tutulmayan həssas məsələ ilə bağlı ola biləcəyini göstərir. Peskovun ardınca Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin də Retkliff ilə Moskvada görüşdüyünü təsdiqlədi. Narışkin görüşü “işgüzar formatda” keçirilmiş görüş kimi xarakterizə etdi və tərəflərin xüsusi xidmətlərinin fəaliyyət dairəsinə daxil olan həssas məsələləri müzakirə etdiyini bildirdi. Konkret mövzu yenə açıqlanmadı. Ona görə də diqqət orada nələrin danışıldığına yönəldi.

“CBS News” və “The Wall Street Journal” anonim mənbələrinə istinadən Retkliffin Moskva səfəri zamanı Rusiyaya NATO ölkələrinə qarşı mümkün hücum və ya təxribatlardan çəkinməsi barədə xəbərdarlıq etdiyini yazıb. Bu məlumatın arxasında ABŞ kəşfiyyatının Rusiyanın NATO-nun reaksiyasını sınaqdan keçirə biləcəyi ilə bağlı narahatlığın dayandığı bildirilir.

Deməli, ortada iki ayrı informasiya xətti var. Birinci xətt rəsmi təsdiqlənmiş faktdır. Yəni Retkliff Moskvaya gedib, Rusiya xüsusi xidmətlərinin nümayəndələri ilə görüşüb, Putinlə görüşməyib və Rusiya prezidenti görüşlərin nəticələri barədə məlumatlandırılıb. İkinci xətt isə anonim mənbələrin verdiyi məlumatdır ki, görüşlər zamanı NATO və Rusiyanın mümkün gələcək addımları məsələsi müzakirə olunub.

Bununla belə, səfərin vaxtı heç də təsadüfi seçimə oxşamır. Rusiya-Ukrayna müharibəsi artıq beşinci ilinə daxil olur. Ukraynada döyüşlər davam edir, Moskva ilə Qərb arasında qarşılıqlı etimadsızlıq dərinləşir və NATO-Rusiya qarşıdurması təhlükəsi Avropanın təhlükəsizlik gündəliyinin əsas məsələlərindən biri olaraq qalır. Ona görə də ehtimal etmək olar ki, ABŞ-ın ən yüksək səviyyəli kəşfiyyat rəsmisinin Moskvaya getməsi özü-özlüyündə mesajdır. Bəlkə də Vaşinqton bu səfərlə Moskva ilə birbaşa və daha qapalı kanalda müəyyən təhlükəsizlik məsələlərini müzakirə etməyə çalışır. Yaxud Retkliffin səfəri mümkün eskalasiyanın qarşısının alınması, tərəflər arasında kommunikasiya xəttinin açıq saxlanılması məqsədi daşıyır.

N.BEYDİYEVA
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:118
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 28 Avqust 2026 14:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see439

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see309

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see287

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see259

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see237

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see229

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see229

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see228

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see225

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see215

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see207

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see200

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see198

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see197

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see197

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see190

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see190

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see189

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see188

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri