Icma.az
close
up
RU
Kremlin duel təklifində iki məqsəd

Kremlin duel təklifində iki məqsəd

Ayna saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Avropa reaksiya verəcək, ABŞ isə...

Rusiya diktatoru Vladimir Putin canlı mətbuat konfransı zamanı rusların necə “hərəkət” istədikləri barədə danışarkən bir daha qitələrarası “Oreşnik” ballistik raketi ilə öyünüb. Xüsusilə, o, bunun "müasir, ən yeni silah" olduğunu bildirib və Qərbə raketin gücünü sübut etmək üçün "21-ci əsrin yüksək texnologiyalı dueli" keçirməyi təklif edib: bütün hava hücumundan müdafiə və raketdən müdafiə qüvvələrini Ukraynada cəmləşdirin, Ukraynanın paytaxtına "Oreşnik"dən zərbələr endirək, nəticəsinə baxın.

Eyni zamanda, Putin “Oreşnik”in uçuş məsafəsinin 5,5 min kilometrə qədər olduğunu və Polşada yerləşən yeni raket əleyhinə sistemlərin bu raketi havada tuta bilməyəcəyi ilə öyünüb.

Lakin bu izafilik eyni vaxtda bir neçə məqsədə nail olmaq üçün nəzərdə tutulmuşdu - mümkün danışıqlar ərəfəsində həm Ukraynanı, həm də Avropanı (ilk növbədə bu raketin uçuş məsafəsinə daxil olan əraziləri) qorxutmaq və əlini gücləndirmək idi. “Oreşnik”in nüvə başlığı daşıya biləcəyini nəzərə alsaq, bu, hətta nüvə şantajı kontekstinə də uyğun gəlir.

Xatırladım ki, Putin əvvəlcə vurğulamışdı ki, “analoqları yoxdur” və buna görə də bu tip raketləri vura biləcək sistemlər mövcud deyil. Baxmayaraq ki, biz bunu yoxlamamışıq. Açıq mənbələrdən məlumdur ki, “Patriot”ların olmadığı Dneprdə “Oreşnik” zərərsizləşdirilə bilmədi. Bununla belə, bu hücumdan əvvəl biz eyni səsdən sürətli raketləri uğurla vurmuşuq. "Xəncər”lərə qarşı demək olar ki, 100 faiz effektivlik var. Yəni rus diktatorun dedikləri heç də həqiqət deyil.

Belə bir bəyanatın ikinci məqsədi daxili auditoriyada təsirə malik olmaqdır. Əgər Rusiyanın informasiya məkanına baxsaq görərik ki, Putinin bu bəyanatı (adətən şüuraltı səviyyədə olur) cəmiyyətdə dövlətin nailiyyətləri ilə qürur hissi doğurdu. Üstəlik, hətta özlərini guya müxalifət kimi qələmə verən ruslar da fərəhləndilər. Mən şəxsən sosial şəbəkələrdə rusiyalı siyasi mühacirlərdən qürurlandırlaqı şərhlər görmüşəm.

Bütün bunlara Qərb tərəfdaşlarımızın reaksiyası necə ola bilər? Təbii ki, Avropa liderlərindən reaksiyalar mümkündür. Ancaq Tramp və onun administrasiyasının üzvlərindən reaksiya çətin gəlsin. Birincisi, ona görə ki, o, hələ ABŞ Prezidenti vəzifəsinin icrasına başlamayıb. İkincisi, ən azı amerikalılar danışıqlar üçün uğurlu perspektivlərin olub-olmadığını başa düşməyincə, sərt bəyanatlar və ya qınaqlar olmayacaq. Trampın özünün dediyi kimi: əgər danışıqlardan müsbət nəticə istəyirsə, bu danışıqların nəticələrinə mane ola biləcək bəyanatlar vermir.

Putinin son təhdidlərindən sonra tərəfdaşların Ukraynaya yardımı artırıb-artırmayacağına gəlincə... Prezident Volodimir Zelenski artıq Brüsseldə bəyan edib ki, Qərb tərəfdaşları bizə 19 hava hücumundan müdafiə sistemi təqdim etməlidirlər. Yaxşı olardı ki, bizə əvvəldən vəd etdiklərini versinlər.

Müəllif: Maksim Yali – Ukrayna Strateji Kommunikasiyalar və İnformasiya Təhlükəsizliyi Mərkəzinin analitiki.

Mənbə: UNİAN

Tərcümə AYNA-ya məxsusdur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://ayna.az
archiveBu xəbər 23 Dekabr 2024 19:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see406

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see362

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see329

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see321

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see281

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see270

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see236

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see232

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see209

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see207

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see206

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see204

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see204

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see195

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see192

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see188

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see183

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see171

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see167

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri