“Kremlin gəlişi ABŞ ın Cənubi Qafqazdakı mövqeyinə təsir etmir” ŞƏRH
Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.
Xəbər verdiyimiz kimi Rusiya Prezidenti Vladimir Putin İran Prezidenti Məsud Pezeşkianla ilə telefonla danışıb.
Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
“İran Prezidenti Pezeşkianla telefon danışığımızın nəticələri barədə qısa müddətdə sizə məlumat verəcəyik. Regiondakı vəziyyət son dərəcə gərgindir. Prezident gərginliyin azaldılması üçün səylərini davam etdirir. Bu yardım təkcə İran üçün deyil, bütün region üçün, regional sabitlik və sülh üçündür. Rusiya, o cümlədən prezidentin səyləri ilə gərginliyin azaldılması üçün kömək göstərməyə davam edir”, – Kremlin sözçüsü vurğulayıb.
Gununsesi.info bildirir ki, politoloq Elxan Şahinoğlu mövzunu belə şərh:
“Putin bununla ətraf aləmə “mən də varam” demək istəyib. Vladimir Putin Netanyahuya “Rusiya vasitəçilik səylərini davam etdirməyə və bütün maraqlı dövlətlərin iştirakı ilə konstruktiv dialoqu təşviq etməyə hazırdır”, Məsud Pezeşkiana isə “gərginliyin azaldılması üçün səyləri davam etdiririk” deyib. Gəlişi gözəl sözlərdən başqa bir şey deyil. Birincisi, Rusiya Ukrayna müharibəsində elə ilişib qalıb ki, başqa problemlərin həllinə nə zamanı, nə də diplomatik resursları qalıb. Putin ABŞ-ın Venesuelanı nəzarətə götürməsinə səssiz qaldı, İranla bağlı da fəallığı yox dərəcəsindədir. Kremlin ruporu Vladimir Solovyov Rusiyanın Ermənistanı nəzarətə götürməsi vacibliyini söyləsə də, Ermənistan “Tramp yolu”nu reallaşdırmaqla ABŞ-ın Cənubi Qafqazda möhkəmlənməsinə şərait yaradıb”.
Şəbnəm
Baxış sayı:91
Bu xəbər 16 Yanvar 2026 15:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















