Icma.az
close
up
RU
Kremlin Maduro planı nda fiasko: Zəngəzur dəhlizi Ermənistanı xilas etdi

Kremlin Maduro planı nda fiasko: Zəngəzur dəhlizi Ermənistanı xilas etdi

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

Rusiyalı jurnalist, Kremlin əsas təbliğatçılarından Vladimir Solovyovun sonuncu açıqlaması rezonans doğurub. O, Moskvanın Ukraynada həyata keçirdiyi hərbi əməliyyatların Ermənistan və Mərkəzi Asiyaya da tətbiq edilməli olduğunu söyləyib.

Jurnalist Moskvanın Ermənistanı itirməsinin ciddi nəticələr doğura biləcəyini vurğulayıb.

Rusiya Solovyov vasitəsilə Ukraynadan sonrakı işğal hədəflərini açıqlayır? Azərbaycan da bu planın daxilində ola bilərmi?

Globalinfo.az-a danışan deputat Müşfiq Cəfərov deyib ki, son günlər Rusiya-Ukrayna müharibəsi fonunda verilən açıqlamalarda yeni işğal planlarından da bəhs edilir:

“Kremlin ən aparıcı təbliğatçılarından olan Vladimir Solovyov növbəti dəfə hədələyici tərzdə danışaraq postsovet ölkələrini hədəfə gətirməyə cəhd edib. Solovyov daha əvvəl Azərbaycan Prezidenti İlham Əliyevin III Şuşa Qlobal Media Forumunda ukraynalı jurnalistə “işğalla heç zaman barışmayın” deməsini də Rusiyaya qarşı təhdid kimi qələmə vermişdi. Kremlin təbliğatçısı zaman-zaman Azərbaycanı da hədəf göstərir. Ölkəmizi iqtisadi sanksiyalarla təhdid edən Solovyov, hətta Azərbaycanla Rusiya arasındakı birbaşa sərhədi xatırladaraq, hərbi müdaxiləyə işarə vurmuşdu.


Müşfiq Cəfərov

Ümumiyyətlə hazırda Rusiyanın vəziyyəti heç də onun təbliğat maşınlarının çıxışlarındakı kimi deyil. Ukrayna ilə illərdir davam edən müharibədən sonra Rusiyanın açıq aşkar başqa bir ölkəyə hücum etməsi elədə asan deyil. Bəli, indi Rusiya Cənubi Qafqazı itirməyin əsəbini yaşayır. Çünki regiondakı əsas dayağı olan Ermənistan da onun əmrindən çıxıb.

Belə bəyənatlar Rusiyanın dəyişməyən imperialist siyasətinin davamıdır. Bu dövlət hər zaman münasibətləri istədiyi kimi qura bilmədiyi ölkə ilə hədə qorxu dilində danışıb.”

Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, Vladimir Solovyov Kremlin tapşırıqlarını yerinə yetirir:

“O, bu dəfə Kremlin arzularını səsləndirməyə başlayıb. Rusiya Prezidenti Vladimir Putin SSRİ-nin dağılmasını böyük faciə adlandırmışdı. Kreml sahibi imperiyanın bərpasını arzulasa da, Rusiyanın hazırki imkanları daxilində bunun mümkün olmadığının fərqindədir. Rusiya 4 ildir Ukrayna müharibəsində ilişib qalıb. Əgər Ukraynada uğur qazansaydı, diqqətini başqa istiqamətlərə yönəldəcəkdi. Buna baxmayaraq, Kreml Solovyovun dili ilə gələcək planlarını səsləndirir.

ABŞ Prezidenti Donald Trampın təlimatıyla Venesuela Prezidenti Nikolas Maduronun oğurlanması və Ağ Ev sahibinin “mənim beynəlxalq hüquqa ehtiyacım yoxdur, nəyi doğru bilirimsə, onu da edirəm” səpgili açıqlaması Moskvanın hakim və ekspert dairələrində oxşar tezisin müzakirəsinə səbəb olub. Bu ölkənin siyasətçiləri və ekspertləri arasında, – “Rusiya da ABŞ kimi ətrafında bildiyini etməyə başlaya bilərmi?” sualı ilə bağlı müzakirələr başlayıb. Yəni onların fikrincə, Vaşinqtonun “Monro doktrinası” varsa, Kremlin də ya oxşar doktrinası olmalı, ya da mövcud təhlükəsizlik doktrinası ciddi şəkildə korrektə edilməlidir. Halbuki Rusiya prezidenti amerikalı həmkarından çox əvvəl “beynəlxalq hüquqa” riayətdən imtina edib. Rusiyanın 2008-ci ildə Gürcüstana qarşı müharibəsi, 2014-cü ildə Krımı ilhaqı və 2022-ci ildə Ukraynanın şərqini işğal etməsi bunun bariz nümunəsidir. Ancaq Kremlə bu azlıq edir”.


Elxan Şahinoğlu

Politoloq bildirib ki, Mərkəzi Asiya və Cənubi Qafqaz ABŞ və Avropa İttifaqı ilə siyasi-iqtisadi əlaqələri genişləndirmək yolunu tutub:

“Kremlə yaxın bir qrup ekspert hesab edir ki, ABŞ-ın “Monro doktrinasına” zidd olaraq Avrasiya qitəsinə, o cümlədən sürətlə Mərkəzi Asiyaya və Cənubi Qafqaza nüfuz etməsinə qarşı Rusiya müqavimət göstərməlidir. Bunu deyənlər Rusiyanın hansı resurslar hesabına qonşu ölkələri siyasi, iqtisadi və hərbi orbitinə daxil edəcəklərini izah edə bilmirlər. Digər tərəfdən Rusiyaya qonşu olan ölkələr Ukraynaya qarşı işğalçı müharibədən dərslərini alıblar. Bölgə ölkələrinin ABŞ və Avropa İttifaqı ilə müqavilələr imzalamalarına paralel olaraq, Çinin Avrasiya bölgəsində artan rolu, Türk dövlətləri arasında inteqrasiya proseslərinin sürətlənməsi, Türkiyə-Azərbaycan ittifaqı, o cümlədən “Tramp yolu”nun (Zəngəzur dəhlizi-red.) yaxın gələcəkdə həyata vəsiqə qazanması Rusiyanın özünə uyğun “Monro doktrinasının” reallaşması imkanlarını minimuma endirir. Buna baxmayaraq, Rusiyaya qonşu olan heç bir ölkə müdaxilə təhlükəsindən sığortalanmayıb. Bu məqsədlə sözügedən ölkələrin öz aralarında ittifaqları gücləndirməsinə ehtiyac var. Azərbaycan Türkiyə ilə ittifaqı gücləndirməli, türk dünyasının interqasiyasında başlıca rollardan birini oynamaqda davam etməlidir”.

Turan Rzayev
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:17
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 13 Yanvar 2026 12:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see198

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see197

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see195

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see193

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see185

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see173

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see169

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see165

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see165

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see162

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see157

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see152

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see150

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see149

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see148

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see140

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see140

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see138

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see133

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri