Icma.az
close
up
RU
İran Ermənistanı hədəf aldı: Bu dəfə Zəngəzur dəhlizi üzərindən…

İran Ermənistanı hədəf aldı: Bu dəfə Zəngəzur dəhlizi üzərindən…

Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İranın Zəngəzur isterikası davam edir. Cənub qonşumuzun parlamenti olan İslam Məclisi rəsmi bəyanat yayaraq, Zəngəzur dəhlizinə qarşı sərt mövqe nümayiş etdirib. Bəyanatda dəhliz “kollektiv təhlükəsizlik üçün birbaşa təhdid” kimi təqdim olunub.

Məsələni Musavat.com-a şərh edən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, İran parlamentinin Zəngəzur dəhlizinə qarşı bəyanat qəbul etməsi birbaşa Ermənistanı hədəf almaqdan ibarətdir: “Zəngəzur dəhlizi Ermənistan ərazisidir və rəsmi İrəvanın razılığı ilə açılıb. Göründüyü kimi, "Zəngəzur dəhlizi" ilə bağlı məsələ İran siyasi sistemində ciddi fikir ayrılıqları və siyasi böhrana gətirib çıxarıb. Xüsusilə, prezident Məsud Pezeşkian və onun administrasiyası Zəngəzur dəhlizinə dəstək verir. Amma, Ali dini rəhbər Əli Xamenei və ona bağlı mühafizəkar qurumlar Zəngəzur dəhlizinə qarşı çıxır və prezidenti hədəf alırlar.

Məhz İran parlamentinin məlum bəyanatı Ali dini rəhbərin siyasi göstərişləri ilə edilib. Parlament və Ali dini rəhbərə tabe olan qurumlar prezident Pezeşkianın qonşularla normal siyasətin aparılmasına imkan verilmir. Hətta prezidenti İsrailə xidmət etməkdə ittiham edirlər. pizza mizza

Göründüyü kimi, İranda güclü olan mühafizəkar dairələr xalqın seçdiyi prezidentə qarşı hərəkətə keçib. Proseslər bu müstəvidə davam edərsə, növbəti mərhələdə

Pezeşkianın seçkilərə qatılmasına icazə verilməyə bilər. Həmçinin onun hazırda öz səlahiyyətlərindən istifadə edib, İranı beynəlxalq birliklə normal münasibətlər qurmasına imkan verilmir. Faktiki olaraq prezident səlahiyyətsiz bir çərçivəyə salınıb. Baxmayaraq ki, 12 günlük müharibədə Pezeşkian xalqla birgə oldu”.

Politoloqun sözlərinə görə, Pezeşkiana qarşı bütün təzyiq və hücumların arxasında Ali dini rəhbər Əl Xamenei dayanır: “O, həmçinin, Azərbaycan və Türkiyəyə qarşı sərt xətt siyasətini davam etdirir. Demək olar ki, Tehran rejimi 12 günlük müharibədən nəticə çıxarmaq əvəzinə, daha da sərt siyasətə üstünlük verib. Prezident Pezeşkianın Qərblə konusturiktiv siyasətinin qarşısını alıb. Artıq Avropa ölkələri və ABŞ-ın İrana qarşı növbəti sanksiyalar tətbiq etməsi gözlənilir.

Əgər yaxın perspektivdə İran öz siyasətində korrektlər etməsə, İsrail və ABŞ İslam respublikasına yenidən hərbi əməliyyatlara başlaya bilər. İranın Zəngəzur dəhlizinə qarşı çıxmasında əsas məqsədi Qərbdən Şərqə və əksinə daşınan yüklərin onun nəzarətindən tam çıxmasıdır. İran ona görə tək "Araz dəhlizinin" fəaliyyətində maraqlıdır ki, beynəlxalq daşımalar öz nəzarətində olsun. İranın Zəngəzur dəhlizinə müdaxiləsi isə, mümkün görünmür”.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:145
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 01 Sentyabr 2025 14:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aida İmanquliyeva Şərqlə Qərb arasında elmi körpü

19 Sentyabr 2026 09:47see451

UEFA İrlandiyanın İsraillə bağlı istəyini rədd edib

19 Sentyabr 2026 01:42see261

Putinin toy nəməri Trampı impiçmentə aparır?

18 Sentyabr 2026 21:36see257

Milli Musiqi Günündə fərqli müsabiqə: tələbələrin bəstələri AZAL ın təyyarələrində səsləndiriləcək

18 Sentyabr 2026 17:49see244

Antibiotiklərin özbaşına qəbulu ciddi fəsadlara səbəb ola bilər PULMONOLOQ

18 Sentyabr 2026 12:46see241

Hansı temperaturda çay içmək xərçəng yaradır?

18 Sentyabr 2026 21:35see240

Maliyyə sektorunda nəzarətin genişləndirilməsi vətəndaşın bank hesablarına necə təsir edəcək?

18 Sentyabr 2026 16:47see240

Toyuğun döşü, yoxsa budu daha faydalıdır?

19 Sentyabr 2026 02:03see237

Araqdan beyində degenerasiya baş verir

18 Sentyabr 2026 22:57see236

Evdə ayaqyalın gəzmək faydalıdır? Həkimdən cavab

18 Sentyabr 2026 14:03see236

Rusiyadan enerji alan ölkələrə 100% dək rüsum: Tramp qanunu imzaladı

19 Sentyabr 2026 02:27see229

Türk dövlətləri ailəsi dünyada yeni güc mərkəzidir

18 Sentyabr 2026 17:19see224

Paşinyan Almaniyaya biznes jetlə uçdu Təyyarə hakimiyyətə yaxın iş adamına bağlıdır

18 Sentyabr 2026 23:14see221

Əməkdar artist Sevda Məmmədzadə vəfat edib

18 Sentyabr 2026 21:00see220

Ayağı sınan idmançı bir il sonra çempion oldu Reablitasiya möcüzəsi VİDEO

18 Sentyabr 2026 18:11see218

Ürək xəstəliyi olanlara kartof makaron qadağandır Kardioloq

18 Sentyabr 2026 18:20see211

Alzheimer özünü belə göstərir: Yaddaş itkisindən əvvəl 4 siqnal

18 Sentyabr 2026 17:51see204

Ağız qoxusuna səbəb olan əsas amil AÇIQLANDI

18 Sentyabr 2026 12:36see199

Miqrenin inteqrativ müalicəsi: Baş ağrısını yox, səbəbini müalicə etmək lazımdır!

18 Sentyabr 2026 17:25see188

Türk məşhurlara qarşı əməliyyat: Onlar həbs edildi

19 Sentyabr 2026 17:26see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri