Icma.az
close
up
RU
Kremlin növbəti “qurbanı” Əli Həsənov üçün yolun sonu, bu həftə…

Kremlin növbəti “qurbanı” Əli Həsənov üçün yolun sonu, bu həftə…

Tribuna saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Siyasi kluarlarda aktual müzakirə mövzulardan biri də Prezident Adminstrasiyasının sabiq şöbə müdiri Əli Həsənovun həbsi ehtimalıdır. Məlumata görə, hüquq-mühafizə orqanları tərəfindən aparılan araşdırmaların nəticəsi yaxın günlərdə açıqlana bilər və bu, ölkə siyasətində yeni dalğa yarada bilər.

Əli Həsənovun həbsi xəbəri həm siyasi ekspertlər, həm də ictimaiyyət arasında geniş müzakirələrə səbəb olub. Hüquqşünaslar bildirirlər ki, belə bir addım həm hüquqi, həm də siyasi proseslər baxımından önəmli nəticələr doğura bilər.

Əli Həsənovun durumu yalnız onun şəxsi fəaliyyəti ilə deyil, eyni zamanda Azərbaycan siyasətindəki güc balansı ilə də bağlıdır. Həbslər gözlənildiyi təqdirdə, ölkə siyasətində yeni qərarların və proseslərin başlanğıcı ola bilər.

Rəsmi qurumlardan hələ mövzu ilə bağlı açıqlama gəlməyib. Lakin media və ekspert şərhləri, həmçinin hüquqi mənbələrdəki məlumatlar həbslərin yaxın zamanda baş verə biləcəyini göstərir.

Hüquq mütəxəssisləri və siyasət analitikləri vəziyyəti yaxından izləyir və hər hansı rəsmi açıqlama və ya hüquqi qərar ortaya çıxan kimi ictimaiyyətə təqdim olunacağını bildirirlər.

Əli Həsənovun həbsi ölkə siyasətində hansı güc mərkəzlərinin dəyişməsinə səbəb ola bilər?

Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən Ağ Partiyanın sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı bildirib ki, bu, Ramiz Mehdiyev dövründən qalan komandanın tam şəkildə sıradan çıxması anlamına gəlirmi?

R. Mehdiyevlə bağlı çıxan son məsələlərin fonunda ölkə gündəmi bir anlıq dəyişib.

Siyasətçinin sözlərinə görə, xatırlayırsınızsa, həmin gün ölkədə taksilərlə bağlı bir qərar verildi və həmin anda R. Mehdiyevin ev tustaqlığı məsələsi ortaya çıxdı. Diqqətlər onun üzərinə yönəldi. Bu o deməkdir ki, məsələ o qədər ciddidir ki, bütün insanların diqqətini cəlb edir. Artıq, günlərdir ki, bu məsələ gündəmdən düşmür və 1-ci yerdə olmaqla, yerini qoruyub saxlayır. O anlama gəlir ki, bu böyük şəbəkənin kifayət qədər uzantıları var.

R. Mehdiyevin əhatə dairəsinin böyük olduğunu vurğulayan siyasətçi deyib:

“R. Mehdiyev Azərbaycan hakimiyyətində uzun illər yüksək postlar tutan, öz nüfuzunu saxlayan, əhatə dairəsini daim genişləndirən, nüfuz sahibliyini görə, hakimiyyətdə ilk 3-lükdə qərarlaşan Dövlət məmurlarından biri hesab olunur. Bu zarafat deyil, 24 il PA-na rəhbərlik etmək hər insana da nəsib olmaz. Çünki, elə Azərbaycanın müstəqilliyi elə 34 yaşdadır. Bunun isə 24 ili PA-da Ramiz Mehdiyevə düşür. Burada da bir sıra isimlərin adı çəkilib. Son dönəmlər bəzi siyahılar da ortaya atılıb. Siyahıların doğru olub-olmadığı barədə heç kim heç nə deyə bilməz”.

Həmin siyahıdakı adlara toxunan C. Abbaslı vurğulayıb:

“Açığı, siyahıda bəzi şəxslər var ki, onlar barəsində aparılan kompaniya heç də ürəkaçan deyil. Düşünürəm ki, burada şər-böhtan daha çox özünü büruzə verməkdədir. Amma, istənilən halda siyahıların ortaya atılması o anlama gəlir ki, bu siyahının pərdəarxası daha bir siyasi və siyahıları ola bilər. Siyahının içində Əli Həsənovun adının olması heç də təsadüfi deyil. Çünki, Ə. Həsənov da uzun illər Azərbaycanda böyük vəzifədə təmsil olunmuş şəxsdir. Ə. Həsənovun postda olması R. Mehdiyevin post-kardinalı dönəminə təsadüf edir. Ona görə də Ə. Həsənovun da R. Mehdiyevin şəbəkəsinə daxil olması iddialarını heç də təkzib etmək olmaz. İstənilən halda istintaq gedir. Yekun qərar verilməmiş, hər hansı bir şəxs haqqında indidən danışmaq da tezdir. Təbii ki, təkcə Ə. Həsənov olmasın, digər şəxslər var ki, onları R. Mehdiyev komandasının üzvləri olması barədə illər öncədən iddialar səslənib. Bu gün də o iddialar səslənir. Əli Həsənovun adını xüsusi qeyd etmək də doğru olmazdı. Çünki burada Eldar Mahmudovun, Nəcməddin Sadıqovun, bir sıra deputatların, icra başçılarının adları keçir. Hətta həbs olunan icra başçılarının hər birinin onun komandası olduğu barədə iddiaları təkzib etmək də doğru olmaz. Bütün bunların fonunda biz yenə də istintaqın gedişini gözləyək. Bu həftə içi məncə, kimlərin həbs olunacağı məlum olacaq”.

“Artıq R. Mehdiyev qərarının üzərindən də deyə bilərəm ki, heç də az zaman keçməyib. Bu müddət ərzində həbs olsaydı, olardı. Həbs olmaması isə o anlama gəlir ki, bəzi ehtimalları artırır ki, proses hələ ki, R Mehdiyevin adı üzərindən bir neçə gün də davam edə bilər. Gələcəkdə də prosesin arxası gələ bilər. Bu prosesin yeni dalğası başlayanda, təbii ki, o dalğada ağlımıza gəlməyən şəxslər olacaq ki, onları da tuta bilər. İstənilən halda sevindirici hadisədir”.

Dəniz Pənahova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 20 Oktyabr 2025 12:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see163

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see141

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see139

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see136

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see133

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see129

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri