Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

Şahin Şıxlınski Kremlin yeni qurbanı FOTO

Şahin Şıxlınski Kremlin yeni qurbanı FOTO

Icma.az bildirir, Bakupost portalına istinadən.


Xəbər verdiyimiz kimi, Rusiyanın Yekaterinburq şəhərində dünən (martın 5-də) başa çatan məhkəmə prosesində azərbaycanlıların keçmiş diaspor rəhbəri Şahin Şıxlınski barəsində 22 illik azadlıqdan məhrumetmə hökmü oxunub. Digər təqsirləndirilən şəxslər isə 10 ildən 21 ilədək həbs cəzası alıblar. Proses boyunca məhkəmənin dramı və gərginliyi diqqət çəkib, xüsusilə də son iclasda iştirak edən təqsirləndirilənlərin ailələrinin emosional reaksiyaları fonu daha da ağırlaşdırıb.



Bakupost.az Rusiya mediasına istinadən xəbər verir ki, məhkəmə Kirov Rayonunda başlayıb, lakin çoxsaylı iştirakçılar səbəbindən daha sonra Sverdlovsk vilayəti məhkəməsinin binasına daşınıb. Son iclasa təqsirləndirilənlərin həyat yoldaşları və yaxınları qatılıblar. Onların narazılığı məhkəmə zalına dramatik bir atmosfer gətirib.
Hökmə görə, Şıxlınski və bir neçə digər şəxs qəsdən adam öldürmə və adam öldürməyə cəhd ittihamları üzrə təqsirli bilinişdi. O, 22 il müddətinə ciddi rejimli koloniyaya göndərilib. Digər müttəhimlər – Səfərov qardaşları və daha bir neçə şəxs – 10 ildən 21 ilədək həbs cəzası alıblar. Hamısı cəzanın ilk dörd ilini həbsxanada keçirməlidir. Hökm oxunduqdan sonra məhkəmə zalında açıq narazılıq və etirazlar səslənib.


Şıxlınski hadisə yerində olmayıb

İstintaq materiallarına görə, qrup 2001-ci ilin mayında Yunus Paşayev adlı sahibkarı, “Taganskiy ryad” bazarında geyim satışı ilə məşğul olan şəxsi öldürüb. Məlumata görə, Paşayev “Metallon” kafesi yaxınlığında bıçaqlanaraq qətlə yetirilib. 2010-cu ilin mayında isə Fəhruz Şirinova sui-qəsd cəhdi olub, lakin həmin vaxt qatilin silahı işləməyib. İstintaqın fikrincə, cinayətlərin motivi biznes sahələrinə təsir dairələrinin bölüşdürülməsi və diasporada liderlik uğrunda mübarizə olub.
Lakin Şıxlınski və müdafiə tərəfi ittihamları qəbul etmir. Məlumata görə, 2001-ci ilin mayında sahibkar Yunus Paşayev öldürüldüyü zaman Şıxlınski və Səfərov qardaşlarından hadisə yerində deyildilər, onlar “Ural” idman kompleksində olublar. Şıxlınski Paşayevlə heç bir şəxsi münaqişəsi olmadığını, ümumiyyətlə onu tanımadığını vurğulayıb.


Diaspora mənbələri də bildirir ki, həmin hadisə digər şəxslər arasında münaqişədən qaynaqlanıb: Aki̇f Səfərov Paşayev tərəfindən bıçaqlanıb, cavab olaraq Məzahir Səfərov hücum edən şəxsi bıçaqlayıb və Paşayev bir neçə gün sonra xəstəxanada vəfat edib.
Məzahir Səfərov da zatən günahını etiraf edib.


Siyasi gərginlik və Rusiyanın sərt cəza siyasəti

Məhkəmənin dramatik fonunu yalnız ailələrin gərginliyi deyil, həm də diplomatik mühit formalaşdırıb. Hüquq müdafiəçiləri bildirir ki, Şıxlınski və digər azərbaycanlıların həbsinə səbəb olan proseslərin arxasında Rusiya-Azərbaycan münasibətlərində yaranmış gərginlik dayanır. 2023-cü ilin dekabrında Rusiyanın Azərbaycan təyyarəsini vurmasından sonra Bakı tərəfi rəsmi üzr tələb etmişdi. Kreml isə sərt cəza siyasəti çərçivəsində, Rusiyada yaşayan azərbaycanlıların kütləvi saxlanması və məhkəmə qərarlarını həyata keçirdi.
Bu iş böyük rezonans doğurdu. 2025-ci ilin iyun sonunda qrupun fəaliyyətində mümkün iştirakı olduğu iddia edilən azərbaycanlılar kütləvi şəkildə saxlanıldı. Hüquq-mühafizə orqanlarının əməliyyatı zamanı Ziyəddin və Hüseyn Səfərovlar həyatını itirdi. Rusiya məhkəmə-tibb ekspertizası onların ölüm səbəbini ürək çatışmazlığı ilə izah etdi. Lakin Bakı tərəfi qardaşların aldığı xəsarətlər nəticəsində öldüyünü bildirərək sərt reaksiyasını göstərdi. Nəticədə Azərbaycanda təxminən on nəfər Rusiya vətəndaşı saxlanıldı, diplomatik tədbirlər ləğv edildi və mədəniyyət günləri və rus sənətçilərinin səfərləri təxirə salındı.
Beləliklə, Şıxlınski və digər həbs olunanlar yalnız cinayət işləri ilə deyil, həm də iki ölkə arasındakı siyasi gərginlik və diplomatik təzyiq kontekstində günahsız yerə cəzalandırılmış kimi görünür. Əks halda 22 il əvvəl baş vermiş bir cinayətin yenidən açılması, illər öncə günahsızlığı sübuta yetirilən Şahin Şılınskinin yenidən mühakimə olunması və həbsi siyasi sifarişdir. Bu Rusiyadakı diasporumuza, soydaşlarımıza, yekunda Azərbaycana verilən gözdağıdır.
Cavid, BakuPost


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 06 Mart 2026 13:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see318

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see289

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see286

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see267

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see260

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see248

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see243

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see241

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see234

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see217

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see212

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see201

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see195

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see191

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see189

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see188

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see181

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see175

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see172

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

10 Noyabr 2026 11:18see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri