Icma.az
close
up
RU
Kremlin təxribat maşını: Sükanda bu dəfə o var

Kremlin təxribat maşını: Sükanda bu dəfə o var

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Şimal və cənub qonşularımızın ölkəmizə qarşı təxribatları, informasiya hücumları dayanmaq bilmir. 

50 min pakistanlı muzdlu silahlıların, terrorçuların guya Əfqanıstan və Türkmənistan vasitəsilə Azərbaycana köçürülməsi barədə iddiaların ortaya atılması da Rusiya və İranın ölkəmizə qarşı növbəti birgə təxribatıdır. 

Bu iddianı "Rusiya Politoloqlar Cəmiyyəti"nin Analitik Mərkəzinin direktoru Andrey Serenko səsləndirib. Bədnam SEPAH-ın təbliğat-təşviqat qrupu da tez-tez bu kimi cəfəng iddialarla, saxta informasiyalarla (fake news) çıxış edir. Andrey Serenkonun səsləndirdiyi cəfəng iddia Azərbaycanla bərabər, Əfqanıstan və Türkmənistana qarşı yönəlib. 

Bu iddianın əsas məqsədi Azərbaycanı və adı çəkilən digər ölkələri beynəlxalq ictimaiyyətin diqqət mərkəzinə gətirmək, onları qınaq və təzyiq hədəfinə çevirməkdir. Belə saxta xəbəri qəsdən yaymaqla belə bir təsəvvür yaratmağa çalışırlar ki, guya Azərbaycana muzdlu döyüşçülər, terrorçular transfer olunur, terror şəbəkəsi formalaşdırılır və beləliklə, regionun təhlükəsizliyinə ciddi təhdidlər yaranır. Bu, tamamamilə absurd və əsassız bir iddiadır. Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülhün və sabitliyin bərqərar olması, Ermənistanla yekun sülh sazişinin tezliklə imzalanması üçün əlindən gələni edir. 

Belə bir durumda regiona muzdlu qüvvələri, terrorçuları gətirmək sülhə can atan bir ölkəyə ziyandan başqa nə verə bilər ki? 

Əlbəttə, heç nə! Hər kəs anlayır ki, sülh üçün çalışan bir ölkənin terrorçulara üz tutması tamamilə məntiqdənkənar hərəkət olardı. Özünə politoloq deyən rusiyalı təxribatçı Andrey Serenko isə bu adi həqiqəti hər kəsdən daha tez başa düşməliydi.

Lakin rusiyalı politoloq özünü qəsdən axmaq yerinə qoyaraq, belə bir  xasta xəbəri, dezinformasiyanı qəsdən ortaya atıb, tirajlayıb. Çünki ona burbaşa Kremldən belə bir tapşırıq verilib. Kremlin tezisləri ilə çıxış edən rusiyalı politoloqlar, Z-blogerlər, təbliğatçılar bu cür fantastik, ağlasığmaz iddiaları, şayiələri bilərəkdən dövriyyəyə buraxırlar. 

Burada ilkin hədəf Azərbaycan dövlətini və xalqını terrorla əlaqələndirmək, "islam terrorizmi" ilə eyniləşdirməkdir. Bir sonrakı hədəfləri isə həm beynəlxalq ictimai rəydə Azərbaycanın neqativ obrazını yaratmaq, həm də "beynəlxalq terrorizmə qarşı mübarizə" adı altında Rusiyanın Cənubi Qafqaza və Azərbaycana silahlı müdaxiləsi üçün zəmin formalaşdırmaqdır. 

Göründüyü kimi, şimal qonşumuz bu cür məkrli hədəflərinə çatmaq üçün hər cür dezinformasiya yaymağa, istənilən təxribata əl atmağa hazırdır. Rusiya tərəfi bu cür təxribatçı iddiaları ortaya atmaqla, “bir güllə ilə iki dovşan vurmağa" çalışır. Ukrayna "bataqlığı"nda çabalayan Rusiyanın özünün bu gün muzdlu döyüşçülərə, hər cür kateqoriyalardan olan terrorçulara ciddi ehtiyacı var. 

Bu gün Rusiya ordusunda nizami hərbçilərlə bərabər, həbsxanalardan birbaşa cəbhə xəttinə göndərilmiş qatı cinayətkarların, residivistlərin, muzdluların döyüşməsi faktları heç kim üçün sirr deyil. Vaxtilə  “vaqnerçilər" kimi cinayətkar-muzdlu qatil dəstəsini yaradaraq dünyanın bir çox ölkələrində, o cümlədən Suriya, Ukrayna, Belarus və Afrika qitəsində təxribatlar törədən, silahlı münaqişələr yaradan Rusiya indi öz "ad"ını Azərbaycana qoymaq istəyir. 

Lakin Kreml Rusiya ictimaiyyətini yanlış məlumatlandırsa da, dünya ictimaiyyətini aldada bilməz. Bu gün bütün dünya bilir ki, Azərbaycanın çox güclü, peşəkar ordusu var və biz torpaqlarımızı öz gücümüzlə işğaldan azad etmişik. Prezident İlham Əliyevin vurğuladığı kimi, biz qalib ölkəyik,  Qələbəmiz əbədidir, Qarabağı düşməndən azad edən, o torpaqlarda həyat yaradan, həyat quran xalqıq. Azərbaycan xalqı bu Qələbəni əldə etməklə öz tarixi böyüklüyünü bütün dünyaya nümayiş etdirib. Ona görə də qalib Azərbaycanın muzdlulara, terrorçulara əsla ehtiyacı yoxdur. 

Buna ehtiyacı olan ölkə məhz Rusiyadır. Bu gerçəkliyi dünyada da yaxşı bilirlər. Rusiya isə iz azdırmaq üçün bu cür iddiaları ortaya atır, bütün diqqətləri Azərbaycana tərəf yönəltməyə çalışır. Lakin bu cür ucuz və bəsit variantlar Rusiyanın öz əleyhinə işləyir. 

Kreml Azərbaycanla münasibətləri normallaşdırmaq əvəzinə, bu cür təxribatlara yol verməklə iki ölkə arasında gərginliyi daha da artırır. Beləliklə, Rusiyanın bütün maskaları düşür. Azərbaycan isə şimaldan və cənubdan gələn təhdidlərə, təxribatlara artıq çoxdan öyrəncəlidir. Bizdə qonşularımızın təxribatlarına qarşı güclü immunitet formalaşıb. 

Əlisahib Hüseynov, Azərbaycan Həmrəylik Komitəsinin sədri

“Cebheinfo.az”
 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 10 Sentyabr 2025 15:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see421

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see332

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see244

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see237

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see228

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see219

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see217

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see216

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see212

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see207

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see201

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see198

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see196

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see194

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see193

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see187

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see184

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see182

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see180

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri