Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

Serialdakı Arda illər sonra (Foto)

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

İran Prezidenti: Amerikaya etibar etmirik

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

Kremlin yeni strategiyası: Paşinyanı devirməyə niyə tələsmir?

Kremlin yeni strategiyası: Paşinyanı devirməyə niyə tələsmir?

Icma.az, Olke.az portalına istinadən məlumat verir.

Lakin 2018-ci ildə baş verən hakimiyyət dəyişikliyi bu sistemi ciddi şəkildə sarsıtdı. Paşinyan əvvəlki siyasi elitanın mühüm hissəsini hakimiyyətdən uzaqlaşdırdı, yeni idarəçilik komandası formalaşdırdı və dövlət institutlarında Rusiyaya yaxın hesab edilən bir çox təsir kanallarını zəiflətdi. Bu, Kremlin Ermənistanda uzun illər ərzində qurduğu siyasi dayaqlarını əhəmiyyətli dərəcədə zəiflətdi”.

Ölkə.az xəbər verir ki, bunu siyasi şərhçi Qulamhüseyn Əlibəyli deyib.

 Onun sözlərinə görə, bu gün Ermənistan hakimiyyətinin Qərb meylli siyasəti Rusiyanın və ölkə daxilindəki revanşist qüvvələrin ciddi müqaviməti ilə üzləşir. “Parlament seçkiləri yolu ilə hakimiyyət dəyişikliyinə nail ola bilməyən Rusiya Ermənistanda daxili siyasətə təsir vasitələrinin əhəmiyyətli hissəsini itirsə də, hələ də müəyyən imkanlarını saxlayır.

Bu imkanlar ilk növbədə iqtisadi təsir mexanizmləri ilə bağlıdır. Belə ki, Ermənistan iqtisadiyyatı, xüsusən də enerji sistemi, xarici ticarətinin mühüm hissəsi, əmək miqrasiyası və maliyyə axınları hələ də əhəmiyyətli dərəcədə Rusiya ilə bağlıdır. Rusiya bu sahələrdə təzyiq mexanizmlərini işə sala bilər. Ermənistanın kənd təsərrüfatı məhsullarının Rusiya bazarlarına daxil olmasına qadağa qoyulması bu mexanizmlərdən biridir və Ermənistan fermerlərinin hakimiyyətdən narazılığını gücləndirib. Lakin belə addımların siyasi nəticəsi əvvəlcədən proqnozlaşdırıldığı kimi olmaya da bilər. Xarici təzyiq çox vaxt cəmiyyəti hökumətin ətrafında birləşdirən amilə də çevrilə bilər”, - o vurğualyıb.

Q. Əlibəyli hesab edir ki, ikinci istiqamət daxili siyasi qüvvələrdir: “Ermənistanın müxalif qüvvələrin əhəmiyyətli hissəsi Rusiya ilə müəyyən dərəcədə bağlıdır.  Rusiyapərəst mövqe tutan siyasi partiyalar, ictimai təşkilatlar və nüfuzlu siyasi fiqurlar mövcuddur. Ancaq onların son seçkilərdə geniş ictimai dəstək əldə edə bilməməsi göstərir ki, Kremlin ənənəvi tərəfdaşlarının sosial bazası əvvəlki illərlə müqayisədə xeyli məhdudlaşıb.

Üçüncü istiqamət informasiya məkanıdır. Rusiya mediası və rusdilli informasiya resursları hələ də Ermənistan cəmiyyətinin müəyyən hissəsinə təsir göstərir. Lakin son illərdə qərbyönlü media platformalarının və sosial şəbəkələrin təsiri artdığından informasiya üstünlüyü artıq birtərəfli deyil. Bu istiqamətdə maraqlı məsələlərdən biri də artıq tarixə qovuşmuş Qarabağ probleminin vaxtaşırı yenidən qabardılmasıdır. Qarabağ məsələsi hələ də Ermənistan cəmiyyətinin müəyyən bir kəsimində həssas mövzu olaraq qalır və Rusiya rəsmiləri tərəfindən müntəzəm olaraq siyasi təsir vasitəsi kimi istifadə olunur.

Dördüncü istiqamət təhlükəsizlik faktorudur. Ermənistan ordusunun maddi-texniki təminatı və silah sistemlərinin əhəmiyyətli hissəsi hələ də Rusiya istehsalıdır. Bununla belə, son illərdə ABŞ, Fransa, Hindistan və digər tərəfdaşlarla hərbi əməkdaşlığı genişləndirməsi bu asılılığı mərhələli şəkildə azaltmaq niyyətindən xəbər verir. Ermənistanda Rusiyanın hərbi bazasının yerləşməsi, sərhədlərin bir hissəsinin rus hərbçiləri tərəfindən qorunması da təsir mexanizmlərindən biri hesab oluna bilər.

Bütün bu təsir mexanizmlərinə baxmayaraq, Paşinyan hakimiyyətinin də müəyyən üstünlükləri var. Ən mühüm üstünlük Paşinyan hakimiyyətinin daxili legitimliyidir. Rusiyanın və rusyönümlü müxalifətin bütün cəhdlərinə baxmayaraq baxmayaraq, Paşinyan son illərdə keçirilmiş parlament seçkilərində hakimiyyət mandatını seçki yolu ilə yenidən təsdiqləyə bilib. Bu, onun siyasi legitimliyini əvvəlki hakimiyyətlərdən fərqləndirən əsas xüsusiyyətdir. Beynəlxalq ictimaiyyət və xarici dövlətlər üçün seçki yolu ilə legitimlik qazanmış hökuməti zəiflətmək, cəmiyyətin geniş dəstəyini itirmiş hakimiyyətdən daha çətindir.

Bütün bunlar göstərir ki, Kreml üçün əsas məqsəd mütləq Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq olmaya da bilər. Lakin onun manevr və qərar qəbul etmək imkanlarını ciddi şəkildə məhdudlaşdırmaq istiqaməti Kremlin daha real strategiyası kimi görünür.
Burada Kremlin də nəzərə almalı olduğu mühüm bir məqam var. Əgər Rusiyanın təzyiqləri Ermənistan cəmiyyətində “xarici müdaxilə” kimi qəbul edilərsə, bu, gözlənilən nəticənin əksinə olaraq, Paşinyanın mövqeyini gücləndirə bilər. Təcrübə göstərir ki, xarici təzyiq çox vaxt daxili siyasi həmrəyliyi artırır. Müasir İran cəmiyyətini buna nümunə kimi göstərmək olar. 

Bu baxımdan Rusiyanın Paşinyan hakimiyyətini zəiflətməyə hesablanmış hər bir addımı sonuncunun siyasi legitimliyini daha da gücləndirmək riski daşıyır. Məhz buna görə Moskvanın yaxın perspektivdə açıq qarşıdurmadan daha çox, uzunmüddətli və çoxşaxəli təsir strategiyasına üstünlük verməsi daha real görünür.

Eyni zamanda qeyd etmək lazımdır ki, Ermənistanın daxili siyasi dinamikası, iqtisadi vəziyyəti və regional geosiyasi hadisələr Rusiyanın seçimlərini və təsir rıçaqlarını dəyişə biləcək amillər olaraq qalır. Bu səbəbdən hər hansı ssenarini qəti nəticə kimi deyil, mövcud tendensiyalar əsasında mümkün inkişaf variantı kimi dəyərləndirmək daha düzgün olardı.

Avropa İttifaqı ilə Aİİ arasında seçim məsələsinin referendum yolu ilə həll olunmasının vacibliyini məsələsinə gəldikdə isə qeyd etmək lazımdır ki, həqiqətən də Aİ-nın qaydalarına görə bu təşkilata üzvlük məsələsi referendum yolu ilə həll edilməlidir. Ancaq bu gün üçün Ermənistanın Aİ-na üzvlük məsələsi aktual deyil. Aİİ-na və onun tərkibindən çıxmaq üçün isə referendum keçirmək vacib deyil; bu məsələdə Ermənistanın mövqeyi haqlıdır. Ona görə də Rusiyanın bu tələbi Paşinyan hakimiyyətinə mənasız təzyiq xarakteri daşıyır”.

Mürtəza

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:110
embedMənbə:https://olke.az
archiveBu xəbər 03 Avqust 2026 17:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see351

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see347

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see335

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see294

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see263

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see229

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see209

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see197

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see191

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see188

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see187

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see185

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see176

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see173

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see173

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see173

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see162

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see161

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see161

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri