Icma.az
close
up
RU
Kremlin Paşinyanı devirmək planı yoxdur ŞƏRH

Kremlin Paşinyanı devirmək planı yoxdur ŞƏRH

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Putinlə Baş nazir arasında pərdəarxası sövdələşmə və gizli siyasi oyunlar gedir

Ermənistanın siyasi gündəmi bir-birinə qarışıb. Yenidən Baş nazir seçildikdən sonra müxalif qüvvələrdən birdəfəlik yaxasını qurtaracağını düşünən Nikol Paşinyanın qara günləri bitmək bilmir.

Biznesmen Qaqik Sarukyana məxsus “Çiçəklənən Ermənistan” partiyasının cüzi səslə parlamentdən kənarda qalması, müxalif qüvvələri sümüyü əlindən alınan itə çevirib. Tərəfdaşlarından birini itirən sabiq prezident Robert Köçaryan və rusiyalı oliqarx Samvel Karapetyan Paşinyan hökümətini seçkilərin nəticələrini saxtalaşdırmaqda ittiham edirlər. Onlar seçkilərinin nəticələrinin ləğvi tələbi ilə Konstitusiya Məhkəməsinə ərizə veriblər. S. Karapetyan Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması üçün koalisiya yaradacaqlarını açıqlayıb. “Daşnaksütyun” və “Milli Birlik” partiyaları da Samvelin təşəbbüsünü dəstəkləyiblər. S.Krapetyan seçkilərin nəticələrinə və hakimiyyətə etiraz məqsədilə böyük mitinq keçirməyi planladıqlarını bildirib.

Mövzu ilə bağlı politoloq Sahil İsgəndərov Sherg.az-a bildirib ki, Rusiyanın proksi qüvvələri Paşinyan hökümətinə qalib gəlməsələr də parlamentdə öz mövqelərini bir xeyli gücləndiriblər:

“Karapetyan, Köçəryan və Sarukyan üçlüyünün, vahid mövqedən çıxış etməsinin bir neçə səbəbi var. Sarukyanın “Çiçəklənən Ermənistan” partiyası, 4 faizlik seçki baryerinə kifayət qədər yaxınlaşsa da, gözlənilməz şəkildə bu həddi keçə bilmədi. Hazırda sözügedən üçlüyün əsas hədəfi seçki nəticələrinin yenidən nəzərdən keçirilməsi yolu ilə “Çiçəklənən Ermənistan” partiyasını parlamentə daşımaqdır. Artıq onlar planlarını reallaşdırmaq üçün Konstitusiya Məhkəməsinə də müraciət ediblər”. 

Politoloq məhkəmənin seçkilərin nəticələrinə ciddi dəyişiklik edəcəyinə inanmadığını bildirib:

“Üç partiyanın blok şəklində məhkəməyə müraciət etməsi onu göstərir ki, Rusiya bu qüvvələrin siyasi arenadan silinməsinə imkan verməyəcək. Məhz buna görə, S.Karapetyanın rəhbərliyi altında üç partiya koalisiya yaratmağa nail olacaq. Onlar sadə səs çoxluğu əsasında, parlamentdə bir sıra sadə qərarların qəbul edilməsinə mane ola bilərlər. Lakin Konstitusiyaya dəyişiklik edilməsi, yeni konstitusiyanın qəbulu və dövlət başçısının impiçmenti kimi taleyüklü məsələlərdə konstitusion çoxluq, yəni deputatların ümumi sayının 2/3-sinin səsi tələb olunur. Əgər müxalifət 2/3 çoxluğun yaranmasına mane olacaq qədər mandatlara malikdirsə, onlar referenduma dair qərarın qəbulunu əngəlləyə bilərlər”. 

S.İsgəndərov qeyd edib ki, regional maraqlarını qorumağa çalışan Rusiya, revanşistlərin konstitusiya dəyişikliklərini dəstəkləməsinə qətiyyən imkan verməyəcək:

“Hətta Köçəryanın və Samvelin parlamentə düşən partiyaları, müəyyən vədlərlə hakim partiyanın deputatlarını öz tərəflərinə çəkməyə çalışacaqlar. “Vətəndaş Müqaviləsi” partiyasını təmsil edən 64 deputatın heç də hamısı konstitusiya dəyişikliyinin həyata keçirilməsinə razı deyil. Seçki bülletenləri, Ermənistan xalqının 40 faizlik kəsiminin Azərbaycanla sülh gündəminə və konstitusiya islahatlarına qarşı olduğunu ortaya qoydu. Maraqlısı odur ki, Ermənistanın hakim partiyası nəinki konstitusiya dəyişikliyi, hətta kommunikasiyaların açılması ilə bağlı da hələ ki, bəyanatlardan o yana keçən konkret addım atmır”. 

Politoloqun fikrincə, Kremlin siyasi havası əsasında hərəkət edən müxalif üçlüyün gücü, Paşinyan hökumətini devirməyə yetməyəcək:

“Hadisələrin gedişatı Rusiyanın Paşinyanı devirmək marağında olduğunu göstərmir. Fikrimcə, Paşinyanla Putin arasında pərdəarxası sövdələşmə və gizli siyasi oyunlar gedir. Moskvanın bəyanatlarında ritorikanı sərtləşdirdiyi görünsə də, Paşinyan iqtidarına qarşı hələ də əks-tədbir görülməyib. Çünki Rusiya Ermənistanı öz təsir dairəsindən buraxmağa hazır deyil. Təsadüfi deyil ki, Paşinyan seçkilərdən sonra Putinlə görüşüb, Rusiya-Ermənistan arasında yaranan gərginliyi aradan qaldırmağa çalışacağını açıqlamışdı. "İki stulda oturaraq" hər iki tərəfin maddi, iqtisadi və hərbi imkanlarından yararlanmaq erməni ideoloqlarının ənənəvi siyasətinin əsasını təşkil edir. Onlar məqamı yetişəndə, mənfəət əldə etdikləri ölkələrdən birinə arxadan zərbə vuracaqlar”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://sherg.az
archiveBu xəbər 23 İyun 2026 17:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see320

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see310

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see256

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see256

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see243

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see243

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see240

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see237

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see230

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see228

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see227

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see223

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see217

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see214

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see214

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see205

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see204

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see201

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see199

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri