Icma.az
close
up
RU
Kremlin “Zəngəzur savaşı”: Anlaşma qüvvədən düşür, dəhliz indi Rusiya üçün əlçatmazdır

Kremlin “Zəngəzur savaşı”: Anlaşma qüvvədən düşür, dəhliz indi Rusiya üçün əlçatmazdır

Icma.az, Hurriyyet saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan-Türkiyə İttifaqı ilə yanaşı, Qərb siyasi dairələri və Asiya ölkələri də yaxın gələcəkdə Zəngəzur dəhlizinin açılmasında maraqlıdırlar... Rusiya tezliklə yalnız Zəngəzur dəhlizi ilə bağlı planlarının iflası ilə deyil, həm də Cənubi Qafqazdan kənarda qalması ilə də barışmalı olacaq...

"Hurriyyet.Az" "Yeni Müsavat"a istinadən xəbər verir ki. Cənubi Qafqaz uğrunda mübarizə artıq amansız xarakter daşıyır. Üstəlik, Zəngəzur dəhlizinin açılması ilə bağlı proses bu mübarizədə yenidən kəskin ziddiyyətlərə yol açmağa başlayıb. Hətta son vaxtlar bu dəhlizə münasibətdə maraqlı dövlətlər öz mövqelərinə yenidən baxmağa üstünlük verirlər. Xüsusilə də, Rusiyanın Cənubi Qafqazda yenidən fəallaşmağa cəhd göstərməsi mövcud situasiyanı da qəlizləşdirir. Və bu baxımdan, Kremlin təhdidkar davranışlarının Zəngəzur dəhlizinin açılması ilə bağlı prosesə də təsir göstərə biləcəyi qətiyyən istisna deyil.

Onu da qeyd etmək lazmdır ki, Zəngəzur dəhlizinin ideya müəllifi məhz Azərbaycan dövlətidir. Rəsmi Bakı bu dəhlizin açılmasının vacibliyini və qaçılmazlığını həm Ermənistana, həm də beynəlxalq siyasi-iqtisadi iradə mərkəzlərinə qəbul etdirib. Rəsmi İrəvan əslində, bu dəhlizin açılmazına qarşı çıxmır. Ancaq Paşinyan hakimiyyəti bu dəhlizin Ermənistanın nəzarətində fəaliyyət göstərən və Azərbaycanın materik hissəsi ilə Naxçıvanı birləşdirən marşrut statusunda olmasında israr edir. Və məhz bu məsələdə Azərbaycanla Ermənistan arasında kəskin ziddiyyətlər mövcuddur.

Məsələ ondadır ki, rəsmi Bakı Zəngəzur dəhlizinin Azərbaycandan-Azərbaycana prinsipi üzrə Ermənistanın nəzarətindən kənar fəaliyyətində maraqlıdır. Bu məsələdə Azərbaycanın maraqları yalnız Ermənistan deyil, Rusiya və İranla da toqquşur. Belə ki, İran Zəngəzur dəhlizinin ümumiyyətlə, reallaşmasını istəmir, bu strateji layihəyə kəskin şəkildə müqavimət göstərir. Və rəsmi Tehran Zəngəzur dəhlizinə alternativ olaraq, İrandan Naxçıvana marşrutun açılmasını təklif edir.

Maraqlıdır ki, son vaxtlara qədər Rusiya Zəngəzur dəhlinin açılmasının əsas tərəfdarları sırasında yer alırdı. Hətta Kreml rəsmi İrəvanı Zəngəzur dəhlzi ilə bağlı anlaşmaya riayət etməməkdə suçlayırdı. Rusiya rəsmi İrəvana məyyən təzyiqlərlə bu dəhlizin mümkün qədər tez açılmasına çalışırdı. Kremlin bu davranışlarının arxasında birmənalı şəkildə Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış üçtərəfli anlaşma dayanırdı. Və Rusiya Zəngəzur dəhlizi ilə bağlı bütün iddialarında məhz həmin sənədə istinad edirdi.

Ancaq üçtərəfli anlaşma əslində, de-fakto hüquqi qüvvəsini itirib. Belə ki, Rusiya sülhməramlı qüvvələri ilə bağlı müddəa həmin sənədin əsas imzalanma səbəbləri sırasında yer alırdı. Rusiya sülhməramlı qüvvələri artıq Azərbaycan ərazisindən çıxarılıb. Üstəlik, tərəflərdən – Azərbaycan və Ermənistandan hər hansı biri müqavilənin imzalanmasından sonrakı beş ilin sona çatmasına altı ay qalmış Rusiya sülhməramlı qüvvələrinin səlahiyyət müddətinin artırılması üçün müraciət etməzsə, həm həmin maddə, həm də ümumiyyətlə, üçtərəfli anlaşma de-yure qüvvədən düşmüş olacaq. Və Kremlə olmayan rus sülhməramlılar üçün belə bir müraciətin göndərilməyəcəyi isə qətiyyən şübhə doğurmur.

Yəni, üçtərəfli anlaşma sadəcə, öz önəmini itirərək, kağız parçasına çevrilmək üzrədir. Kremli narahat edən əsas məsələ də məhz budur. Çünki üçtərəfli anlaşmanın 9-cu bəndinə əsasən, Zəngəzur dəhlizinə Rusiya sərhəd qoşunlarının nəzarət etməsi nəzərdə tutulub. Ona görə də, Kreml bu dəhlizin mümkün qədər tez bir zamanda açılması üçün rəsmi İrəvana təzyiq göstərməyə çalışırdı. Və Ukraynada “savaş bataqlığı”na düşmüş Rusiyanın həmin təzyiqləri Kremli məmnun edə biləcək geopolitik effektdən uzaq qalmışdı.

İndisə, Paşinyan hakimiyyətinin Rusiya üçün önəm daşıyan bəndlərini yerinə yetirməkdən imtina etdiyi üçtərəfli anlaşma ümumiyyətlə, öz əhəmiyyətini itirmək ərəfəsindədir. Ona görə də, Kreml artıq tez-tələsik Zəngəzur dəhlizinə yönəlik mövqeyini dəyişməyə başlayıb. Çünki bu dəhlizə Rusiyanın nəzarət edə bilməyəcəyi qətiyyən şübhə doğurmur. Halbuki, buna nail olsaydı, Rusiya Cənubi Qafqazda möhkəmlənmək üçün olduqca ciddi geostrateji mexanizm qazana biləcəkdi.

Kremldə artıq onu da anlayırlar ki, Rusiyanın Zəngəzur dəhlizinə nəzarət etməsi yalnız Azərbaycan və Ermənistanın deyil, həm də Qərb siyasi dairələrinin də maraqlarına qətiyyən cavab vermir. Ona görə də, indi Kreml Zəngəzur dəhlizi layihəsini bloklamaq niyyətinə düşüb. Üstəlik, Rusiya bu məsələdə məhz İranla ortaq mövqedən çıxış edir. Belə ki, Rusiya siyasi dairələri israrla “Zəngəzur dəhlizi aktuallığını itirib” iddiasını təbliğ edirlər. Bu absurd yanaşmanı Zəngəzur dəhlizinin açılmasında maraqlı olanlara qəbul etdirməyə çalışırlar. Və üstəlik, bunu ilk növbədə məhz İranın Azərbaycana öz ərazisindən Naxçıvana martşrut təklif etməsilə arqumentləşdirməyə cəhd göstərir.

Halbuki, Kremlin Zəngəzur dəhlizi əleyhinə mövqeyi tamamilə əsassızdır. Birincisi, bu dəhliz Rusiya ərazisi ilə kəsişmir və onun müəlliflik hüququ Kremlə aid deyil. Yəni, Rusiyanın bu məsələyə qarışması üçün heç bir hüquqi və siyasi faktorlar yoxdur. Hər halda, indi Zəngəzur dəhlizinin açılıb-açılmayacağı barədə məhz Azərbaycan və Ermənistan qərar verməlidir. Bəzi məlumatlara görə, rəsmi Bakı və Paşinyan hakimiyyəti bu məsələni yekun sülh sazişinin mətnindən çıxararaq, ayrıca müzakirə mövzuna çeviriblər. Və böyük ehtimalla yekun sülh sazişi imzalandıqdan dərhal sonra tərəflər bu mövzuya qayıdacaqlar.

Digər tərəfdən, Azərbaycan-Türkiyə İttifaqı ilə yanaşı, Qərb siyasi dairələri və Asiya ölkələri də yaxın gələcəkdə Zəngəzur dəhlizinin açılmasında maraqlıdırlar. Çünki bu dəhliz həm Türk dünyasını, həm də Avropa və Asiyanı birləşdirəcək Orta Dəhlizin əsas strateji tərkib hissəsidir. Yəni, Rusiyanın nəzarət etməyəcəyi üçün Kremlin Zəngəzur dəhlizini bloklamağa çalışması bu layihənin reallaşmasının qarşısını ala bilməz. Və bu baxımdan, yaxın gələcəkdə Rusiya yalnız Zəngəzur dəhlizi ilə bağlı planlarının iflasa uğraması ilə deyil, həm də ümumiyyətlə, Cənubi Qafqazdan kənarda qalması ilə də barışmalı olacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 27 May 2025 05:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see655

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see555

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see314

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see310

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see281

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see279

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see268

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see268

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see267

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see243

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see238

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see237

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see235

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see234

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see233

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see230

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see230

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see228

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see224

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri