Icma.az
close
up
RU
“Ev”lənmək üçün son ümid: Niyə bu qədər əlçatmazdır?

“Ev”lənmək üçün son ümid: Niyə bu qədər əlçatmazdır?

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Azərbaycan İpoteka və Kredit Zəmanət Fondu tərəfindən (İKZF) 2025-ci il ərzində ipoteka kreditləşməsi prosesinin davam etdirilməsi məqsədilə müvəkkil banklara ipoteka kreditlərinin, o cümlədən güzəştli ipoteka kreditlərinin verilməsi üçün limitlər ayrılıb. 

Fonddan verilən məlumata görə, adi ipoteka kreditləri üzrə müraciətlərin qəbulu 6 fevral saat 10:00-dan, güzəştli ipoteka kreditləri üzrə müraciətlər isə 7 fevral 10:00-dan etibarən qəbul ediləcək. Müraciətlərin qəbulu “Elektron ipoteka və kredit zəmanət "sistemi (www.e-gov.az) üzərindən SİMA Token (Elektron İmza) və ya Asan İmza vasitəsilə həyata keçiriləcək. 

Azərbaycanda ipoteka kreditləri niyə əlçatan deyil? Şərtlər niyə belə ağırdır? 

Mövzu ilə bağlı “Cümhuriyət”-ə açıqlamasında Respublikaçı Alternativ Partiyasının (REAL) sədri, iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, ipoteka kreditlərinin əlçatanlığında ciddi problemlər var:

“İpoteka kreditlərinin ən sərfəlisi sosial ipotekadır. Bu da çox az adama düşür. 

Çünki həcmi çox azdır. Bunu almaq istəyənlərin sayı çox, növbələr uzundur. 

Digər ipoteka kredit növlərinin əsasən də kommersiya ipotekasının doğrudan da faizi və ilkin ödənişi kifayət qədər yüksəkdir. Vətəndaşların bir çoxunun nə əmək haqqı, nə gəlirləri, o faizləri qarşılamağa, o ilkin ödənişi həyata keçirməyə imkan verir”. 

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli isə qeyd edib ki, ipoteka kreditlərinin verilməsi üçün yerli şərtlər olmalıdır. Onun sözlərinə görə, ipoteka kreditlərinin faiz dərəcələrinin aşağı salınması üçün ilk növbədə ölkədə dayanıqlı maliyyə durumu və iqtisadiyyat olmalıdır: 

“Bu istiqamətdə yerli şərtlər və hökumətin məqsədləri aydın görünməlidir. 

Yəni bunun üçün ölkədə sabit maliyyə şəraiti olmalıdır. Bunu da şərtləndirən əsas məsələ ölkədəki inflyasiyadır. 

Düzdür, 2004-cü ildə hökumət 2.2 faiz inflyasiyaya getdiyini elan edib. Amma bu gün bunun çox aşağı rəqəm olduğunu bilmək üçün heç ekspert iqtisadçı da olmağa ehtiyac yoxdur. Əhali özü alış- verişlərində, gündəlik həyatında görür ki, qiymətlər nə qədər qalxıb. Yəni bu qiymət artımı 2,2 faizlə ehtiva edilə bilməz. Azərbaycanda real inflyasiya elan olunan rəqəmdən bir neçə dəfə çoxdur. Azərbaycanda ən azı ikirəqəmli olmasa da, ikirəqəmli həddə yaxın inflyasiya var. 

Belə bir şəraitdə ipotekanın faiz dərəcəsi necə 2-5 faiz ola bilər? Həm hökumətin verdiyi sosial ipotekalar, həm şirkətlərin verdiyi ümumi ipotekalar əsasən həmin o inflyasiyaya uyğun dərəcələşdirilir, şirkətin və bankın mənfəəti üstünə qoyulmaqla hesablanır. Yəni ipotekanın qiymətlərinin aşağı salınmasına təsir edən məsələ ölkədəki inflyasiyadır. Yəni Azərbaycanda inflyasiya yüksək olduğuna görə kredit şərtləri bir qədər ağırlaşır. Buna görə  də ipoteka bahalaşır”. 

Akif Nəsirli qeyd edib ki, Azərbaycan hökuməti istəsə bu alətlərlə ipotekanın əhalinin daha çox seqmentinə əlçatanlığını təmin edə bilər: 

“Digər tərəfdən, ipoteka daşınmaz əmlak bazarına bağlı bir sahədir. 

Azərbaycanda daşınmaz əmlak bazarında da qiymətlər kifayət qədər sürətlə bahalaşır. Bu da ipoteka kreditlərinə birbaşa təsir göstərir. Daşınmaz əmlak bazarının tənzimlənməsi və burada iştirakın genişlənməsi, inflyasiyanın aşağı salınması hökumətin sosial təminat dairəsinin genişlənməsi ipoteka kreditlərini normal məcrada olmasına şərait yarada bilər. 

Sosial ipoteka imkanlarının genişləndirilməsi ipoteka bazarında qiymətlərin aşağı düşməsinə zəmin yaradır. Yəni o bazardan tələbin bir hissəsini sosial ipoteka təmin edər. Beləliklə, tələblə təklif uyğunlaşır və qiymətlər normal məcraya düşür. Yəni Azərbaycan hökuməti istəsə, bu alətlərlə ipotekanın əhalinin daha çox seqmentinə əlçatan olmasını təmin edə bilər”. 

Əfsanə Rəcəb
"Cebheinfo.az"

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:178
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 23 Fevral 2025 12:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see417

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see360

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see322

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see277

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see264

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see260

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see244

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see238

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see235

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see225

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see218

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see217

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see215

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see213

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see211

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see200

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see198

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see193

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see192

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri