Krım körpüsü bağlandı Ukrayna PUAları hücum edib AzPolitika onlayn siyasiictimai qəzet
Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.
Ötən gecə Ukrayna Hərbi Dəniz Qüvvələri pilotsuz katerlər və PUA-larla Kerç boğazında əməliyyat keçirib. Hədəf Krım körpüsü olub.
“AzPolitika” xəbər verir ki, Rusiya və Ukrayna “telqram” kanaları körpünün üzərində hərəkətin dayandırıldığını bildirir. Hücum səbəbindən ruslar Krım körpüsünü bağlayıblar. Nəticədə Kerç istiqamətində böyük tıxac yaranıb.
Məlumatda deyilir ki, Rusiya hərbçiləri pilotsuz qayıqları dənizdən, sahildən və havadan atəş açmaqla məhv etməyə çalışır.
Bundan əlavə, Kerçdəki Zaliv gəmiqayırma zavodunun ərazisində partlayışlar olduğu bildirir.
Yerli kanallar xəbər verirlər ki, səhər saat 5-dən etibarən partlayış səsləri eşidilir və PUA hücumları davam edir.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 06 Dekabr 2024 10:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















