Icma.az
close
up
RU
Menu

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

Alətsiz effektiv hərəkətlər və ya evdə fitnes mümkündürmü?

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

Beyaz bu tarixdə ekranlara dönür Video

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

Netanyahu bazar ertəsi Trampla görüşəcək

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

Öskürəyə nə yaxşı təsir edir?

Kriminal Rusiya Yekaterinburq qətliamının məsuliyyəti Putinin üzərinə düşür ŞƏRH

Kriminal Rusiya Yekaterinburq qətliamının məsuliyyəti Putinin üzərinə düşür ŞƏRH

Icma.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı həyata keçirilmiş amansız qətliam ölkəmizdə, regionda, bütövlükdə postsovet məkanında ciddi rezonans doğurub. Hüquq-mühafizə orqanlarının xüsusi vəhşiliklə həyata keçirdiyi amansız quldur hücumunun yalnız bir adı var - dövləti kriminal qətliam. Bu vandalizmin məsuliyyəti də birbaşa Rusiya prezidenti Vladimir Putinin üzərinə düşür. Kifayət qədər ciddi ittiham olsa da, bunu əsaslandırmaq üçün ortada kifayət qədər əsas və faktlar var. Ölkədə qanunsuzluq, başıpozuqluq o həddə çatıb ki, məhkəmə qərarı olmadan, müvafiq araşdırma aparmadan insanlar qətlə yetirilir, amansız işgəncələrə məruz qalır. Bunun da məsuliyyəti birbaşa özünü hər bir vətəndaşın hüquqlarını qoruyacağına and içən şəxsin üzərinə düşür.

Digər bir məsələ - hadisənin üstündən iki günə yaxın bir vaxt keçsə də, nə Putinin, nə də aşağı ranqlı bir məmurun, rəsminin üzrxahlığı var. Yalnız Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarovanın söz yığnağı və boşboğaqla dolu bəyanatından başqa ortada heç nə yoxdur. Əslində isə necə olmalıdır? Normal, sivil dövlətlərdə belə bir olay törədilən kimi dərhal dövlət başçısı səviyyəsində müvafiq açıqlamalar və üzrxahlıq edilir. Rəsmi Bakının Kremlə təqdim olunan notası olsa da, qarşı tərəf həyasızcasına bunu qulaqardına vurur.

Artıq Azərbaycan Rusiya baş nazirinin müavini Aleksey Overçukun səfərini də ləğv edib. Bildirilib ki, yaranmış vəziyyətdə Overçukun və ya digər rəsmi şəxsin Azərbaycana səfərinə lüzum yoxdur. Sərt qərarlar bununla kifayətlənməyib. Məsələn, Azərbaycan Mədəniyyət Nazirliyi Rusiya ilə dövlət və özəl müəssisələrin xətti ilə ölkəmizdə keçirilməsi nəzərdə tutulan mədəniyyət tədbirləri, o cümlədən konsertlər, festivallar, tamaşalar, sərgilər və s. ləğv edib. Və üzrxahlıq və notaya cavabın olmaması bu sərt addımları daha da genişləndirəcək. Kreml anlamalıdır ki, Azərbaycan hökuməti harada olmalarından asılı olmayaraq hər bir vətəndaşının hüququqlarını qorumaqda davam edəcək.

Utancverici hal həm də odur ki, Kreml bu qətliamı törətməklə öz nüfuzunu, imzaladığı sənədləri şübhə altına qoyur. Axı onun özü cəmi üç il əvvəl, 2022-ci ilin 22 fevralında Moskvada müttəfiqlik müqaviləsinə imza atıb. Halbuki, prezidentlərin imzaladığ həmin müqavilənin 40-cı bəndində bildirilib ki, tərəflər, milli qanunvericiliklərinə uyğun olaraq iki ölkənin xalqlarının mənəvi və mədəni yaxınlığının saxlanmasına hərtərəfli yardım etməlidir. Eyni zamanda öz ərazilərində yaşayan milli azlıqların tarixi, mədəni və dini irsinin, eləcə də etnik, dil və mədəni özünəməxsusluqlarının qorunması, saxlanması və inkişafını təmin etmək, onların nümayəndələrinin ictimai-siyasi, mədəni və sosial-iqtisadi həyatda fəal iştirakına şərait yaratmalıdırlar. Rusiya isə son addımları bunları kobud şəkildə pozur.

Şübhə yoxdur ki, kremlpərəst media, siyasilər Azərbaycanda artan narazılıqlar fonunda iddia etməyə başlayacaqlar ki, ay nə bilim baş verən vəhşilikdən prezidentin xəbəri olmayıb, ya da qətliam kimlərinsə özfəaliyyətidir. Bəlkə də, buna inanmaq olardı - əgər bundan əvvəlki hadisələr olmasaydı. Söhbət AZAL-a məxsus təyyarənin Qroznı səmasında vurulması və onlarla azərbaycanının həlak olmasından gedir. Prezident Vlladimir Putin tərəfi ötən ilin dekabrın sonunda baş verən hadisənin üstündən xeyli keçsə də, hələ də nə bir üzrxahlıq səsləndirib, nə də hadisəni törədənlərin cəzalandırılması barədə tapşırıq verib. Təəssüflər olsun ki, Moskvanın bu məsələdə tam fəaliyyət göstərməməsi, araşdırma və izahatların aparılmaması təkcə Azərbaycana deyil, beynəlxalq hüquq sisteminə də çağırış olsa da, dünya birliyi susmağa üstünlük verir. Azərbaycan dəfələrlə bəyan edib ki, təqsirkarların məsuliyyətə cəlb edilməsi, təzminatların ödənilməsi və ədalətli hüquqi qiymət verilməsi üçün səylərini davam etdirəcək.

Həmin hadisələrdən sonra Azərbaycan mediası hadisəni tədənlərin cəzalandırılmasını, ölənlərin ailələrinə və Azərbaycana kompensasiya verilməsini tələb edən məqalələrlə çıxış etdi. Qarşı tərəfin isə cavabı yenə aqressiv oldu və Azərbaycan KİV-ləri kütəvi haker hücumuna məruz qaldı. Ölkənin ən nüfuzlu media strukturları, xüsusən də Report İnformasiya Agentliyi və digərləri dəfələrə haker hücumunu yaşadı. Bu əmr və göstəriş də şübhə yoxdur ki, ölkənin ali rəhbərliyinin göstərişi olmadan həyata keçirilə bilməzdi.

Moskvanın daha bir qeyri-dost addımı azərbaycanlı deputat Azər Badamova qarşı oldu. Onun Rusiya ərazisinə daxil olmasına maneə yaradıldı. Bu, siyasi və parlamentlərarası əlaqələrə xələl gətirməyə yönəlmiş nümayişkaranə düşmənçilikdən, habelə digər dövlətlərin rəsmilərinə hörməti nəzərdə tutan beynəlxalq normaların pozulmasından başqa bir şey deyildi. Bu və yuxarıda qeyd olunanlar Azərbaycana qarşı sistemli təzyiq və qeyri-dost siyasətin ümumi mənzərəsinə uyğundur.

Qeyd olunan faktlar da onu deməyə əsas verir ki, Yekaterinburq qətliamı təsadüfi deyil - baş verənləri çirkin siyasətin məntiqi davamıdır.

Görünən odur ki, Ukraynada müharibənin, hərbi əməliyyatların uzanması Rusiyanı həm maddi, həm də canlı qüvvə sarıdan ciddi itkilərlə üz-üzə qoyub. Getdikcə daha çox Rusiya vətəndaşı müharibədə iştirak etməkdən boyun qaçırır, fərarilik baş alıb gedir. Kremlin təbliğat maşının cəhdləri də nəticəsiz olur. Bu səbəbdən dı üzünü miqrantlara tutur. Bu yaxınlarda Mərkəzi Asiyadan olan miqrantlara, xüsusən də özbərlərə qarşı törədilən vəhşilik bunun bariz nümuməsidir. Müharibə aparmaq üçün insan resursu çatışmazlığı yaşayan Kremlin son illərdə miqrantlara yönələn siyasəti məhz bu boşluğu doldurmağa hesablanıb. Əfqan, tacik, özbək, azərbaycanlı və çeçenəsilli gənclər müxtəlif şantaj, təhdid və saxta cinayət ittihamları ilə müharibəyə cəlb olunurlar. Onlara qarşı narkotiklərlə şər atmaq, ailə üzvlərini təhdid etmək kimi metodlar tətbiq olunur. Razılaşmaqdan imtina edənlərə qarşı isə zorakılıq və təzyiqlər göstərilir.

Təhlükə və narahat doğuran hal odur ki, Rusiya cəmiyyəti sürətlə ksenofobiya, şovinizm və aqressiv millətçilik mühitinə qərq olur - hədəf isə müsəlman xalqların nümayəndələri, miqrantlar və digərləridir. Həm də Rusiya daxilində etnik azlıqlara qarşı repressiyalar ayrı-ayrı hallarla məhdudlaşmır, bu, sistemli və ideoloji əsaslara söykənən dövlət siyasətinin nəticəsidir. Rusiya rəhbərliyi getdikcə daha aqressiv şəkildə imperialist və millətçi mahiyyətini ortaya qoyur. İyirmi birinci əsrdə beynəlxalq ictimaiyyət bu siyasətə ad da qoyub - "raşizm", yəni rus faşizmi. Bu ideologiyanın əsas sütunlarından biri isə türklərə, xüsusilə də azərbaycanlılara qarşı sistemli düşmənçilikdir.

Azərbaycan üçün bunlar tanış ssenaridir - 20 Yanvar və Xocalını yada salaq. Hazırda da Putin Rusiyası Ukraynada, Qafqazda üzləşdiyi uğursuzluqlardan başını itirmiş vəziyyətdədir və çıxış yolunu da Yekaterinburqda azərbaycanlılalara qarşı qətliam törətməkdə görür. Məqsədli və niyyətli şəkildə azərbaycanılara qarşı zoraılıq törədir.

Son olaraq nəyi demək olar. İlk növbədə Yekaterinburqda baş verən hadisələr insanlığa qarşı cinayət kimi qiymətləndirilməli, bu cinayətlərə göstəriş verənlər beynəlxalq hüquq qarşısında məsuliyyətə cəlb olunmalıdır. Əgər Rusiya dövləti bu basqınları rəsmi siyasət olaraq qəbul etmirsə, dərhal üzr istəməli və günahkarları cəzalandırmalıdır.\REPORT

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://baku.ws
archiveBu xəbər 29 İyun 2025 14:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see226

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see193

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see165

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see160

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

26 Dekabr 2025 16:15see152

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see150

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see149

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see149

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

26 Dekabr 2025 18:02see149

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see144

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

26 Dekabr 2025 16:16see144

Alətsiz effektiv hərəkətlər və ya evdə fitnes mümkündürmü?

26 Dekabr 2025 16:14see140

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see139

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see135

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see134

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see134

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see134

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see133

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see133

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri