Icma.az
close
up
RU
Bütün hallarda məsuliyyət İran dövlətinin üzərinə düşür ŞƏRH

Bütün hallarda məsuliyyət İran dövlətinin üzərinə düşür ŞƏRH

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

Tofiq Abbasov: “Naxçıvan istiqamətində baş verən hadisə Azərbaycan üçün qəbuledilməzdir”

İran höküməti, son dövrlər yol verdiyi strateji səhvlərlə, qonşu ölkələrin rəğbətini itirməyə başlayıb. Tehran əvvəlcə Yaxın Şərqin müxtəlif nöqtələrinə endirdiyi zərbələrlə regional etimadı sarsıtdı. Daha sonra Türkiyə ilə Azərbaycana qarşı həyata keçirilən, hücumlar beynəlxalq gündəmin silkələnməsinə səbəb oldu. İran ordusu, Naxçıvanı 3 istiqamətdə dron hücumuna məruz qoymaqla, Azərbaycanın sərt və prinsipial mövqeyi ilə qarşılaşdı. Hadisədən sonra prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib. Dövlət başçısı baş vermiş terror aktını qətiyyətlə pisləyərək, İrandan rəsmi üzr və izahat tələb etdi. Hətta İranın ölkəmizdəki səfiri Xarici İşlər Nazirliyinə çağırılaraq, etiraz notası təqdim olundu. Rəsmi Tehran isə bir müddət sükunətini qoruduqdan, sonra hadisənin araşdırılacağını açıqladı. Digər tərəfdən, “terror aktı” regional diplomatik müzakirələri də aktivləşdirdi. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan azərbaycanlı həmkarı Ceyhun Bayramovla telefon danışığı aparıb. Elə bir mərhələyə gəlib çıxmışıq ki, vaxtilə düşmən kimi gördüyümüz ölkə, müttəfiqinin hücumları ilə bağlı narahatlığını dilə gətirir. Bununla yanaşı, İranın yanında və ya qarşısında dayanan bir sıra ölkələr də Tehranın hərbi addımlarını tənqid edərək, Azərbaycana siyasi dəstək nümayiş etdirdilər.

Mövzu ilə bağlı politoloq Tofiq Abbasov Sherg.az-a bildirib ki, İranda hazırda kifayət qədər mürəkkəb və ziddiyyətli proseslər müşahidə olunur:

“Ölkə həm daxili siyasi gərginlik, həm də xarici təzyiqlər fonunda, ciddi sınaqlarla üz-üzədir. Müxtəlif istiqamətlərdən edilən hava zərbələri İran daxilində sarsıntılar yaratsa da, özünü müdafiə instinkti hələ də qalmaqdadır. Bununla yanaşı, İranda fəaliyyət göstərən qüvvələr bir-biri ilə rəqabət aparırlar. Naxçıvan istiqamətində atılan dronlar da müəyyən təxribatçı qrupların özbaşına addımı ola bilər. Lakin bütün hallarda məsuliyyət İran dövlətinin üzərinə düşür. Çünki ölkə ərazisindən həyata keçirilən hərbi fəaliyyətə görə məsuliyyəti məhz rəsmi Tehran daşıyır. Hazırda İranda pərakəndəlik və idarəetmə problemləri var. Hakimiyyətin əsas institutlarının zəifləməsi, koordinasiyanın pozulmasına gətirib çıxarıb. Buna baxmayaraq, İran rəhbərliyi öz ərazisində baş verən prosesləri tam nəzarətdə saxlamalı, xüsusilə də silahlı qüvvələrin fəaliyyətinə ciddi nəzarət etməlidir. Naxçıvan istiqamətində baş verən hadisə Azərbaycan üçün qəbuledilməzdir”. 

Politoloqun sözlərinə görə, Azərbaycan öz suveren hüquqlarının qorunması məsələsində qətiyyətli mövqeyindən geri çəkilməyəcək:

“Azərbaycan Prezidenti də bu məsələyə görə, haqlı olaraq sərt və prinsipial mövqe ortaya qoydu. Ölkəmiz hər zaman İranla münasibətlərdə qarşılıqlı hörmət və əməkdaşlıq xəttinə üstünlük verib. Təəssüf ki, İran tərəfindən bu münasibətə adekvat qarşılıq görməmişik. Xatırlayırsınızsa, vaxtilə Rusiyanın AZAL-a məxsus təyyarəni vurması ilə bağlı hadisə zamanı da Azərbaycan tərəfi qətiyyətli mövqe nümayiş etdirərək, öz tələblərini qarşı tərəfə çatdırmışdı. Eyni prinsip bu məsələdə də keçərlidir. Rəsmi Tehran, Azərbaycan Prezidentinin irəli sürdüyü tələbləri nəzərə almalıdır. Digər tərəfdən, müharibə şəraitində, İran üçün onunla normal münasibətlər saxlayan ölkələrin Tehrana qarşı birləşməsi məqsədəuyğun deyil. Bu baxımdan rəsmi Tehran, qonşuluq siyasətində daha məsuliyyətli addımlar atmalıdır. Azərbaycan, öz ərazisinin İrana qarşı hərbi məqsədlərlə istifadə edilməsinə heç vaxt imkan verməyib. İran rəhbərliyi bu reallığı da nəzərə almalıdır. Hesab edirəm ki, ölkədə, vəziyyət nisbətən sabitləşdikdən sonra rəsmi Tehran bu məsələyə ciddi şəkildə qayıdacaq”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://sherg.az
archiveBu xəbər 06 Mart 2026 15:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri