Icma.az
close
up
RU
“Kriminal yolun sonu məhv olmaqdır, ya həbsxana, ya da ölüm” EKSPERTLƏRDƏN XƏBƏRDARLIQ VİDEO

“Kriminal yolun sonu məhv olmaqdır, ya həbsxana, ya da ölüm” EKSPERTLƏRDƏN XƏBƏRDARLIQ VİDEO

Icma.az bildirir, Avtosfer portalına istinadən.

Son illərdə gənc və yeniyetmələr arasında şiddətə meyillilik, küçə davalarına qoşulma və kriminal aləmə maraq artmaqdadır.
Avtosfer.az xəbər verir ki, xüsusilə sosial şəbəkələr - "TikTok" başda olmaqla, bu meyilləri daha da gücləndirir. Bu platformalarda nümayiş etdirilən "avtoritet" obrazları, gənclərin gözündə hörmət və güc simvoluna çevrilir. Əslində isə bu həyat tərzi təhlükəli və dağıdıcı nəticələrə yol aça bilər.


Məsələ ilə bağlı narkomaniya ilə mübarizə üzrə ekspert Emil Maqalov saytımıza açıqlamasında bildirib ki, o, həm orta məktəblərdə, həm də universitetlərdə gənclərin kriminal aləmin üzvlərinə tərəfdaşlıqları əleyhinə dəfələrlə təlimlər keçib:
"Bəzən davranışlarına görə ipə-sapa yatmayan, tərbiyə problemi olan uşaqlar da tədbirlərimizə dəvət olunur. Adətən, bu cür uşaqlar özlərini "avtoritet" kimi görmək istəyirlər. Mən də onlara deyirəm: “Yaxşı, avtoritet olmaq istəyirsiniz, bu yaxşıdır. Amma siz savadsız bir avtoritet tanıyırsınızmı?!” Cavab verirlər ki, "yox, tanımırıq". Mən də bildirirəm ki, o zaman oxuyun, savadlı olun. Savadlı insan olmaq sizi həm güclü, həm də hörmətli edəcək. Əlbəttə, bu uşaqların içində yaxşıları da var. İnşallah ki, onlar düzgün yolda olacaqlar. Amma unudulmamalıdır ki, uşaq yaşda olan biri hələ bilmir ki, kriminal yolun sonu ya məhv olmaqdır, ya həbsxana, ya da ölüm".


Ekspert qeyd edib ki, bu uşaqlar tərbiyəni küçədən və xüsusilə sosial şəbəkələrdən, əsasən “TikTok”dan alırlar. 
"Bu platformalarda təqdim olunan “həyat tərzləri” onlara cazibədar görünür. Amma bu, gerçək həyat deyil. Onlar elə bilirlər ki, o videolardakı kriminal həyat doğrudan da xoşbəxtlik gətirir. Halbuki bu videolarda görünənlərin çoxu ya uydurmadır, ya da həyatını artıq məhv etmiş insanlardır. Bu insanların arasında yaxşıları da ola bilər, amma əksəriyyəti ya cinayətə meyilli, ya da peşmançılıq içində olan insanlardır. Ona görə də bu gün normal və sağlam bir həyat yaşamaq üçün valideynlərə və müəllimlərə qulaq asmaq vacibdir. Sadəcə onların tövsiyələrini dinləyib, təhsilə yönəlsəniz və öz üzərinizdə çalışsanız, gələcəyiniz daha parlaq və sabit olar. Hər şey sizin seçimlərinizdən asılıdır".


Psixoloq Aydan Məmmədovanın fikrincə, yeniyetməlik və uşaqlıq dövrü insanların ətrafdan topladığı məlumatlarla düşüncə tərzi formalaşdırdığı ərəfədir:
"Uşaqlıq dövrü, fərdin özünü dərk etməyə başladığı və şəxsiyyətin formalaşdığı bir mərhələdir. Bu səbəbdən uşaqlar bu dövrdə həm öz daxilində, həm də ətraf mühitdə, xüsusilə də ailə daxilində müxtəlif təzyiqlərə məruz qala bilərlər. Bu təzyiqlər həm müsbət, həm də mənfi ola bilər. Onların bu təsirləri necə idarə edə bilməsi isə çox vaxt öz seçimlərindən asılı olmur".
Psixoloq qeyd edib ki, əgər uşaq ailə daxilində, xüsusilə ata və ana arasındakı münasibətlərdə müəyyən çatışmazlıqlar görürsə, o zaman sosial mühitə yönəlir. "Uşaq həm yaşıdlarının ailə tərzinə, həm də onların davranışlarına baxaraq özünə uyğun modellər seçməyə çalışır. Beləliklə, ətrafında gördüyü davranışları təqlid edir. Bu, sanki zəncirvari bir şəkildə yayılır və sosial təsir kimi ötürülür.
Bu baxımdan valideynlərin üzərinə böyük məsuliyyət düşür. Övladlar nəzarətsiz və sevgisiz böyüməməlidir. Onlar sizin övladınızdır və siz onların şəxsiyyət kimi formalaşmasında əsas rolu oynayırsınız. Uşaqları yalnız dünyaya gətirmək kifayət deyil – onları cəmiyyətə təqdim etmək və faydalı bir fərd kimi yetişdirmək, əslində hər bir valideynin əsas missiyası olmalıdır".
Mövzunun bütöv cəmiyyəti əhatə etməsini nəzərə alıb elə vətəndaşların özündən də soruşduq. Fikirlər isə eyni oldu. Sorğuda iştirak edənlər də yeniyetmə və azyaşlıların seçdiyi istiqamətin yanlış olması, onların bu yoldan çəkindirməyin isə vacibliyini bildirdilər.
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 27 May 2025 19:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri