Icma.az
close
up
RU
Dünyada insan alveri qurbanlarının sayı artıb EKSPERTLƏRDƏN ƏHALİYƏ XƏBƏRDARLIQ

Dünyada insan alveri qurbanlarının sayı artıb EKSPERTLƏRDƏN ƏHALİYƏ XƏBƏRDARLIQ

Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Son illərdə insan alveri və müasir köləlik qlobal miqyasda ciddi narahatlıq doğuran problemlərdən birinə çevrilib. Xüsusilə işsizlik, sosial-iqtisadi çətinliklər və daha yaxşı həyat arzusu insanları qeyri-qanuni sxemlərə aldanmağa vadar edir.

Çox zaman iş adıyla aldadılaraq başqa ölkələrə aparılan və ya elə öz ölkələrində daxili bazarda istismar edilən insanlar ağır şərtlər altında işləməyə, fiziki və psixoloji zorakılığa məruz qalmağa məcbur edilir. 

Bəs bu cür halların qurbanı olan insanların taleyi necə olur?

Mövzu ilə bağlı sosioloq Üzeyir Şəfiyev Avtosfer.az-a açıqlamasında bildirib ki, insan alveri və köləlik məsələsi bütün dövrlərdə mövcud olmuş və daim müzakirə olunan bir mövzudur:

“Bu məsələyə qarşı müasir dövrdə beynəlxalq iradə mövcuddur və bununla bağlı beynəlxalq konvensiyalar fəaliyyət göstərir. Bir çox ölkə bu konvensiyalara qoşulub və öz milli qanunvericiliyində köləliklə mübarizə aparan xüsusi cinayət maddələrinə yer verib. Hazırda bu, dünyanın müxtəlif ölkələrində baş verir və Birləşmiş Millətlər Təşkilatının (BMT) da gündəliyində olan məsələlərdən biridir. Məsələn, COVID-19 pandemiyasından əvvəlki dövrlə müqayisədə son dövrlərdə insan alveri hadisələrinin 25% artması ciddi bir problemdir.
Azərbaycan da bu problemə qarşı mübarizəni davam etdirir. Bu sahədə ölkəmizdə müvafiq qanunlar qəbul olunub və cinayət məcəlləsində insan alveri ilə bağlı xüsusi maddələr mövcuddur. Həmçinin Azərbaycan dövlətinin həyata keçirdiyi sosial proqramlar və tədbirlər sayəsində bu məsələnin qarşısını almaq üçün geniş işlər görülür. Məsələn, insan alveri qurbanlarına hüquqi yardım göstərilir. Eyni zamanda sosial proqramlarla onları reabilitasiya etmək və cəmiyyətə inteqrasiya etmək məqsədilə sığınacaqlar, psixoloji və sosial dəstək proqramları həyata keçirilir. Təhsil müəssisələrində və ictimai yerlərdə sosial maarifləndirmə tədbirləri keçirilir, vətəndaşlara bu mövzuda hüquqi məlumatlar təqdim edilir”.
Sosioloq əlavə olaraq qeyd edib ki, bu tədbirlərlə yanaşı, insan alveri qurbanlarına məşğulluq bacarıqlarını artırmaq, onları əmək bazarına hazırlamaq üçün proqramlar da tətbiq edilir:


“Nəticədə bu qurbanlar cəmiyyətə tam inteqrasiya olurlar və yeni həyat qurmağa başlayırlar. Lakin bu problem yalnız bir ölkənin təkbaşına həll edə biləcəyi bir məsələ deyil. İnsan alveri qlobal bir problemdir və ölkələr bu məsələyə qarşı mübarizədə öz milli qanunvericilikləri və tədbirləri ilə birləşməlidirlər. Statistikalar göstərir ki, bu cinayət sektoru gəlir gətirən sahə olduğu üçün xüsusi cinayətkar qruplar bu sahədən faydalanır və buna qarşı mübarizə daha da çətinləşir. Buna görə də ölkələr öz hökumətləri və beynəlxalq təşkilatlarla birləşərək bu problemə qarşı mübarizə aparmalıdırlar”.

"Polisə Dəstək" İctimai Birliyinin rəhbəri Şəmsəddin Əliyev fikrincə, son zamanlar vətəndaşlarımız müxtəlif bəhanələrlə aldadılaraq, guya xaricdə yüksək əməkhaqqı vəd edilən işlərə cəlb olunurlar:

“Təəssüf ki, belə təkliflərə aldanan şəxslər heç bir araşdırma aparmadan, müvafiq dövlət qurumları – İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi, Xarici İşlər Nazirliyi və əgər məsələ təhsillə bağlıdırsa, Elm və Təhsil Nazirliyi ilə məsləhətləşmədən qərar verirlər. Bu isə onların insan alveri qurbanına çevrilməsi riskini artırır.
Son illərin təcrübəsi göstərir ki, edilən təklifləri araşdırmadan razılıq vermək insanların həyatında ciddi fəsadlara səbəb ola bilər. Belə halların reabilitasiyası isə çox çətin olur. Buna görə də xüsusilə təhsil, virtual nikah və ya başqa vədlərlə bağlı təkliflər alarkən mütləq müvafiq dövlət qurumları ilə məsləhətləşmək lazımdır ki, insan alverinin qurbanına çevrilməsinlər.

Son illərdə bu sahədə kifayət qədər maarifləndirici tədbirlər həyata keçirilir. Daha çox QHT-lər bu sahədə layihələr maliyyələşdirir və seminarlar təşkil edirlər. Bu tədbirlər əsasən ali təhsil müəssisələrində və bölgələrdə keçirilir. İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsində bu sahəyə aid bir alyans yaradılıb və aktiv fəaliyyət göstərir”.

Şəmsəddin Əliyev sonda bildirib ki, görülən maarifləndirmə tədbirləri müəyyən qədər öz töhfəsini verir:
“Lakin vətəndaşlar da ehtiyatlı olmalı, hər hansı şübhəli təkliflə rastlaşdıqda müvafiq qurumlara məlumat verməlidirlər. Çünki insan alveri ilə məşğul olanlar kifayət qədər hiyləgərdirlər və öz niyyətlərinə çatmaq üçün müxtəlif vədlər verirlər”.

Eltac Zülfüqaroğlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 26 Fevral 2025 15:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri