Kriptovalyuta bazarının son göstəriciləri “Bitcoin”in qiyməti 117 min dolları keçib
Icma.az bildirir, Apa.az portalına istinadən.
İyul ayının 11-də kriptovalyuta birjalarında "Bitcoin"in qiyməti tarixi maksimumu yeniləyib.
"APA-Economics" xəbər verir ki, dünyanın ən bahalı kriptovalyutası Bakı vaxtı ilə saat 09:40-da “CoinMarketCap” platformasında 6.12% bahalaşaraq 117 804 ABŞ dolları təşkil edib.
Son bir gündə "Ethereum"un qiymətində də artım müşahidə edilib. Sözügedən kriptovalyutanın dəyəri 8.09% artaraq 3004 ABŞ dollarına bərabər olub. İlk beşlikdə olan XRP son sutkada 6.63% bahalaşıb, BNB isə 3.25% bahalaşıb.

Bitcoin in qiyməti 103 min dolları ötüb Kriptovalyuta bazarının son göstəriciləri
09 May 2025 12:05
Bitcoin in qiyməti 77 min dollara enib Kriptovalyuta bazarının son göstəriciləri
07 Aprel 2025 09:39
Kriptovalyuta bazarının son göstəriciləri Bitcoin ucuzlaşıb
09 Aprel 2025 09:58
“Bitcoin”in qiyməti 93,8 min dolları keçib
19 Noyabr 2024 23:49
Bitcoin in qiyməti yenidən 90 min dolları ötüb Kriptobirjanın son göstəriciləri
03 Mart 2025 09:24

