Icma.az
close
up
RU
Kriptovalyuta ilə bağlı sənəd hazırlanır

Kriptovalyuta ilə bağlı sənəd hazırlanır

Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.

Azərbaycanda kriptovalyuta və bütün növ virtual aktivlər üzrə tənzimləmənin təmin edilməsi məqsədilə tədris və məlumatlandırma xarakterli sənəd hazırlanır. “Azərbaycan Fintex Assosiasiyası” (AzFina) İctimai Birliyi İdarə Heyətinin sədri Edqar Abdullayev bildirib ki, kriptovalyuta sahəsində gəlir mənbələrinin şəffaflığı ilə bağlı ciddi suallar mövcuddur ki, bu da maliyyə inklüzivliyi və maliyyə sabitliyi baxımından yeni risklər yaradır. Ona görə də, bu prosesdə tənzimləyici qurumun - Mərkəzi Bankın (MB) və müvafiq xidmətləri göstərən subyektlərə olan etimadı olmalıdır.

E.Abdullayev qeyd edib ki, stabilkoinlər və növbəti mərhələlərlə bağlı artıq ilkin yanaşma formalaşıb. Hazırda stabilkoinlər və digər virtual aktivlər üzrə fundamental tənzimləyici sənədin hazırlanmasına dair ilkin plan mövcuddur. Gələcəkdə bu proses mərhələli şəkildə idarə olunacaq və biznesin ümidi perspektivdə Mərkəzi Bank tərəfindən tənzimlənən stabilkoinin təqdim edilməsinə müsbət verəcəyi yönündədir.

“PortCoin” kriptovalyutasının alışı və satışı həyata keçirilsə də...

Qeyd edək ki, Azərbaycanda sınaq test kimi “Mobile Payment Solutions” MMC şirkəti (Portmanat brendi) “PortCoin” adlı kriptovalyuta yaradılaraq istifadəyə verilib. “PortCoin” kriptovalyutasının “Portmanat” onlayn ödəniş sistemi üzərindən alışı və satışı həyata keçirilir. “PortCoin” rəqəmsal aktivlər və blokçeyn texnologiyalarını istifadə edərək müasir maliyyə sistemlərini inkişaf etdirmək məqsədilə yaradılıb və Mərkəzi Bank tərəfindən verilmiş EPT-005 saylı lisenziya əsasında xidmətlər göstərir. “Xüsusi tənzimləmə rejimi” çərçivəsində sınaqdan keçirilən blokçeyn əsaslı bu, kripto-aktiv platforma istifadəçilərə kriptovalyuta alışı, satışı, idarəsi və xarici kripto pulqabılardakı vəsaitlərin rahatlıqla Azərbaycan manatına (AZN) çevrilməsi xidmətlərini təklif edir. Ancaq bu, Azərbaycanda kriptovalyutanın maliyyə sistemində hələ tətbiqi demək deyil.

Azərbaycanda kriptovalyutalara investorlarda böyük maraq olsa da, ümumi monetar yanaşma konservativdir. Kriptovalyuta sektoru yüksək riskli investisiya aktivləri olduğundan onun maliyyə sektorunda tətbiqi təhlükəli sayılır. Bu sahədə hüquqi infrastrukturun olmaması belə sərt xarici şoklar yarada, daxili valyuta bazarında sabitlik pozula bilər. Eyni zamanda, hazırda ölkəmizdə kriptovalyutaların onlayn alışı və satışı halları mövcud olmasına baxmayaraq, bu risk alətlərinin tənzimlənməsi üçün qəti addımların atılması da aktualdır. Mərkəzi Bank bu sahədə tənzimlənmənin aparılması üçün müxtəlif ssenarilər işləyir və öz strategiyası çərçivəsində tədbirlər görmək niyyətindədir.

Kriptovalyutanın kəskin qiymət sıçrayışları valyuta seqmentində də narahatlıqlar yaradır. Blokçeyn texnologiyaları üzrə qlobal ekspertlər hesab edirlər ki, 2026-cı ildə bu sahənin potensialı özünü real olaraq göstərəcək və dünya maliyyə sisteminə kəskin təsirləri olacaq. Kriptovalyuta bazarının 2025-ci ildəki böyüməsi faktiki olaraq maliyyə sektorunda investorlarda böyük marağı artırıb. Xüsusilə də, ABŞ Prezidenti Trampın virtual pul bazarının tər'fdarı kimi kripto sənayesinə xüsusi institusional dəstəyi virtual maliyyə seqmentinin irəliləməsinə təkan verdi. Bu proseslər fonunda qlobal səhmdarlar cari il ərzində kifayət qədər “Bitcoin” aktivləri topladı. Rəqəmsal pulun az qala tədavül alətlərini geridə qoyması hətta “Mastercard”, “Viza”,  “SWIFT” şirkətlərinin “Bitcoin”in beynəlxalq ödəniş mübadilə sisteminə inteqrasiyasının mümkünlüyünü düşünməyə vadar etməkdədir. “Bitcoin”in həm yığım, həm də tədavül vasitəsinə çevrilməklə qlobal maliyyə sistemini dəyişdirməsi bazara institusional investorların gəlməsinə, likvidlik və sabitliyin yüksəldilməsinə, investorları yeni maliyyə alətlərinın cəlbinə şirnikləndirir.

Blokçeyn Tədris Mərkəzinin təlimləri kriptomədəniyyəti formalaşdırır

Bütün bunları nəzərə aldıqda Azərbaycanın investorları üçün də kriptobazara maraq artır, bəzi səhmdarlar qlobal maliyyə alətlərinə sərmayə etməyə meyl edir. Mövcud situasiyalar da ona işarə edir ki, nə qədər konservativ baxış olsa belə, artıq qlobal genişlənmə digər ölkələri, o cümlədən blokçeynə ehtiyatla yanaşan Azərbaycanın da bu sistemə inteqrasiyasını labüdləşdirir. Risk və təhdidlərə rəğmən, ölkəmizdə son illərdə kiberhücumlara qarşı dayanıqlı platformaların qurulması, xüsusilə də Kibertəhlükəsizlik Mərkəzinin yaradılaraq fəaliyyətə başlaması, davamlı olaraq müxtəlif sahələrin təmsilçiləri üçün kibertəhlükəsizlik təlimlərinin keçirilməsi blokçeyn texnologiyaları üzrə gözlənilən təhdidlərin qarşısını almağa imkan verir.

Müvafiq qurumlar blokçeyn alətlərinin maliyyə seqmentinə daxil olması üçün hələ zəruri ekosistemin yaradılmasını, çevik infrastrukturların, blokçeyn mədəniyyətinin formalaşması üçün təlimlərin keçirilməsini zəruri hesab edir.  İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və kriptovalyuta və blokçeyn sahəsində tanınmış tədris platforması olan “Binance Academy”nin təşkilatçılığı, ASAN İnnovativ İnkişaf Mərkəzinin nəzdində fəaliyyət göstərən Blokçeyn Tədris Mərkəzinin dəstəyi ilə bir neçə ay əvvəl Bakıda keçirilən “CryptoA2Z” təlimləri də bu strateji məqsədə xidmət edir. Təlim proqramları kriptovalyuta və blokçeyn sahəsində biliklərini artırmaq istəyənlər, həmçinin bu sahəni yeni öyrənmək istəyənləri əhatə edir və məqsəd Azərbaycanda “Binance” ekosistemini tanıtmaq və genişləndirmək, eləcə də yerli dövlət qurumları ilə əməkdaşlığı gücləndirməkdir.

Qlobal çağırışlar kriptovalyutanın ölkəmizdə tətbiqini aktuallaşdırır

Hazırda ölkəmizdə “Rəqəmsal hökumət”ə keçidin təmin edilməsi və “Hökumət buludu”nun yaradılması istiqamətində işlər dayanmadan davam etdirilir. Ölkəmizdə texnoloji inkişaf, rəqəmsallaşma, süni intellektin tətbiqi artır, dövlət qurumları,özəl sektor və cəmiyyətin bütün digər seqmentlərində rəqəmsallaşma dayanmadan irəliləyir. Vətəndaşlar hətta öz kripto hesablarını yaratmaqdadır. İnkişaf meyarları bir çox startapların da kriptobazara inteqrasıyasını sürətləndirməkdədir. Bir sözlə, biznesin qlobal səhm və investisiya icmaları ilə ünsiyyəti genişlənir, yeni maliyyə vektorlarına tələb ildən-ilə daha da çoxalır. Bütün bu amilləri nəzərə aldıqda, kriptovalyuta və blokçeynlərin ölkəmizin bazarına “müdaxiləsi” qaçılmaz olacaq.

Kriptovalyuta ilə bağlı ölkəmizdə yetkin təcrübə və zəruri biliklərin olmaması isə bu sahəyə maraq göstərənləri ciddi təhülkələrlə üz-üzə qoya bilər. Onların blokçeyn texnologiyaları haqqında nüfuzlu ekspert və qlobal bazar iştirakçılarının təlim və tövsiyələrinə ehtiyacları var. Ölkəmizdə fəaliyyət göstərən Blokçeyn Tədris Mərkəzi bu istiqamətdə layihələr həyata keçirməklə, yerli biznesin xarici investorlarla əməkdaşlığını artırmağa çalışır.

E. CƏFƏRLİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:119
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 19 Dekabr 2025 10:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see604

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see426

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see307

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see294

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see277

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see267

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see264

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see241

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see221

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see212

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see210

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see202

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see193

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see192

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see191

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see189

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see182

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see177

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see175

İngiltərə Liqa Kuboku: “Arsenal” IV Liqa klubuna məğlub oldu MÜBARİZƏNİ DAYANDIRDI

28 Oktyabr 2026 02:20see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri