Icma.az
close
up
RU
Kriptovalyutalarla bağlı mövcud qanunvericilikdə müəyyən boşluqlar mövcuddur İQTİSADÇI EKSPERT DANIŞDI

Kriptovalyutalarla bağlı mövcud qanunvericilikdə müəyyən boşluqlar mövcuddur İQTİSADÇI EKSPERT DANIŞDI

Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.

"Azərbaycanda kriptovalyutaların hüquqi statusu hələlik tam şəkildə qanunvericilikdə əks olunmayıb. Başqa sözlə, kriptovalyutalarla bağlı mövcud qanunvericilikdə müəyyən boşluqlar mövcuddur. Buna baxmayaraq, ölkə vətəndaşları müxtəlif — əsasən də beynəlxalq və onlayn — platformalar vasitəsilə kriptovalyutalardan istifadə edir, onların alqı-satqısı ilə məşğul olurlar". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.

Onun sözlərinə görə, mövcud hüquqi boşluqlar bu sahənin qeyri-rəsmi şəkildə inkişaf etməsinə səbəb olmaqla yanaşı, həm də vətəndaşların hüquqi və maliyyə baxımından müəyyən risklərlə üzləşməsinə gətirib çıxarır: "Kriptovalyuta bazarında iştirak edən şəxslər bu riskləri fərdi şəkildə üzərinə götürürlər və bu risklər heç bir qanunla tənzimlənmir və ya qorunmur. Buna görə də Azərbaycanda kriptovalyutaların dövriyyəsi və istifadəsi ilə bağlı müvafiq qanunvericilik bazasının formalaşdırılması zəruridir. Məsələn, Türkiyə və Gürcüstan kimi ölkələr bu sahədə müəyyən hüquqi tənzimləmələr həyata keçirmiş və kriptovalyuta bazarını hüquqi çərçivəyə salmışdırlar.

Alternativ olaraq, Azərbaycanda da Forex platforması çərçivəsində müəyyən qaydalar və nəzarət mexanizmləri tətbiq edilməklə kriptovalyuta əməliyyatlarına icazə verilə bilər. Bu, bazarda şəffaflığın artmasına, investorların qorunmasına və maliyyə bazarının ümumi sabitliyinə töhfə verə bilər. Xüsusilə qeyd olunmalıdır ki, mövcud şəraitdə kifayət qədər məlumatsız və təcrübəsiz şəxslər də bu sahəyə daxil olaraq böyük həcmdə vəsait yatırırlar. Bu isə düzgün tənzimlənmədiyi təqdirdə maliyyə itkiləri və hüquqi problemlərlə nəticələnə bilər"- deyə iqtisadçı ekspert əlavə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://sia.az
archiveBu xəbər 20 İyun 2025 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see196

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see167

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see164

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see151

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see150

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see150

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see144

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see139

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see137

İlon Maskın “Grok”u “ChatGPT” və “Google Gemini”dən üstün adlandırıldı

26 Dekabr 2025 23:07see137

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see136

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see135

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see135

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see135

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see133

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see133

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see130

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see129

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see129

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri