Kristal Pelas da Şon Dayç dövrü başlaya bilər
Icma.az, Qol.az portalına istinadən məlumat verir.
“Kristal Pelas” baş məşqçi vəzifəsi üçün Şon Dayçla danışıqlara hazırlaşır.
QOL.az xəbər verir ki, insayder Alan Niksonun məlumatına görə, London klubu 54 yaşlı mütəxəssisi mövcud vəziyyəti sabitləşdirmək üçün əsas namizəd hesab edir.
Fevralda “Nottingem Forest”dən ayrılan Dayç hazırda azad agentdir və onun təyinatı klub üçün həm sürətli, həm də maliyyə baxımdan sərfəli variant hesab olunur.
“Kristal Pelas”ın bu qərarı Andoni İraola ilə danışıqlardakı çətinliklərdən sonra verilib. “Bornmut”un baş məşqçisi digər klubların da maraq dairəsindədir.
Qeyd edək ki, hazırda Premyer Liqada 14-cü pillədə qərarlaşan “Kristal Pelas” çətin mövsüm keçirir.
Xatırladaq ki, Şon Dayç daha öncə "Börnli", "Everton", “Nottingem Forest” kimi klubları çalışdırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 22 Mart 2026 21:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















