Icma.az
close
up
RU
Kristian Avram: “Öz vizyonumuz və məqsədimiz var” (MÜSAHİBƏ)

Kristian Avram: “Öz vizyonumuz və məqsədimiz var” (MÜSAHİBƏ)

Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.

“Araz-Naxçıvan” Premyer Liqanın XXX turunda “Kəpəz”lə səfər matçını qolsuz heç-heçəylə başa vurdu.

Muxtar Respublika təmsilçisinin bu xal itkisi “Turan Tovuz”la aradakı fərqin 5-ə enməsinə səbəb oldu. İkinci pillədəki “Zirə”ylə isə fərq 6-ya yüksəldi.

“Araz-Naxçıvan”ın qolkiperi Kristian Avram “Kəpəz”lə oyundan sonra fikirlərini “Futbolpress.az”a açıqladı:

– Çətin oyun oldu. Qələbə qazana bilərdik, amma görüş heç-heçə bitdi. Heç bir halda uduzmazdıq, çünki buna layiq deyildik. Bundan sonra irəli baxıb, növbəti oyunlara hazırlaşmalıyıq.

– “Kəpəz”ə nisbətən sizin qol epizodlarınız az oldu. Sən necə şərh edərdin?

– Belə deməzdim. Bizim çox epizodlarımız oldu. Bir dəfə Vanderson Melonun zərbəsi dirəyə tuş gəldi. Daha birində isə Ramon Maçadonun yaxşı imkanı oldu. Ümumiyyətlə, bir neçə qol şansı yaratdıq. Buna görə də az hücum etdiyimizi deyə bilmərəm.

– “Zirə” sizin heç-heçənizdən maksimum yararlanıb, aradakı xal fərqini 6-ya çıxartdı. Demək olar ki, ikinci pilləyə yüksəlmək şansınız minimuma endi?

– “Zirə”nin öz, bizim də öz yolumuz var. Başqa komandaların necə oynadığına baxmırıq. Biz, sadəcə öz oyunumuza köklənirik. “Araz-Naxçıvan” üçün önəmli olan odur ki, matçlardan qələbə ilə ayrılaq. Doğrudur, “Kəpəz”lə görüşdə bu, alınmadı. Növbəti oyunlara hazırlaşmalıyıq.

– Həm çempionat, həm də kubok yolu ilə avrokuboklara yollanmaq şansınız var. Artıq komandada arxayınlıq yaranıbmı?

– Hər iki cəbhədə mübarizə apara bilirik. İstəyirik ki, kuboku qazanaq və Avropaya yollanmaq üçün özümüzə olan inam daha da artsın. Hazırda çempionata köklənmişik. Bərpa olub, növbəti oyunlara yaxşı formada çıxmalıyıq. Heç bir halda avrokuboklar üçün kubok yoxsa çempionat yolu ilə getməyimizi seçmirik. Öz vizyonumuz və məqsədimiz var. Ona görə də hər matça qalibiyyət üçün çıxırıq. Kubokda nəyin necə olacağını “Qarabağ”la cavab görüşündə biləcəyik. İndi əsas odur ki, növbəti oyunumuz ayın 18-idir və “Turan Tovuz”a qarşıdır.

– Kubokda “Qarabağ”a qarşı 1:0 hesablı üstünlüyünüz var. Cavab görüşünə müəyyən rahatlıq var?

– Hesabın necə olmasından asılı olmayaraq, hazırlıqlı olmalıyıq. Yaxşı nəticə üçün özümüzə əlavə stimul veririk. Yəni cavab matçına ilk oyun 0:0 olmuş kimi çıxacağıq. Çətin qarşılaşma bizi gözləyir. Bu oyuna qədər hələ ki, zamanımız var. Qeyd etdiyim kimi növbəti matçımız “Turan Tovuz”a qarşıdır. Kubok oyunu zamanı bu barədə ətraflı danışarıq.

– Elə özün qeyd etmişkən, növbəti oyununuz “Turan Tovuz”a qarşıdır. Son matçda “Sabah”ı məğlub etmələrinə baxmayaraq, komanda eniş dövrünü yaşayır. Rəqibiniz haqda nə düşünürsən?

– Yaxşı və güclü komandadır. Eniş dövründə olduqlarıyla razılaşmıram. Bu, jurnalistlərin statistik baxımdan apardıqlarını dəyərləndirməyə görə belədir. Biz belə mövzulara başqa cür yanaşırıq. Yəni futbol yönündən baxırıq. Onların fərqli oyun üslubları var. Bizim də yaxşı məşqçi heyətimiz var. Hansı ki, bizə həmin matça yaxşı hazırlamağa kömək edəcəklər.

Mirkamal Kazım

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 15 Aprel 2025 19:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see231

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see207

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see201

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see154

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see144

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see141

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see134

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see131

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see131

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see131

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri