Icma.az
close
up
RU
Kristian Avram: Bu da intelektdən xəbər verir

Kristian Avram: Bu da intelektdən xəbər verir

Icma.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.

"Araz-Naxçıvan"ın qapıçısı Kristian Avram Sport24.az saytına müsahibə verib.

- Azərbaycan Premyer Liqasının XX turunda "Neftçi"ni 2:1 hesabı ilə məğlub etdiniz. Oyunla bağlı təəssüratlarınız necədir?
- Bu qarşılaşmada qalib gəldik, üç xal əldə etdik. Bu da bizim üçün sevindirici haldır.

- Nəyin sayəsində qələbə qazandınız?
- Komanda ruhuna görə buna nail olduq. Bizim çox təcrübəli məşqçilər korpusumuz var. Onlar bizi oyuna yaxşı hazırlayıblar, rəqib haqqında lazımı məlumatlar verirlər. Məşqçilər daim oyunçulara dəstək olurlar. Kollektivin sayəsində irəliləyirik. Daha tez-tez qalib gəlməyə çalışacağıq.

- Son 10 dəqiqə komandanız üçün gərgin keçdi. Niyə bu qədər geri çəkilmişdiniz?
- Konsentrasiya sona qədər var idi. Hakim fit verməyibsə, oyun bitməyib. Qalib gəlirsənsə, hesabı saxlamağa çalışırsan. Bu da intelektdən xəbər verir. Məğlub olan rəqib son dəqiqələrdə irəliyə doğru ötürmələr verir, asmalar edir. Biz isə öz növbəmizdə panikaya düşməməyə çalışdıq. Sona qədər dayandıq və qalib gəldik. Komandamızı təbrik edirəm. Vacib üç xal qazandıq.

- Matçdan sonra rəqib komandanın azarkeşləri ilə aranızda nə yaşandı?
- Heç nə. Bir-birimizi alqışladıq, təşəkkür etdik.

- Amma onlar bununla sanki narazı idi...
- Bu da onların haqqıdır. Komandaları uduzmuşdu. Prinsipcə, onlar öz klublarına dəstək oldular. Mən də onlara təşəkkür etdim.

- Amma sənin onlara təşəkkür etməyin onların xoşuna gəlmədi...
- Bu, onların düşüncəsidir. Hamının öz fikri var. Əsas olan insan qalmaqdır. Burada nəsə başqa bir şey yoxdur. Hər şey normaldır.

- "Araz-Naxçıvan" "Neftçi" ilə ilə görüşlərdə 7 xal qazanıb. Bu barədə nə deyə bilərsən?
- Nə demək olar? "Araz-Naxçıvan" hər zaman meydana qələbə üçün çıxırıq. Hansı komandaya oynamağımızın isə fərqi yoxdur. Bizim yaxşı kollektivimiz, böyük ailəmiz var. Vacib olan da odur ki, məğlub olanda birlikdə bu vəziyyətdən çıxaq. Biz də bunu edirik. Vacib olan başınızı dik tutmaqdır.

- Hədəfiniz avrokuboklara vəsiqə qazanmaqdır?
- Hədəfimiz hər oyuna çıxıb, qalib gəlməkdir. Nə olacaq, onu mövsümün sonunda görəcəyik.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://sport24.az
archiveBu xəbər 27 Yanvar 2025 12:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlətin ən həssas sərhədi xəritədə deyil

17 Sentyabr 2026 17:32see278

Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi VİDEO

17 Sentyabr 2026 18:50see264

Vərəmin icbari tibbi sığorta hesabına müalicəsi təklif edilib

17 Sentyabr 2026 15:46see260

Yeni BMW hər kilometrə görə 10 avro itirdi: qiyməti niyə kəskin aşağı düşdü

18 Sentyabr 2026 03:24see248

Hokkey üzrə dünya çempionu Hans Tvillinq 98 yaşında vəfat edib

18 Sentyabr 2026 03:33see233

Azərbaycanda mənzil almaq niyə əlçatmaz olub? REAL SƏBƏBLƏR

17 Sentyabr 2026 18:10see232

Şoyqu İrəvanı Rusiya biznesini ələ keçirməkdə ittiham edib

17 Sentyabr 2026 15:46see231

“Bolt” Bakıda keçirilən biznes platformasına tərəfdaşlıq edir AÇIQLAMA VİDEO

17 Sentyabr 2026 20:20see227

Mbappe “Real”ın əfsanələrindən danışdı

18 Sentyabr 2026 02:01see226

Aida İmanquliyeva Şərqlə Qərb arasında elmi körpü

19 Sentyabr 2026 09:47see225

Polina Qaqarina ilə Vanya Dmitrienko çəkilişdə mübahisə etdilər

18 Sentyabr 2026 05:27see217

Robert Fitso bu gün Kiyevə gedir

18 Sentyabr 2026 02:04see217

Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb

18 Sentyabr 2026 03:03see210

Putinin toy nəməri Trampı impiçmentə aparır?

18 Sentyabr 2026 21:36see210

Barselona Yamala görə dəstək aksiyasından imtina etdi

18 Sentyabr 2026 02:03see209

UEFA İrlandiyanın İsraillə bağlı istəyini rədd edib

19 Sentyabr 2026 01:42see205

Sinan Akçıl sevgilisi olduğunu açıqladı: “Heç kim tuta bilmir”

18 Sentyabr 2026 01:36see201

Hansı temperaturda çay içmək xərçəng yaradır?

18 Sentyabr 2026 21:35see196

ABŞ Pezeşkianla Əraqçiyə viza verdi

18 Sentyabr 2026 04:09see196

Toyuğun döşü, yoxsa budu daha faydalıdır?

19 Sentyabr 2026 02:03see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri