Kriştianu Ronaldo toy hazırlığına başlayıb
Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Futbol ulduzu Kriştianu Ronaldo nişanlısı Corcina Rodrigeslə ailə qurmağa hazırlaşır.
Xarici mətbuata istinadən verilən məlumata görə, məşhur cütlüyün toy mərasimi Ronaldonun doğulub boya-başa çatdığı Portuqaliyanın Madeyra adasında keçiriləcək.
Bildirilir ki, adanın paytaxtı Funşaldakı kafedral kilsə möhtəşəm toy mərasimi üçün artıq rezerv edilib. Toy ziyafətinin isə adanın məşhur beşulduzlu otellərindən birində təşkil olunacağı qeyd olunur.
41 yaşlı Portuqaliya millisinin kapitanı Ronaldo uşaqlıq illərini Funşalda keçirib. O, Corcina Rodrigeslə 2016-cı ildə tanış olub, ötən ilin avqustunda isə ona evlilik təklifi edib.
Ronaldo daha əvvəl açıqlamasında Corcina ilə Dünya Çempionatından sonra evlənməyi planlaşdırdığını bildirmişdi.
Qeyd edək ki, Portuqaliya millisi son mundialda İspaniya yığmasına məğlub olaraq turnirlə vidalaşmışdı.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 03 Avqust 2026 11:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















