Kriştianu Ronaldo karyerasını nə vaxt başa vurur?
GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Portuqaliya millisinin ulduz futbolçusu Kriştianu Ronaldo karyerasını nə vaxt başa vuracağı ilə bağlı sualı cavablandırıb.
Globalinfo.az “Report”a istinadən xəbər verir ki, 39 yaşlı hücumçu UEFA Millətlər Liqasında Polşa ilə matçdan (5:1) sonra fikirlərini bölüşüb.
O, futboldan həzz almaq istədiyini vurğulayıb:
“Mən, sadəcə, həzz almaq istəyirəm. Tezliklə 40 yaşım olacaq. Motivasiya hiss etdiyim müddətdə futboldan həzz almaq istəyirəm və oynamağa davam edəcəyəm. Motivasiya hiss etmədiyim gün karyeramı başa vuracağam”.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Nəsr”in heyətində bu mövsüm 15 matçda iştirak edən K.Ronaldo 10 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla hazırkı müqaviləsinin müddəti 2025-ci ilin yayına qədər nəzərdə tutulub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 16 Noyabr 2024 11:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















