Kriştianu Ronaldu Əl Nəsr klubunun sahiblərindən biri ola bilər
Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Nəsr"in hücumçusu Kriştianu Ronaldu klubun şərikli sahiblərindən biri ola bilər.
"Report" "DAZN Portugal"a istinadən xəbər verir ki, 41 yaşlı forvard və daha 4 investor komandanı satın almaq üçün təklif hazırlayır.
Tərəflərin hər biri sövdələşməyə ən azı 92 milyon avro investisiya yatırmaq niyyətindədir.
Qeyd edək ki, K.Ronaldu 2022-ci ilin dekabrından "Əl-Nəsr"də çıxış edir. O, daha əvvəl Portuqaliyanın "Sportinq", İngiltərənin "Mançester Yunayted", İspaniyanın "Real" və İtaliyanın "Yuventus" klublarının şərəfini qoruyub.
5 dəfə "Qızıl top"un sahibi olan futbolçu Çempionlar Liqasının, Portuqaliya millisi ilə Avropa çempionatının və iki dəfə Millətlər Liqasının qalibi olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:155
Bu xəbər 15 Sentyabr 2026 17:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















