Kriştianu Ronaldu milli komandaya çağırıldı
Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Səudiyyə Ərəbistanının "Ən-Nəsr" klubunun futbolçusu Kriştianu Ronaldu yenidən Portuqaliya millisinin heyətinə çağırılıb.
Milli.Az xəbər verir ki, bu barədə Portuqaliya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
41 yaşlı hücumçu UEFA Millətlər Liqasının qarşıdakı oyunlarında Portuqaliya yığmasının heyətində yer alacaq. Komanda sentyabrın 24-də doğma meydanda Uelsi, oktyabrın 4-də isə Norveçi qəbul edəcək. Portuqaliya sentyabrın 27-də Norveç, oktyabrın 1-də isə Danimarka ilə səfərdə qarşılaşacaq.
Ronaldu milli komandanın heyətində indiyədək 233 matçda meydana çıxıb və 146 qol vurub. O, beş dəfə "Qızıl top" mükafatına layiq görülüb, beşqat Çempionlar Liqası qalibidir. Təcrübəli futbolçu, həmçinin Avropa çempionu və ikiqat Millətlər Liqası qalibi olub.
Karyerası ərzində "Sportinq", "Mançester Yunayted", "Real Madrid" və "Yuventus" klublarında çıxış edən Ronaldu 2022-ci ilin dekabrından Səudiyyə Ərəbistanının "Ən-Nəsr" komandasının formasını geyinir.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
Baxış sayı:162
Bu xəbər 18 Sentyabr 2026 17:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















