Krivoy Roqda 28 May Müstəqillik Günü qeyd edildi
Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ukraynanın Krivoy Roq şəhərində Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə 28 May - Müstəqillik Gününə həsr olunan tədbir keçirilib.
Axar.az xəbər verir ki, şəhər merinin vəzifələrini icra edən Yuriy Vilkul, şəhər radasının deputatları, ictimaiyyət nümayəndələri və diaspor fəalları tədbirdə iştirak ediblər.
İştirakçılar öncə Azərbaycan-Ukrayna dostluğuna aid sərgiyə baxıblar.
Yuriy Vilkul bu əlamətdar gün münasibətilə soydaşlarımızı təbrik edib. Krivoy Roq şəhəri “Azərbaycan Diasporu” təşkilatının 3 əməkdaşına meriyanın təşəkkürnamələri təqdim olunub. Təşkilat tərəfindən isə Yuriy Vilkula Azərbaycan xalçası hədiyyə verilib.
Ukraynanın Krivoy Roq şəhəri “Azərbaycan Diasporu” təşkilatının rəhbəri Kamaləddin Ağayev isə öz çıxışında müstəqillik tariximizdən və onun əhəmiyyətindən danışıb.
Tədbir saz havalarının, Azərbaycan milli rəqslərinin və Qara Qarayevin “İldırımlı yollarla” baletindən musiqilərin ifa edildiyi bədii proqramla başa çatıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 03 İyun 2025 11:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















